Icma.az
close
up
RU
Daha bir qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

Daha bir qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 13 iyun, AZƏRTAC

İyunun 13-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Tahir Rzayev iclasda bir məsələnin - Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Mənzil Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılmasıqaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunlardadəyişiklik edilməsi barədə “ qanun layihəsinin birinci oxunuşda müzakirə ediləcəyini bildirib.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 7 aprel tarixli 1656 nömrəli Fərmanı ilə təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) yararsız hala düşmüş və ya məhv olmuş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa olunmuş yeni yaşayış evləri və çoxmənzilli binaların sənədləşdirilməsi məsələlərinin hüquqi baxımdan tənzimləndiyi bildirilib.

Qeyd olunub ki, sözügedən fərman çərçivəsində tikintiyə və istismara icazə sənədlərinin təqdim edilməsi, bu sənədlər əsasında mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmçinin lazım gəldikdə ölçmə planlarının hazırlanması və torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi kimi məsələlər tənzimlənib. Yaşayış evləri bələdiyyə mülkiyyətində olan torpaq sahələrində inşa edildiyi hallarda, həmin bələdiyyələrə müvafiq dəyərdə dövlət torpaqlarının ayrılması və bu torpaq sahələrinin yaşayış məntəqələri kateqoriyasına keçirilməsini təmin edəcək.

Daha sonra, Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov qanun layihəsi barədə məlumat verərək, layihədə təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş və ya yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına yeni yaşayış evlərinin və çoxmənzilli binaların tikintisinin, torpaq sahələrinin ayrılmasının, daşınmaz əmlakın qeydiyyatının və tikinti prosedurlarınınsadələşdirilməsinin nəzərdə tutulduğunu bildirib.

Məlumat verilib ki, qanun layihəsinə tikinti məqsədilə torpaq sahələrinin dövlət ehtiyat fondundan, bu mümkün olmadıqda isə bələdiyyə mülkiyyətində olan torpaqlardan ayrılması, habelə həmin ərazilərdə tikinti məqsədəuyğun hesab edilmədikdə, alternativ torpaq sahələrinin ayrılması və ya həmin sahələrin dəyərinin ödənilməsi şərti ilə rekvizisiya olunması daxildir.

Eyni zamanda, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanuna və digər müvafiq hüquqi aktlara əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlarda yeni yaşayış evlərinin və çoxmənzilli binaların tender və ya hərrac keçirilmədən inşasına şərait yaradan hüquqi mexanizmlər yaradılır.

Bildirilib ki, Mülki Məcəlləyə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna dəyişikliklər yeni yaşayış binalarındakı mənzillərin dövlət qeydiyyatına alınması üçün hüquqi əsasların və tələb olunan sənədlərin müəyyən edilməsini əhatə edir. Mənzil Məcəlləsinə ediləcək əlavə ilə dövlət vəsaiti hesabına tikiləcək yaşayış sahələrinin, o cümlədən icbari sığortası olan əmlakın yenidən təmin olunması hüquqi cəhətdən mümkün olacaq.

Komitə üzvləri Azər Badamov, Vüqar İsgəndərov, Eldar İbrahimov qanun layihəsi ilə bağlı fikirlərini bölüşüblər.

Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 İyun 2025 20:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see314

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see205

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see194

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see192

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see170

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see157

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see154

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see144

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see144

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see132

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see131

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see131

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see131

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see131

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see129

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see127

Sürücülərin günü gündən artan aqressiyası EKSPERTDƏN XƏBƏRDARLIQ

14 Dekabr 2025 15:21see127

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see125

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see125

“İnter Mayami” dünya çempionu heyətinə qatdı 15 milyona

14 Dekabr 2025 13:18see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri