Daha bir vəzifəli şəxs ölü tapıldı Rusiyada nə baş verir?
Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Moskva meri və hökuməti aparatının rəhbərinin birinci müavini Aleksey Starovoytov 46 yaşında vəfat edib.
"Azpolitika" xəbər verir ki, bu barədə meriyanın mətbuat xidməti məlumat verib və Starovoytovun iyunun 30-da vəfat etdiyi bildirilib.
Ölümün rəsmi səbəbi açıqlanmayıb. Starovoytovun ürək-damar çatışmazlığından öldüyü ehtimal edilir.
Dəfn mərasiminin tarixi və yeri barədə hələlik heç bir məlumat yoxdur.
Aleksey Starovoytov 2010-cu ildən Moskva Şəhər Meriyasında çalışıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Rusiyanın keçmiş müdafiə naziri Sergey İvanov vəfat etmişdi. İvanov Putinlə birlikdə KQB-də, xarici kəşfiyyatda çalışıb. İvanov Rusiya Federasiyasında Təhlükəsizlik Şurasının katibi, müdafiə naziri, Baş nazirin müavini, Prezident Administrasiyasının rəhbəri vəzifələrində çalışıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 02 İyul 2026 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















