Daha bir təyyarədə qaçırılma siqnalı verildi
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hindistanın “Air India” şirkətinin Frankfurt-Dehli reysini həyata keçirən təyyarəsində “Squawk 7500” kodu aktivləşdirilib.
“Qafqazinfo” “India Today” nəşrinə istinadən xəbər verir ki, qaçırılmanı bildirən bu siqnalın aktivləşdirilməsindən sonra təyyarə Caypur şəhərinə yönləndirilib.
Hindistanın aviasiya orqanları faktla bağlı araşdırmaya başlayıblar.
Daha sonra Caypur hava limanı məlumat yayaraq, reysin bütün sərnişinlərinin təhlükəsizlikdə olduğunu və təyyarədən endiklərini açıqlayıb.
Xatırladaq ki, sentyabrın 30-u səhər saatlarında BƏƏ-dən İsrailə uçan 174 nəfərlik “Flydubai” laynerində də qaçırılma siqnalı aktivləşdirilib. Bundan bir qədər sonra təyyarənin ikinci pilotunun birinci pilota balta ilə hücum etdiyi məlum olub. Sərnişinlər və digər pilot sayəsində təyyarə Səudiyyə Ərəbistanında təcili eniş edə bilib. İsrail tərəfi bu hadisəni rəsmən terror aktına cəhd kimi qiymətləndirib. Faktla bağlı araşdırma davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 14 Oktyabr 2026 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















