Icma.az
close
up
RU
“Dallas” Luka Donçiçi “Leykers”ə verdi

“Dallas” Luka Donçiçi “Leykers”ə verdi

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

MBA-da son günlər ən çox müzakirə olunan xəbər “Dallas”ın müdafiəçisi Luka Donçiçi “Leykers”lə dəyiş-düyüş etməsidi.

“Gölməçəsevərlər” bununla bağlı açıqlama yayıb:

“Bəli, bu hadisə gerçəkdən baş verdi. Luka, Los-Ancelesə xoş gəlmisən”.


Bu prosesin tərkib hissəsi kimi Maksi Kleberlə Markiff Moris də “Dallas”dan “Leykers”ə keçib. “Dallas” əvəzində “Leykers”dən forvard Entoni Devisi, Maks Kristini və 2029 draftında 1-ci mərhələ pikini alıb.
MBA-nın ən parlaq ulduzlarından olan Donçiç cari mövsümdə hər oyunda orta hesabla 28,1 xal toplayıb, 8,3 ribaund edib və 7,9 ötürmə verib. 25 yaşlı sloveniyalı 5 dəfə Ulduzların oyununda iştirak edib.
Bu dəyiş-düyüş “Dallas” azarkeşlərində hədsiz qıcıq doğurub. Texas klubunun azarkeşləri ev oyunlarının keçirildiyi “Eyrlayns-sentr”in qarşısına çiçəklər və pivə bankarı düzüb. Onlar etirazlarını həmçinin arenaya boş tabut gətirməklə ifadə ediblər. Cəmi bir neçə saat ərzində 700 min istifadəçi “Dallas”ın rəsmi “instaqram” hesabına abunəlikdən çıxıb. Bir sözlə, əsas ulduzunu itirən “Maveriks” üçün çətin dönəm başlayır. “Leykers” artıq Donçiçin 77 nömrəli forma ilə çıxış edəcəyini də açıqlayıb.
Donçiç sosial şəbəkə hesabında “Dallas” azarkeşləri ilə belə vidalaşıb:

“Əziz Dallas! Yeddi il əvvəl bura ən yüksək səviyyədə basketbol oynamaq arzusunda olan yeniyetmə kimi gəldim. Bütün karyeramı burda keçirəcəyimə ümid edir, sizə çempionluq hədiyyə etməyə can atırdım. Amerikaya ilk dəfə gələn sloveniyalı gənc kimi burda – Şimali Texasda sizin sayənizdə özümü evdəki kimi hiss edirdim. Basketbol karyeramda yeni mərhələ başlayır, evdən kənarda evim olan şəhəri tərk edirəm”.


1 fevral
Detroyt – Dallas 117:102 (28:32, 34:26, 31:27, 24:17)
Şarlott – Klippers 104:112 (23:23, 25:30, 29:34, 27:25)
Toronto – Çikaqo 106:122 (27:30, 23:25, 24:33, 32:34)
Filadelfiya 76 – Denver 134:137 (36:38, 33:35, 31:30, 34:34)
Nyu-Orlean – Boston 116:118 (34:31, 19:28, 33:32, 30:27)
San-Antonio – Miluoki 144:118 (35:35, 35:36, 45:30, 29:17)
Qolden Steyt – Finiks 105:130 (27:30, 24:32, 28:36, 26:32
2 fevral
İndina – Atlanta 132:127 (40:24, 28:40, 31:31, 33:32)
Yuta – Orlando 113:99 (31:21, 28:26, 26:22, 28:30)
Şarlott – Denver 104:107 (20:27, 26:27, 35:36, 23:17)
Hyuston – Bruklin 98:110 (23:26, 15:27, 26:30, 34:27)
Minnesota – Vaşinqton 103:105 (26:27, 31:31, 20:25, 26:22)
Oklahoma-Siti – Sakramento 144:110 (36:31, 46:24, 31:35, 31:20)
Nyu-York – Leykers 112:128 (32:32, 22:27, 35:32, 23:37)
San-Antonio – Mayami 103:105 (33:33, 23:27, 26:25, 21:20)
Portlend – Finiks 127:108 (31:27, 30:19, 37:33, 29:29)
Detroyt – Çikaqo 127:119 (30:35, 34:19, 31:32, 32:33)
Klivlend – Dallas 144:101 (50:19, 41:27, 28:29, 25:26)
Toronto – Klippers 115:108 (36:32, 25:29, 31:16, 23:31)
3 fevral
Filadelfiya 76 – Boston 110:118 (29:21, 32:23, 33:36, 16:38)
Miluoki – Memfis 119:132 (28:31, 30:25, 41:37, 20:39)
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 Fevral 2025 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see326

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see298

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see278

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see277

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see230

Yeni Robotik Reabilitasiya Mərkəzində ağır xəstələr həyata qayıdır VİDEO

23 Sentyabr 2026 16:37see207

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see201

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see200

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see200

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see198

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see193

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see192

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see191

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see191

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see186

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see175

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see170

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see167

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see163

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri