Icma.az
close
up
RU
Daha bir QORXULU VİRUS qapıda! diqqətli olmaq lazımdır, çünki...

Daha bir QORXULU VİRUS qapıda! diqqətli olmaq lazımdır, çünki...

News24 saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda bir nəfərdə meymunçiçəyi xəstəliyinin aşkarlanması ilə bağlı rəsmi məlumat yayılıb. Səhiyyə Nazirliyi və TƏBİB-in birgə məlumatında 22 yaşlı şəxsin bu il 2-11 yanvar tarixlərində xarici ölkəyə turistik səfər etdiyi, oradan döndükdən bir neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpkilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət etdiyi bildirilir. Laborator müayinələrdən sonra meymunçiçəyi virusuna yoluxduğu təsdiqlənən şəxs hospitalizasiya edilib və xəstəxana şəraitində müalicə alır. Məlumatda həmçinin şəxsin ailə üzvlərində xəstəlik əlamətlərinin olmadığı açıqlanıb.   

Meymunçiçəyi virusu yeni növ virus deyil. İlk dəfə 1958-ci ildə laboratoriyada sınaq aparmaq üçün nəzərdə tutulmuş meymunlarda aşkar olunub, ona görə də virusa rəsmi olaraq “Monkeypox” virusu adı verilib. İlkin simptomlara hərarət, baş ağrısı, şişlik, bel və əzələ ağrıları daxildir. İnfeksiya adətən öz-özünə yox olur və təxminən 14-21 gün çəkir. Ağır hallarda lezyonlar bütün bədənə, xüsusən də ağız, göz və cinsiyyət orqanlarına yayıla bilər. Yoluxmuş şəxslə sıx təmasda olduqdan sonra insandan insana keçir. Buna cinsi əlaqə, dəri təması, yoluxmuş şəxsin yanında danışmaq və ya nəfəs almaq daxildir. 

Virus açıq yaralar, tənəffüs yolları və göz, burun və ya ağız vasitəsilə də ötürülə bilər. Xəstəlik həmçinin virusa yoluxmuş yataq dəstləri, paltar və dəsmal kimi əşyalara toxunmaqla da yayıla bilər. Meymun, siçovul və dələ kimi yoluxmuş heyvanlarla sıx təmasda olmaq başqa bir təhlükədir. 

Hazırda meymunçiçəyi üçün 3 peyvənd mövcuddur, lakin onlar yalnız risk altında olan və ya yoluxmuş şəxslə yaxın təmasda olanlara vurulur. ÜST geniş yayılmış peyvənd proqramını tövsiyə etmir. Yeni variantlarına qarşı peyvəndlərin nə qədər qorunma təmin etdiyini anlamaq üçün əlavə sınaqlara ehtiyac var. 

Rustavi-2 telekanalı xəbər verir ki, son iki həftə ərzində Gürcüstanda isə bir neçə nəfər donuz qripindən dünyasını dəyişib. Xəstələr H1N1 virusundan yaranan ağırlaşmalar səbəbindən müşayiət olunan xəstəliklərdən öldülər. Telekanal iddia edir ki, xəstələr xəstəxanaya əsasən qızdırma ilə gəlir və yüksək hərarət tibbi müalicəyə cavab vermir. Həkimlər donuz qripinə qarşı antiviral müalicənin xəstəliyin ilk 72 saatında təsirli olduğunu qeyd edərək, xəstələri vaxtında həkimə müraciət etməyə və özünü dərman etməməyə çağırırlar. Həkimlər virusun yayılmasının pik həddinə yanvarın sonuna çatacağını gözləyirlər. 

Meymunçiçəyi ilə bağlı ölkəmizdə nə kimi risklər var? Eləcə də Gürcüstanda yayılan virusla bağlı, sərhəd bağlı olsa da, təyyarə ilə gediş-gəliş var, soydaşlarımız arasında da yayıla bilər. Bəs bu virusun yayılmasına qarşı nə kimi tədbirlər görülməlidir? 

İnfeksionist Aytən Ziyadova mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Meymunçiçəyi xəstəliyi son dövrlərdə bir neçə ölkədə yayılmağa başlayıb, o cümlədən Azərbaycanda da bir nəfərdə aşkar edilib. Meymunçiçəyi xəstəliyinin qarşısını almaq üçün xüsusi peyvəndlər mövcuddur. Lakin bu peyvəndlər adətən daha çox kiçik çiçək (variola) peyvəndi ilə əlaqələndirilir. Çünki kiçik çiçək peyvəndi meymunçiçəyi virusunun qarşısını almaqda da təsirli ola bilər. Peyvəndin yan təsirləri nadir hallarda baş verir və ümumiyyətlə, yüngül olur. Hər halda, vaksinasiya, xüsusilə risk qruplarına, məsələn, səhiyyə işçilərinə təklif edilə bilər.

O ki qaldı Gürcüstanda vəziyyətlə bağlı, bəli, Gürcüstanda donuz qripi (H1N1) virusunun səbəb olduğu ağırlaşmalar nəticəsində bir neçə ölüm halı baş verib. Bu, 2009-cu ildən sonra yayılan və hələ də müxtəlif variantları ilə insanlarda yoluxmaya səbəb olan bir virusdur. H1N1-in xüsusilə riskli qruplar üçün, məsələn, immun sistemi zəif olanlar, yaşlılar və uşaqlar üçün ciddi nəticələri ola bilər.

Sərhədin bağlı olması bu virusun yayılma ehtimalını azaltsa da, təyyarə ilə uçuş hələ də virusun sərhədləri arasında yayılmasına imkan verə bilər. Bu səbəbdən, Gürcüstandan gələn şəxslər və yaxud bu xəstəlikdən şübhələnənlər ilə təmasda olan şəxslər diqqətli olmalıdır. Əgər H1N1-ə dair şübhələr varsa, xəstə ilə təmasdan yayınmaq lazımdır". 

Tibb elmləri doktoru, professor Musa Qəniyev hesab edir ki, meymunçiçəyi sporodikləşmiş virus infeksiyasıdır və qorxulu bir hal deyil: “Qloballaşan dünyada virus infeksiyası sərhəd tanımır. Bu fikirlərim ölkəmizdə meymunçiçəyi virusuna ilk yoluxma halı ilə bir daha təsdiqləndi. İnsanlarımızı narahat edən bu infeksiyanın kütləviləşərək epidemik hala keçmək qorxusudur. Müqayisəli elmi təhlil belə bir halın baş vermə ehtimalını inkar edir. Çünki bu hal yalnız virusun genomunda kəskin aqressivliyə səbəb olan mutatik dəyişikliyin baş verdiyi halda mümkün ola bilər. Məlumdur ki, bu virusun, viruslar bazasında  AF 380138 sırası ilə qeydə alınıb, homoloji ardıcıllığı 99,83% nisbətində eyni olan, 196858 cüt nukleotiddən ibarət iki - Qərbi və Mərkəzi Afrika ştamı vardır. Virulentliklərində nisbi fərqlilik olsa da, bunlar eyni - identik ştamlar hesab olunur. Qeydiyyata alındığı tarixdən keçən son 56 ildə  meymunçiçəyi virusunun insanlardan 26 il fasilə ilə alınmış ştamlarının genom quruluşunun müqayisəli tədqiqi, nuklein ardıcıllığında, aqressivliyə səbəb olan struktur dəyişikliyinin baş vermədiyini, yalnız nuklein zəncirinin bəzi lokal sahələrində virusun potensial fəallığının sönməsinin təsdiqi olan nöqtə mutasiyasının baş verdiyini sübut edir”.

Həkim əlavə edib ki, rəsmi mənbənin söylədiyi klinik əlamətlərin etibarlığı halında (limfa düyünlərinin şişkinliyi) həmyerlimiz Qərbi Afrika ştamına yoluxub və tezliklə sağalıb ailəsinə qovuşacaq: “Son olaraq bildirirəm ki, bəli, hospitalizasiya olunana qədər yaxın ətrafı ilə taktil ünsiyyət səbəbindən, yoluxma sayının artma ehtimalı da inkar oluna bilməz. Lakin söylədiyim səbəblərə görə meymunçiçəyi virusunun ölkəmizdə kütləvi şəkildə yayılması mümkünsüzdür, yəni bu ehtimal sıfır faizdir. Odur ki, nə stresə düşmək, nə gərginlik, nə də ümidsizliyə heç bir əsas yoxdur. Sadəcə olaraq, dəfələrlə söylədiyim kimi, iyrənc ünsiyyət və görüş formasından əl çəkib, həmişəki, normal həyatımızı yaşamalıyıq”. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:269
embedMənbə:https://news24.az
archiveBu xəbər 22 Yanvar 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri