Nazirlik uşaqların mənzildə tək qoyulmaları ilə bağlı xəbərdarlıq etdi
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fövqəladə Hallar Nazirliyi (FHN) uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib.
Yeniavaz.com xəbər verir ki, müraciətdə deyilir:
“Əhali arasında aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bir sıra hallarda azyaşlıların nəzarətsiz qalması nəticəsində onların həyat və sağlamlığı üçün təhlükəli vəziyyətlərin yaranması halları qeydə alınır.
Belə ki, Nazirliyin “112” qaynar telefon xəttinə azyaşlıların təhlükəli və ya köməksiz vəziyyətdə qalması ilə bağlı mütəmadi olaraq məlumatlar daxil olur. Daxil olmuş müraciətlər əsasında FHN-in müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində təkcə son 15 gün ərzində 32 uşaq xilas edilərək ailə üzvlərinə və ya yaxınlarına təhvil verilib.
Aparılan təhlillər göstərir ki, qeyd olunan bu hallar uşaqların ilk növbədə valideynləri tərəfindən nəzarətsiz buraxılması və ya əksərən hər hansı səbəbdən mənzildə tək qoyulmaları nəticəsində baş verir.
Nəzərə alınmalıdır ki, mənzillərdə elektrik və qaz cihazları, açıq eyvan və pəncərələr, aşma və ya düşmə təhlükəsi olan ağır əşyalar, kimyəvi maddələr, kəsici alətlər və digər təhlükə mənbələri azyaşlıların həyat və sağlamlığı üçün ciddi risk yaradır. Eyni zamanda, uşaqların liftdə, həyətdə, küçədə, avtomobildə və digər məkanlarda nəzarətsiz qalması arzuolunmaz nəticələrə səbəb ola bilər.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha valideynləri uşaqlara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırır”.
Bu mövzuda digər xəbərlər:Nazirlik güclü küləklə bağlı xəbərdarlıq etdi
02 İyun 2026 09:33
Nazirlik əhaliyə xəbərdarlıq etdi
19 Yanvar 2025 15:57
Nazirlik xəbərdarlıq etdi QADAĞANDIR
11 İyul 2026 11:30
Nazirlik anomal isti hava ilə bağlı xəbərdarlıq etdi
24 İyul 2026 10:53
Nazirlik uşaqların peyvəndlənməsi ilə bağlı valideynlərə müraciət edib
07 Yanvar 2026 15:32
Baxış sayı:136
Bu xəbər 17 Noyabr 2026 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















