Icma.az
close
up
RU
Daha dörd xal toplasaq, növbəti mərhələyə adlaya bilərik Tahir Gözəl

Daha dörd xal toplasaq, növbəti mərhələyə adlaya bilərik Tahir Gözəl

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Qarabağ” klubunun prezidenti Tahir Gözəl İngiltərənin “Çelsi” komandası ilə keçirilən Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turundakı (2:2) oyundan sonra açıqlama verib. 

Sportal.az xəbər verir ki, Gözəl oyun haqda fikirlərini belə bildirib:

“İki gündən sonra Vətən müharibəsində qazandığımız qələbənin beşinci ildönümünü qeyd edəcəyik. Buna görə də bu oyun simvolik xarakter daşıyır. Dünya bir daha gördü ki, Azərbaycan xalqı cəsurdur. Biz ikinci qolu 2:1 hesabı ilə öndə olarkən əks-hücumdan buraxdıq. Bu, çox şeyi göstərir. Mən bu komandadan qürur duyuram. 90 dəqiqə ərzində meydanda sürət var idi. Bu, Azərbaycan futbolu tarixində ən yaxşı oyunlardan biri idi.

“Qarabağ” göstərdi ki, o, hazırkı dünya çempionu ilə bərabər səviyyədə oynaya bilər. Qələbə qazanmaq şansımız da var idi. Bütün bunlar təsadüfi deyil. Daha bir uğurlu oyun və top-24-ə düşmək üçün yaxşı şanslarımız olacaq. Hələlik bu barədə danışmaq tezdir. Daha dörd xal toplasaq, növbəti mərhələyə adlaya bilərik. Bütün Azərbaycan xalqını təbrik edirəm. Qürur duyuram.

Biz çoxlu qol imkanları yaratdıq, hesab 2:1 olanda üçüncü topumuzu gözləyirdim. “Çelsi” böyük klubdur, gənc oyunçuları və böyük ambisiyaları var. Bizim səfərimiz davam edir, inanıram ki, biz növbəti mərhələyə çıxacağıq".

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://sportal.az
archiveBu xəbər 06 Noyabr 2025 02:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see166

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see152

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see148

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see147

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see146

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see146

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see144

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see139

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see139

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see137

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see137

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see134

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see134

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see133

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri