ABŞ kəşfiyyatının İranla bağlı hesabatı! Çirkli bomba iddiaları
Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ kəşfiyyatının İranla bağlı hazırladığı son hesabat Vaşinqtonda ciddi narahatlığa səbəb olub. Kəşfiyyat məlumatlarına əsasən, Tehran "çirkli bombalar" və ya kimyəvi silahlardan istifadə etməklə ABŞ paytaxtında hücumlar təşkil etməyi planlaşdırır.
Turkustan.az xəbər verir ki, "CNN International"ın yeddi ABŞ rəsmisinə istinadən yaydığı məlumata görə, potensial hücumların əsas hədəfi Tramp administrasiyasının yüksək vəzifəli şəxsləri ola bilər.
Mənbələr bildirirlər ki, kəşfiyyatın əldə etdiyi planda konkret məkanlar və hədəflər yer alıb və Tehran mümkün hücumlar üçün alternativ ssenarilərini genişləndirməyə çalışır.
Bu hesabatdan sonra ABŞ-da təhlükəsizlik tədbirləri maksimum səviyyədə gücləndirilib, aidiyyəti qurumlar isə mümkün təhdidlərin qarşısını almaq üçün xüsusi ehtiyat planları hazırlayıb.
Aytən Yaşar/ Turkustan.az
Baxış sayı:63
Bu xəbər 17 Noyabr 2026 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















