Icma.az
close
up
RU
Dalana sıxışdırılan Putin, Trampın qətiyyəti, Zelenskinin uğurlu revanşı

Dalana sıxışdırılan Putin, Trampın qətiyyəti, Zelenskinin uğurlu revanşı

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Avqustun 15-də Alyaskada Tramp-Putin, avqustun 18-də Ağ Evdə Trampın Volodimir Zelenski və Avropa liderləri ilə görüşü Kremlin Rusiya-Ukrayna müharibəsində artıq dalana dirəndiyini, geriyə çəkilmək məcburiyyətində qaldığını ortaya qoydu.

Baxmayaraq ki, dünyanın bir çox mediasında Alyaksa görüşü Putinin qələbəsi kimi təqdim edilsə də, real vəziyyət tam bunun əksinədir. Alyaska və Vaşinqton görüşü son illərdə Rusiya-Ukrayna müharibəsində ciddi irəliləyişlərin əldə edilməsi istiqamətində Qərbin və Kiyevin ən uğurlu danışıqları kimi dəyərləndirilməlidir. 

Birincisi, Rusiya-Ukrayna müharibəsində atəşkəsin əldə edilməsində Kiyevin ilkin şərti Ukraynanın təhlükəsizliyinin təminat məsələsi olub. Lakin kollektiv Qərb Ukraynanın təhlükəsizliyinin qarantı olaraq ölkəni nə NATO-ya üzvlüyə qəbul edib, nə də başqa formada Kiyevə belə bir təminat verə bilib.  Ukraynanın təhlükəsizliyinə təminat məsələsini ilk dəfə Vaşinqton Trampın Putinlə Alyaska görüşündə məsuliyyəti üzərinə götürəcəyini bəyan edib. Bu məsələ ilə bağlı avqustun 18-də Ağ Evdə Trampın Zelenski və Avropa liderləri ilə keçirilən görüşündə daha detallı şəkildə müzakirə olunaraq ümumi razılığa gəlinib.

NATO-nun baş katibi Mark Rutte Vaşinqton görüşündə Ukraynanın təhlükəsizlik təminatları ilə bağlı əldə olunan razılaşma barədə açıqlamasında deyib ki, bir çox Avropa ölkəsi görüşdə Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxış ediblər. Baş katibin sözlərinə görə, nəticədə Kiyevin müttəfiqləri Ukraynanın təhlükəsizliyi ilə əlaqədar olaraq NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik təminatın verilməsi təklifi ilə razılaşıblar. Belə ki, 5-ci maddə kollektiv müdafiə prinsipini təsbit edir və bu maddənin pozulması NATO-nun 32 üzvündən hər hansı birinə hücum hamıya qarşı hücum hesab olunur. Belə olan şəraitdə NATO-ya üzv ölkələr Ukraynanın təhlükəsizliyinin təminatçısı rolunda çıxış edə bilərlər. NATO-da belə bir praktika mövcuddur. Məsələn, Yaponiya və Cənubi Koreya ilə belə bir müqaviləsi mövcuddur. ABŞ bu ölkələrin təhlükəsizliyinin təminatçısı rolunda çıxış edir. NATO baş katibi Rutte onu da bildirib ki, hazırda belə təminatların yaradılması üçün Avropa və digər tərəfdaşlarla müzakirələr gedir.

İkincisi, Kreml indiyədək olan danışıqlarda Ukraynada işğal etdiyi ərazilərdən geri çəkilməyəcəyini bəyan edib. Lakin son danışıqlarda Kremlin mövqeyində yumşalmalar ortadadır və müəyyən güzəştlərə getməyə hazır olduğunu bəyan edir.

Üçüncüsü, Putin son bir neçə ildə Zelenski ilə nəinki ikitərəfli formatda, hətta çoxtərəfli fomatda görüşü qətiyyətlə rədd edib. Habelə Kreml Ukraynada prezident seçkilərinin vaxtı keçdiyi üçün prezident Volodimir Zelenskinin hakimiyyətini qeyri-legitim hesab edib. Alyaska görüşünün nəticəsi olaraq Putin Zelenski ilə ikili və çoxtərərfli formatda görüşə hazır olduğunu bəyan edib. Hazırda çox qısa zamanda ikitərəfli və üçtərəfli formatda görüşün baş tutması istiqamətində danışıqlar getməkdədir. 

Dördüncüsü, Rusiyanın yanlış siyasəti nəticəsində getdikcə MDB məkanındakı dostları itirməkdədir.

Beşincisi, Moskvaya Ukrayna müharibəsində ən ciddi dəstək verən İran, Çin və Şimali Koreya əvvəlki kimi yanında dura bilmir. Rusiya artıq təklənmək təhlükəsi ilə üz-üzədir. Hazırda Rusiyanın ən yaxın müttəfiqi hesab edilən Belarus belə, Moskvadan uzaqlaşmaq yolları axtarmaqdadır.

Altıncısı, sanksiyalar Rusiyaya öz ciddi təsirini göstərməkdədir. Artıq ölkə daxilində ciddi problemlər özünü büruzə verməkdədir.

Yeddincisi, Rusiyanın daxildəki həm insani, həm iqtisadi, həm də hərbi resurslarının, gücünün   zəifləməsi, tükənməsi öz təsirlərini göstərməkdədir.

Səkkizinci və ən əsası isə Kremlin mövqeyindən geri çəkilərək yumşalmasında Trampın sərgilədiyi qətiyyətli mövqenin xüsusi rolu var. 

Burada Avropa ölkələrinin də sərgilədiyi mövqeni unutmaq olmaz.

Moskvadan fərqli olaraq Kiyev nə qədər çətin olsa da, bu işğala müqavimət göstərərək indiyədək dözə bildi. Artıq Kiyevin indiyədək yürütdüyü davamlı və dönməz diplomatiyası asta-asta öz bəhrəsini verməkdədir. Belə demək mümkünsə, Kiyev artıq prosesləri öz xeyrinə yönəltməkdədir. 

Tramp hakimiyyətinin ilk vaxtlarında Kiyevlə Ağ Ev arasında mövcud olan anlaşılmazlıqlar aradan qalxıb. Düzdür, Rusiya-Ukrayna sülh danışıqlarında Kiyevin maraqlarına tam cavab verməsə də, ilkin mərhələ kimi məqbul sayıla bilər. Bu ən azı Ukraynanın yenidən özünü bərpa edib güclənməsinə imkan verəcək.

Son olaraq onu qeyd etmək olar ki, Putin artıq Ukrayna cəbhəsində istədiyi nəticəni əldə etmək imkanlarını getdikcə itirməkdədir və getdikcə də itirəcək. Onun Ukraynaya yönəlik işğalçılıq siyasətini “Pir qələbəsi”, yəni əhəmiyyətli itki hesabına əldə olunmuş məğlubiyyətə bərabər qələbə adlandırmaq olar.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://olke.az
archiveBu xəbər 19 Avqust 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see211

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see170

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see157

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see151

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see137

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see136

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see135

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see134

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri