Dambrauskas: Orhus a qarşı görüşdə bərabərliyə layiq idik
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
"Sabah" "Orhus"la matçda bərabərliyə layiq idi.
Milli.Az xəbər verir ki, bunu Azərbaycan çempionunun baş məşqçisi Valdas Dambrauskas "Orhus"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunundan sonra deyib.
Mütəxəssis güclü rəqibə qarşı çıxış etdiklərini bildirib:
"Bu gün bizim üçün çox çətin oyun oldu. Hesabda 0:2 geriyə düşdük, daha sonra fərqi azaltdıq. Bərabərlik qolunu vurmaq üçün ardıcıl hücumlar təşkil etdik. Rəqibə təzyiq edən tərəf biz idik. Bu görüşdə heç-heçəyə layiq idik. Rəqib komanda iki möhtəşəm qolla qələbə qazandı. İlk oyunda qaçırdığımız qol epizodlarını cavab matçında dəyərləndirmək istəyirik. Bir top fərqlə geridəyik və mərhələni keçmək şansımız var".
Qeyd edək ki, "Orhus" - "Sabah" qarşılaşması Danimarka təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. Komandalar arasında cavab matçı avqustun 11-də, saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da təşkil olunacaq.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:199
Bu xəbər 06 Avqust 2026 00:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















