Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Azərbaycan diasporu daim xalqımızın yanındadır

Azərbaycan diasporu daim xalqımızın yanındadır

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müsahibimiz Azərbaycan əsilli Almaniya alimi, texnika elmləri doktoru, Nürnberq Universitetinin professoru, hazırda “Şeffer qrupu” şirkətinin vitse-prezidenti, “Baltic-NET” şirkətinin baş meneceri, həmçinin Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin üzvü, dünyanın bir çox ölkələrində qeydiyyata düşmüş 60-dan çox patentin müəllifi Yaşar Musayevdir.

– Yaşar müəllim, yaxın günlərdə Azərbaycanda BMT-nin İqlim Dəyişmələri Konfrası–COP29 keçirildi. Siz də uzaq Almaniyadan dünyamiqyaslı belə tədbirdə iştirak etmək üçün Bakıya gəldiniz. İstərdik sizin təəssüratlarınızı öyrənək ?

– Əvvəlcə “Xalq TV” ailəsini salamlayıram. Sizə dərin təşəkkürümü bildirirəm ki, belə mühüm mövzuya müraciət etmisiniz. COP29 dünyada keçirilən çox böyük iqlim tədbiridir. Tədbirin Bakıda keçirilməsi münasibətilə Vətəndə olmaqdan çox məmnunam. Bu tarixi bir hadisədir. Ölkəmiz adına mühüm nailiyyətdir. Konfransa qatılmaq üçün ölkəmizə 70 mindən çox qonaq gəlmişdi. Bunların içərisində 80-dən çox dövlət və hökümət rəhbərləri, rəsmilər, eyni zamanda, tanınmış alimlər, iqlim sahəsində çalışan mütəxəssislər var idi. Bu konfrans Birləşmiş Millətlər Təşkilatının (BMT) ən böyük konfransıdır. Burada məqsəd planetimizdə yaranan qlobal iqlim dəyişikliklərinə qarşı birgə qərarlar qəbul etmək və gələcəkdə yaranacaq problemlərin mümkün qədər qarşısının alınması üçün həmrəy olmaq, müştərək mübarizə aparmaqdır. Yeri gəlmişkən, COP29-da iştirak üçün dünyanın 196 ölkəsindən ölkəmizə qonaqlar gəlmişdi. Müzakirələrin məqsədi dünyada fosil enerjidən istifadənin minimuma endirilməsi və “yaşıl enerji”yə keçidi sürətləndiməkdir. Bildiyiniz kimi, bu sahədə Paris və Kioto protokolları da qəbul edilib. Məqsəd isə qlobal istiləşməyə qarşı temperaturun 1,5 dərəcə aşağı salınmasıdır. Əlbəttə, belə mühüm tədbirdə iştirak etmək bir alim kimi məni də sevindirməyə, fərəhləndirməyə bilməz. Çünki bu Azərbaycanın uğurlar aktivinə yazılan bir tədbir oldu.

– Bakıda keçirilən COP29 Sammitinə bir mühəndis kimi nəzər salmanızı istərdik. Son illər ölkəmizdə külək və Günəş enerjilərindən istifadə və “yaşıl enerji”yə keçid prosesindən danışın.

– Bəli, son illər Azərbaycanda külək, Günəş və su elektrik stansiyalarından əldə edilən enerjidən istifadənin genişləndiyini görürük. Gələcəkdə hidrogen enerjisindən istifadə artacaq. Demək olar ki, dünyada və ölkəmizdə sürətlə “yaşıl enerji”yə keçid prosesi gedir. Bunun da əsas səbəblərindən biri yaxın zamanlarda Avropada 260-dək insanın təbii fəlakətlərin qurbanı olması və ABŞ-da insanların həyatlarını itirməsi faktorudur. Belə ki, artıq dünyada iqlim dəyişikliyinin gətirdiyi fəlakətlər bir siqnal rolunu oynayır və ölkələri ilqim dəyişikliyinə qarşı mübarizədə birləşməyə və “yaşıl enerji”yə keçid kimi alternativ yollara üz tutmağa sövq edir. Təbii ki, bu işdə də paytaxtımızda keçirilən COP29 kimi iqlim sammitinin mühüm rolu vardır.

Yeri gəlmişkən, Azərbaycanda bu proses çox uğurla həyata keçirilir. Belə ki, dünyanın bir sıra ölkələrindən fərqli olaraq, ölkəmizdə yeni enerji mənbələrinin formalaşdırılması üçün kifayət qədər maliyyə resursları və bu resurslara çıxışlar vardır. Onu da qeyd edə bilərik ki, ölkəmizdə bu resurslar neft-qaz sənayesi əsasında formalaşan maliyyə mənbələri hesabına formalaşır.

Ümumiyyətlə, iqlim konfransının da qarşısına qoyduğu məqsədə çatmaq üçün Almaniya, Çin, Böyük Britaniya, Rusiya, ABŞ və inkişaf etmiş digər ölkələrin də üzərinə böyük məsuliyyət düşür. Belə ki, həmin ölkələrin sənaye sahəsinin ekoloji çirklənmədə böyük payı olduğu kimi, bu tədbirdə də iqlim dəyişikliyinə qarşı mübarizədə onların üzərinə eyni məsuliyyət payı düşür. İnanırıq ki, onlar bu məsuliyyəti və tam dərk edəcəklər və gələcəkdə bu sahədə zəruri addımları atacaqlar.

– Almaniyada yaşayıb uğur qazanan bir alim və soydaşımız kimi, necə düşünürsünüz biz hansı yolu qət etməliyik ki, alman texnologiyasını ölkəmizə inteqrasiya etdirək?

– Əlbəttə ki, ilk növbədə, elm-təhsil sahəsi inkişaf etməlidir. Əgər biz mühəndislik sahəsini nəzərdə tutsaq, bunun əsasında yüksək sənaye potensialı dayanır. Bir yerdə ki, sənaye potensialı yoxdur, orada mühəndislik sahəsi də inkişafdan geri qalacaqdır. Burada təhsilin üzərinə böyük yük düşür. Belə ki, təhsil müəssisəsinin bazasında yüksək inkişaf etmiş elmi-təcrübi laboratoriyalar olmalıdır. Məhz bu laboratoriyalarda dediyiniz nəzəri biliklər praktikadan keçirilir. Bundan əlavə həmin laborotoriyalarla digər müəssisələr arasındakı əlaqə təhsil müəssisəsinin professor-müəllim və tələbə kontingentinin motivasiya olunmasında böyük rol oynayır.

Ölkəmizdə də bu prosesi uğurla davam etdirmək üçün strateji yol xəritəsi və yaxud da başqa bir formatda hansısa proqram hazırlansaydı, təbii ki, həmin sahədə mütləq uğurlar əldə edilə bilərdi. Məhz elə sizin bu, Almaniya misalınızdakı kimi düzgün bir yol olardı. Mən inanıram ki, bu, belə də olacaq.

Siz bilirsiniz ki, mən Azərbaycan Texniki Universitetində mühazirəçi professor olaraq fəaliyyət göstərirəm. Bakalavr, magistrant və doktorantlara uzun illərdir ki, rəhbərlik edirəm.

– Son illər süni intellekt həyatımıza sürətlə daxil olmaqdadır. Almaniyada süni intellektlə bağlı vəziyyət necədir?

– Strateji baxımdan dünyanın bütün ölkələrində bir neçə sahə mövcuddur. Biz onu “şlüsser açar” sahəsi deyirik. Bura hər bir ölkənin özünün müəyyən etdiyi prioritet sahə daxildir. Bura süni intellekt, kibertəhlükəsizlik, “yaşıl enerji” və digər bu kimi sahələr daxildir.

Süni intellekt bu gün dünyanın aparıcı ölkələrində tətbiq edilir. Belə ki, bu sahəyə keçid ağıllı texnologiyalar və düşünülmüş proqramlar çərçivəsində tətbiq edilməzsə onun mənfi tərəfləri ilə qarşılaşmağımız qaçılmazdır. Bəzi ölkələrdə süni intllektin tətbiqi sahəsində bir sıra iş yerlərinin insanlar üçün itirilməsi məsələsinin şahidi olmuşuq. Mənim fikrimcə, süni intellektə keçid prosesində hər bir ölkənin spesifik xüsusiyyətləri nəzərə alınmalıdır. Bundan başqa, burada mənəvi məsələlərə də mütləq diqqət yetirilməlidir. Tutaq ki, Almaniyada tətbiq olunan süni intellekti Azərbaycanda tətbiq etmək və ya əksinə olmaz. Bunu etsək belə nəticəsi müsbət olmaya bilər. Lakin elə məsələlər var ki, istehsal və bazar prosesində tətbiq edilir. Bunu tətbiq edərək uğur qazanmaq olar. Lakin cəmiyyətinin özünün həyatı ilə bağlı və yaxud idarəçiliklə bağlı hər hansısa süni intelekti tətbiq etməklə yalnış nəticə əldə etmiş olarıq.

– Sizin Azərbaycanın Almaniyadakı diaspor təşkilatında da uğurlu fəaliyyətinizi müşahidə edirik. Eyni zamanda, Almaniya Azərbaycanlılar Alyansının üzvü və həmçinin Bakı–Nurnberq Mədəniyyət və Təhsil Mərkəzi İdarə Heyətinin sədri kimi sizi vətənimizlə bağlı hansı məsələlər düşündürür?

– Əlbəttə, dünyada 50 milyon azərbaycanlı yaşayır. Almaniyada isə həm Şimali, həm də Cənubi Azərbaycandan olan soydaşlarımızın sayı birgə 150 min nəfər təşkil edir. Onu deyə bilərəm ki, dünyanın harasında yaşamağımızdan asılı olmayaraq bizim öz hədəflərimiz və ideallarımız var. Ola bilər ki, xaricdən baxanda fərqli fikirlər və düşüncələrə malik ola bilərik. Ancaq hər birimiz üçün birgə ideallar və prioritetlər var ki, bu, bizi birləşdirir. Bu idealların və məqsədlərin həyata keçirilməsi işində bizim hər birimizin üzərinə öhdəliklər düşür. Mən inanıram ki, onların əksəriyyəti bu vəzifəni layiqincə yerinə yetirir. Gələcəkdə də bu işləri daha böyük uğurla davam etdirəcəklər. Bunun üçün ilk növbədə milli hədəflərimizi dəqiq müəyyənləşdirməliyik.

Müsahibəni qələmə aldı:
Anar TURAN
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Dekabr 2024 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see324

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see296

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see270

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see254

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see249

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see247

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see240

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see225

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see221

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see204

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see198

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see196

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see193

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see184

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see180

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see179

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see177

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see177

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri