Icma.az
close
up
RU
Qaçırılma siqnalı verən təyyarəni santexnik xilas edib

Qaçırılma siqnalı verən təyyarəni santexnik xilas edib

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, “Flydubai” aviaşirkətinin təyyarəsində baş verən insident zamanı mümkün terror aktının qarşısını alan israilli sərnişin santexnik işləyir.

Gununsesi.info xəbər verir ki, Netanyahu bu barədə ABŞ-ın “Fox News” telekanalına müsahibəsində danışıb.

Baş nazir hadisə zamanı qəhrəmanlıq göstərən israillinin adının Yaniv olduğunu deyib.

“Mən bu israilli ilə görüşdüm. Onun adı Yanivdir və ondan soruşdum: “Bunu necə etdin?”. O cavab verdi: “Sadəcə bunu etməli idim”. Orada onun ailəsi, 174 sərnişin vardı, onların əksəriyyəti isə israillilər idi. O, onları xilas etməli idi və soyuqqanlı, qəhrəmancasına hərəkət etdi”, – Netanyahu bildirib.

İsrail hökumətinin başçısı əlavə edib ki, həmin şəxsin hərəkətləri “daha bir 11 sentyabr hadisəsinin qarşısını alıb”.

Netanyahu Yanivdən gündəlik həyatında nə işlə məşğul olduğunu da soruşduğunu bildirib.

“Mən santexnikəm. Kanalizasiya tutulmalarını aradan qaldırıram”, – deyə baş nazir onun cavabını sitat gətirib.

Netanyahu həmçinin hücum edən şəxsin digər pilota qarşı hücum zamanı balta istifadə edə biləcəyini açıqlayıb.

Xatırladaq ki, sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan “Flydubai” sərnişin təyyarəsində qaçırılma siqnalı verilib. Daha sonra təyyarə Səudiyyə Ərəbistanına eniş edib.

İsrailin 12-ci telekanalının məlumatına görə, insidentə iki pilot arasında yaranan mübahisə səbəb olub. “i24News” telekanalı isə şahidlərə istinadən pilotlardan birinin bıçaqla yaralandığını bildirib. İsrailin müdafiə naziri İsrael Kats hadisəni terror aktına cəhd kimi qiymətləndirib.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 01 Oktyabr 2026 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see379

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see322

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see317

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see289

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see288

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see272

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see271

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see266

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see261

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see254

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see251

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see250

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see242

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see237

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see236

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see231

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see231

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see224

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see206

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri