Dambrauskas Qarabağ ın penalti epizodundan danışdı
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Hakim qərarlarını şərh etməyi xoşlamıram. Epizodlara baxmışam, bu, hakimlərin işidir. Amma bir məqam var ki, qeyd etmək istəyirəm. İşlədiyim ölkələr arasında hakimliklə bağlı bu qədər danışılan ikinci ölkə görməmişəm. Azərbaycanda hər həftə hakim qərarları müzakirə olunur. Futbolun inkişafını istəyiriksə, hakimlik də inkişaf etməlidir. Bəzən eyni epizodlara fərqli qərarlar verilir.
Axar.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Qarabağ" üzərində qazandıqları 2-1 hesablı qələbədən sonra mətbuat konfransında deyib.
Dambrauskas finaldakı rəqib "Zirə" barədə danışarkən oyunun çətin keçəcəyini söyləyib:
"Final heç vaxt asan olmur. Bu, bir oyundan ibarətdir və hər şey mümkündür. Rəqib kim olur-olsun, biz öz işimizi görməliyik. Məqsədimiz titulu qazanmaqdır".
Qeyd edək ki, matç 2-1 hesabı ilə "Sabah"ın qələbəsi ilə başa çatıb. İki görüşün nəticəsinə əsasən, "Sabah" rəqibini 4-3 məğlub edərək kubokun finalına yüksəlib.
Matçın son dəqiqəsində isə “Sabah”ın oyunçusunun əlinə cərimə meydançası daxilində top dəysə də, hakim penalti zərbəsi təyin etməyib və matçı başa çatdırıb. Bundan sonra isə “Qarabağ” üzvləri hakimə kəskin etirazlarını bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 23 Aprel 2026 00:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















