Icma.az
close
up
RU
Damrauskas söz verdi: “Komandamda potensialı görürəm”

Damrauskas söz verdi: “Komandamda potensialı görürəm”

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

"Sabah"ın baş məşqçisi Valdas Damrauskasın Avropa Liqasında "Çelye"yə (Sloveniya) qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransı təşkil olundu. Sport24.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə sualları cavablandırdı:

– Avropada hər oyun futbol ictimaiyyəti üçün böyük önəm kəsb edir. Həyəcanlıyıq, səbrlə oyunu gözləyirik. Rəqibin ötən mövsüm böyük sürprizlər etdiyini bilirik. Konfrans Liqasında 1/4 finala kimi gəlmişdilər. Bu cür oyunlarda inkişaf edirsən. Rəqibin gücünü bilirik, amma klub olaraq bu oyunu səbirsizliklə gözləyirik. Əlimizdən gələnin ən yaxşısını edəcəyik. Azarkeşlərimizi meydana dəvət edirəm. Söz verirəm ki, ən yaxşı oyunumuzu göstərəcəyik.

– Azərbaycana gəlişiniz necə alındı?

– Belə məsələlərdə bəzən çox tez qərar verirsən. "Sabah"ın təklifi gələndə başqa klubla müqaviləm var idi. Komandanın iddialı olması qərarıma təsir etdi. "Sabah" 8 ildir yaranıb, amma qısa zamanda yaxşı nəticələri var. Klubun iddiası məni cəlb etdi. Ümid edirəm ki, ilk oyunda uğurlu olacağıq.

– "Çelye"ni nəyin hesabına keçə bilərsiniz?

– Belə matçlarda kiçik detallar həlledici olur. Rəqibi təhlil edirik, baxırıq. Qısa informasiyamız var. Çünki ötən ildəki əsas oyunlarından 4-5-ni itirib. Həm də cəmi bir yoxlama oyunu keçiriblər. Bunlar müsbət məqamlardır. Amma mövsümün əvvəlində komandaların durumu tam aydın olmur. Öz kollektivimi gördüm, necə istəkli olduqlarını hiss etdim. İnanıram ki, belə istəklə çalışmağa davam etsək, yaxşı nəticələr əldə edə bilərik.

– Bir neçə il əvvəl "Omoniya" ilə Azərbaycan təmsilçisi "Zirə"ni keçmişdiniz. Bu potensialın "Sabah"da da olduğunu düşünürsünüz?

– Komandaları müqayisə etmək düzgün deyil. Komandamda potensialı görürəm. Müasir, hücum futbolu oynamağa çalışacağıq. Özüm də hücum futbolunu oynatmağı sevirəm.

– "Sabah"ın basketbol komandasının baş məşqçisi Rimas həmyerlinizdir. O, komandaya keçidinizdə hansı rolu oynadı?

– Əlbəttə, Rimasın burda işlədiyini bilirdim. Ancaq onunla bu haqda danışmamışam. "Sabah"ın iddiasını, ambisiyasını bilirəm. Bunların bir parçası olmaq üçün əlimdən gələni edəcəyəm.

– Həyəcanlı olduğunuzu dediniz. Bu, komandaya mənfi təsir göstərməz?

– Belə oyunlarda gərginlik olur. Çünki rəqibi tanımırsan, amma 10-15 dəqiqə sonra itir. Normal haldır. Həyəcanlı deyiləm, narahatlığım yoxdur. İki həftə ərzində yaxşı məşqlərimiz olub. Komandama inanıram.

– Avstriyada toplanışda 2 oyuna 5 qol vurub, 5-ni buraxmısınız. Müdafiədə hansısa narahatlıq var? 

– Yoldaşlıq oyunları bizimçün önəmlidir. Həmişə güclü rəqiblərə üstünlük verirəm. Bu sayədə çatışmazlıqları görmək olar. Mənim tərzim budur. Yoxlama matçlardan qol buraxmadan qələbələr qazansaq, nəyi təhlil edəcəyik? Səmimi desəm, uşaqlar da bu iki sınaq matçına sevindi daha çox qollar vura bilərdik. Meydana gələcək azarkeşlərimiz qollarımıza sevinəcək. Düzdür hər şey mükəmməl deyil, amma yaxşısını etməyə çalışacağıq.

– Qısa müddətdə komandada nələri dəyişə bilmisiniz?

– Ötən mövsümü bilirəm. Hər şeyin fərqindəyik. İddialarımızı bilirik. Addım-addım böyümək istəyirik. Düzdür, qısa vaxtımız oldu, amma pozitiv məqamları gördük. Həmişə uşaqlara deyirəm ki, cəsarətli oynasınlar. Səhvlərdən qorxmasınlar. Futbol səhvlər oyunudur. Məsələ səhvlərə qarşı düzgün reaksiya verməkdir. Eyni cinahda oynayanların bir-birini anlaması mühümdür. Həmişə məşqdə artırmağı sevən məşqçiyəm. Qarşıdakı oyun bizimçün önəmlidir.

– Azərbaycan millisinin qapıçısı Yusif İmanov nə üçün toplanışa aparılmadı və avrokubok oyunları üçün heyətə daxil edilmədi?

– Qərar mən gəlməzdən öncə verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://sport24.az
archiveBu xəbər 08 İyul 2025 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri