Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Daha güclü kibertəhlükəsizlik sistemi

Daha güclü kibertəhlükəsizlik sistemi

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Milli Kibertəhlükəsizlik Agentliyi” publik hüquqi şəxs yaradılıb. Agentliyin Nizamnaməsi təsdiq edilib, nizamnamə fondunun məbləği 442 min 498 manat həddində müəyyən edilib. Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşacaq.

Agentlik qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra Agentliyin, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə olunmuş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malik olacaq. Agentliyin sərəncamında qalan vəsaitdən nazirlik əməkdaşlarına əlavə mükafatların verilməsi üçün ayırmalar nəzərdə tutulacaq.

Texnoloji inkişaf və rəqəmsallaşmanın çağırışları

Ölkəmizdə texnoloji inkişaf, rəqəmsallaşma, süni intellektin tətbiq edilməsi  gündəlik həyatımızda yeni riskləri də meydana çıxarır. Dövlət qurumları,özəl sektor və cəmiyyətin bütün digər seqmentlərində rəqəmsallaşma dayanmadan irəliləyir. Ələlxüsus da sosial platformalara elektron ticarətin ənənəvi ticarəti sıradan çıxararaq ön plana keçməsi və maliyyə sövdələşmələrinin bu platforma üzərindən aparılması kibertəhlükələri də arıtrır. Azərbaycanın informasiya məkanına, o cümlədən onun tərkib hissələri olan dövlət, özəl və qeyri-hökumət qurumlarının, fiziki şəxslərin sahib olduğu informasiya ehtiyatlarına və infrastrukturlarına, maddi və qeyri-maddi obyektlərə qarşı texnoloji cəhətdən çoxşaxəli hücumların genişləndiyini müşahidə edirik.

Bütün bunlar hökuməti milli təhlükəsizliyə olan təhdidləri müəyyən etmək, bu təhdidlərin istifadə edə biləcəyi zəiflikləri, boşluqların və təhdid nəticəsində yarana bilən fəsadları aradan qaldırmaq üçün məsuliyyətini artırır və fəaliyyətini daha da gücləndirməyi labüd edir. Kibercinayətkarlığın törədilmə üsul və vasitələrinin sürətli diversifikasiyası, o cümlədən kriptovalyutaların geniş vüsət alması və müxtəlif cinayətkar məqsədlərlə istifadə olunması, kiberhücum vektorlarının ildən-ilə daha da çoxalması, o cümlədən sosial mediya kontekstində sürətlə artan kibertəhdidlər mübarizədə daha mükəmməl texnoloji həllərin tətbiqini zəruri edir. Ona görə də, kibertəhlükəsizlik riskləri reyestrinin formalaşdırılması, təhdidlərin qarşısını ala biləcək müasir texnologiyaların tətbiqi, fərdi məlumatların mühafizəsinin gücləndirilməsi, İKT- xidmət subyektlərində fəaliyyətin və “ağıllı” sistemlərin təhlükəsizliyinin təkmilləşdirilməsi, kiberkriminalistika sahəsində fəaliyyətin gücləndirilməsi olduqca vacibdir. Çevik və koordinasiya olunmuş fəaliyyət komandasına əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat tədbirləri həyata keçirən qurumlarla yanaşı, elmi-texniki və təhsil, informasiya-təhlil, kommunikasiya, iqtisadi və digər sahələr üzrə əlaqələndirilmiş birgə fəaliyyətin gücləndirilməsi sayəsində daha güclü və geniş təhlükəsizlik şəbəkəsi formlaşdırmaq mümkündür.

Hər ildə 1 trilyon dollardan çox kiberzərər...

Ümumdünya İqtisadi Forumunun Qlobal Risklər Hesabatına əsasən, kibertəhlükələr bu gün dünyanın üzləşdiyi risklər sırasında ilk yerlərdən birinə çevrilib. Bu isə ölkələrin və insanların məluamtlar bazasının ələ keçirilməsi ilə yanaşı, hədsiz dərəcədə böyük maliyyə itkilərinin yaranmasına səbəb olmaqdadır.

Ümumdünya Kibertəhlükəsizlik Təşkilatının (GISEC) məlumatına əsasən, kiberhücumlar qlobal miqyasda son 4 ildə daha da artıb və kibercinayətkarlıq qlobal iqtisadiyyata hər il 1 trilyon dollardan çox ziyan vurur. Təkcə, 2024-cü ilin birinci yarısında beynəlxalq miqyasda kiberhücumlar 30 faiz artıb və zərərlərin maddi dəyəri 100 milyonlarla dollara bərabərdir. Təhdidlərin artmasının səbəbləri arasında yeni texnologiyaların tətbiqi, zəif müdafiə üsulları və insan amili xüsusi yer alır. Hakerlər daha çox fərdi məlumatları, maliyyə məlumatlarını və dövlət sirlərini hədəfə alır.

Məhz bu səbəblərdən kibertəhlükəsizliyin təmin olunması  istər milli, istərsə də beynəlxalq səviyyədə ən başlıca məsələyə çevrilib və mütəşəkkil vahid əlaqələndirilmiş fəaliyyət tələb edir. Bu baxımdan Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması ölkəmizdə dövlət siyasətinin daha güclü və əlaqələndirilmiş formada həyata keçirilməsində mühüm addım kimi dəyərləndirilə bilər.

Kibertəhlükəsizlik Agentliyi hansı fəaliyyətlə məşğul olacaq?

Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması ölkəmizdə kibertəhlükəsizlik və fərdi məlumatların mühafizəsi sahəsində mühüm institusional dəyişikliklərə səbəb olacaq, e-təhlükəsizliyin daha da güclənməsinin dayanıqlılığını təmin edəcək. İndiyə qədər kibertəhlükəsizlik sektorunda fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidmətinin səlahiyyətləri, resursları və kadr potensialı kifayət qədər məhdud olduğundan kibertəhlükəsizlik sahəsində müəyyən boşluqlar yaranırdı. Yeni Agentliyin isə statusu yüksəkdir, səalahiyyətləri və idarəetmə modeli kifayət qədər genişdir. İdarəetmə strukturuna əsasən, dövlət sektorunun ən kritik hissəsi əvvəlki kimi müvafiq təhlükəsizlik qurumlarının nəzarətində qalır. Dövlət qurumlarının informasiya sistemləri, kritik informasiya infrastrukturları, strateji sektorların kritik sistemləri, xüsusi mühafizə olunan obyektlər, kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin sistemləri, eləcə də dövlət sirri ilə işləyən informasiya sistemləri üzrə səlahiyyətlər əvvəlki qaydada saxlanılır. Belə ki, dövlət kibertəhlükəsizlik idarəçiliyində yeni balans formalaşdırır. Belə ki, strateji və milli təhlükəsizlik komponentləri mövcud təhlükəsizlik qurumlarının nəzarətində qalır, mülki sektorun kibertəhlükəsizlik tənzimlənməsi və fərdi məlumatların mühafizəsi isə yeni Agentliyin əsas fəaliyyət istiqamətlərinə çevrilir.

Agentlik daha çox kritik informasiya infrastrukturuna aid olmayan özəl sektorun kibertəhlükəsizlik tənzimləyicisi rolunda da çıxış edəcək ki, bu da milli informasiya təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Həmçinin, fərdi məlumatların mühafizəsi sahəsində Agentliyə xüsusi səlahiyyətlər verilib ki, bu da fərdi məlumat bazalarının reyestrinin aparılması, auditlərin təşkili, şikayətlərin araşdırılması və nəzarət funksiyalarının həyata keçirilməsinə imkan yaradacaq.

Agentlik telekommunikasiya operatorları, internet provayderləri, banklar, maliyyə qurumları, elektron ticarət platformaları, hostinq və bulud xidmətləri göstərən şirkətlər, eləcə də digər informasiya infrastrukturu subyektləri ilə bağlı koordinasiya, monitorinq, metodoloji dəstək və tənzimləmə funksiyalarını həyata keçirəcək.

Bir sözlə, Agentliyin fəaliyyəti sayəsində Azərbaycanda kibertəhlükəsizlik və məlumatların qorunması sahəsində mühüm institusional arxitektura və fərdi məlumatların mühafizəsi istiqamətində daha dayanıqlı və sistemli mühiti formalaşacaq.

E.CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 İyun 2026 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri