Icma.az
close
up
RU
Daha üç qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

Daha üç qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Dekabrın 9-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, komitə sədri Arzu Nağıyev gündəliyə 3 qanun layihəsinin daxil edildiyini bildirib.

O, gündəliyin birinci məsələsi olan “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsi (üçüncü oxunuş) barədə diqqətə çatdırıb ki, layihə Azərbaycanda minatəmizləmə fəaliyyətinin hüquqi, iqtisadi, sosial və təşkilati əsaslarını müəyyən edir. Komitə sədri qanun layihəsinin humanitar minatəmizləmə fəaliyyətinə aid olduğunu, onun hərbi əməliyyatlar başa çatdıqdan sonra mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirildiyini vurğulayıb. Arzu Nağıyev sənədin əvvəlki oxunuşlarda geniş müzakirələrdən keçdiyini qeyd edib, müzakirələrdə qaldırılan məsələlərə münasibət bildirib.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov, agentliyin idarə rəisi Elnur Qasımov deputatların əvvəlki oxunuşlarda qanun layihəsi ilə bağlı qaldırdıqları məsələlərə izahat veriblər, münasibətlərini bildiriblər.

Qanun layihəsinin müzakirəsində komitə sədri Arzu Nağıyev, komitə sədrinin müavini Qüdrət Həsənquliyev, deputatlar Hikmət Məmmədov, Pərvanə Vəliyeva, Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid, şöbənin İnzibati qanunvericilik sektorunun müdiri Kamalə Paşayeva çıxış ediblər. Onlar qanun layihəsinin ölkəmizin təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə aparılan mina əleyhinə fəaliyyətin həyata keçirilməsində əhəmiyyətindən danışıb, bu sahədə beynəlxalq standartların tətbiqi, qabaqcıl təcrübənin öyrənilməsi, istifadə olunan əsas anlayışların mənaları və digər məsələlərlə bağlı fikirlərini bölüşüb, rəylərini səsləndiriblər.

Gündəliyin ikinci məsələsi olan “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı bildirilib ki, sənəd "Minatəmizləmə fəaliyyəti haqqında" qanun layihəsinin 7-ci maddəsində nəzərdə tutulan müddəadan irəli gələrək hazırlanıb.

Gündəliyin üçüncü məsələsi olan “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi isə 2023-cü il dekabrın 19-da qəbul edilmiş “Dövlət ehtiyatları haqqında” Qanunun icrası ilə əlaqədar hazırlanıb. Belə ki, dövlət ehtiyatlarının yaradılması, istifadə edilməsi və bərpası qaydası “Dövlət ehtiyatları haqqında” Qanunla tənzimləndiyi üçün layihədə bu ifadənin "Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” Qanundan çıxarılması təklif olunub. Həmçinin “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanunda da müvafiq anlayışların uyğunlaşdırılması nəzərdə tutulub.

Gündəlikdəki qanun layihələri müzakirə edilərək baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Dekabr 2024 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see296

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see193

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see190

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see185

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see179

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see179

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see175

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see156

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see154

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see151

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see140

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see137

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see130

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see128

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see126

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see125

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see122

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see122

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri