Icma.az
close
up
RU
Daim ülvi amallarla yaşayan Azərbaycan qadınları...

Daim ülvi amallarla yaşayan Azərbaycan qadınları...

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün onların - həyatımızın bəzəyi sayılan əziz qadınların bayramıdır.  Əslində isə qadınlar elə bir əvəzolunmaz dəyərdirlər ki, onlar ildə yalnız bir dəfə deyil, hər gün sevinməyə, hər gün səmimi təbriklər qəbul etməyə layiqdirlər. Prezident İlham Əliyev bu günlərdə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrikində həyatın bütün sahələrində qadınların böyük rolunu yüksək dəyərləndirərək vurğulayıb: “Azərbaycan qadınları hər zaman cəmiyyətimizin mənəvi dayağı olmuş, daim ülvi amallarla yaşamışlar”.

Heydər Əliyevin qadınlara həssas yanaşması

Bu gün müstəqil Azərbaycanda qadınlara yüksək dəyər verilir. Bu siyasətin əsası isə xalqın təkidli tələbi ilə 1993-cü ilin yayında ikinci dəfə Azərbaycanın rəhbərliyinə qayıdan Heydər Əliyev tərəfindən qoyulub. Onun rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycanın ilk Konstitusiyasında qadınlara geniş hüquqlar verilib. 

1995-ci il Azərbaycan qadınları  üçün əlamətdar olub. Belə ki, həmin ildə Heydər Əliyevin imzaladığı müvafiq fərmana əsasən Azərbaycan BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi” Konvensiyasına qoşulub. Müqayisə üçün bildirək ki, bu gün dünyada bəzi inkişaf etmiş dövlətlər hələ də bu konvensiyaya qoşulmayıblar. Prezident Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Dövlət başçısı ölkənin siyasi, sosial-iqtisadi və mədəni həyatında qadınların rolunu artırmaq, Azərbaycan Respublikasının qoşulduğu yuxarıda bəhs etdiyimiz Konvensiyadan irəli gələn öhdəliklərini daha geniş miqyasda həyata keçirmək üçün 1998-ci il 14 yanvar tarixində “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” fərəncam imzalayıb. Prezident Heydər Əliyev tərəfindən 6 mart 2000-ci il tarixində imzalanan fərman isə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” adlanır. Fərmanla Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunmalarının təmin edilməsi tapşırılıb. Sonrakı illərdə Heydər Əliyevin təşəbbüsü ilə “Azərbaycan Respublikasında Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı” qəbul edilib.

Qadınların bütün sahələrdə iştirakçılığı genişlənir

Ölkəmizdə qadınlara həssas yanaşma Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirilir. Respublikamızda dövlət başçısının siyasi iradəsi əsasında qadınların bütün imkanlara çıxışının təmin olunması məqsədilə hüquqi baza getdikcə daha da möhkəmləndirilir. Bu kontekstdə ölkə Prezidentinin təşəbbüsü ilə 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun qəbul edilməsini, elə həmin il dövlət başçısının müvafiq sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılmasını xüsusi qeyd edə bilərik.

Belə ardıcıl siyasətin nəticəsidir ki, ölkəmizdə qadınların bütün sahələrdə iştirakı genişlənir. Bu gün ölkə əhalisinin ümumi sayının 50 faizdən çoxunu qadınlar təşkil edir. Respublikanın ümumi təhsil müəssisələrində müəllimlərin 82,7, orta ixtisas təhsil müəssisələrində 79,4, ali təhsil müəssisələrində 58,7 faizi, həkimlərin isə üçdən ikisi qadınlardır. Qadınların elmin inkişafında da müstəsna rolu vardır. Ölkə üzrə elmi işçilərin 59,2 faizini qadınlar təşkil edir. Eyni zamanda, dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29,4 faiz, fərdi sahibkarlar arasında isə 22,7 faizdir.

Mübariz FEYİZLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Mart 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri