Icma.az
close
up
RU
Danilo: “Yalnız azarkeşlərlə stadionda vidalaşa bilməməyimə təəssüf edirəm”

Danilo: “Yalnız azarkeşlərlə stadionda vidalaşa bilməməyimə təəssüf edirəm”

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Gözlənildiyi kimi, “Yuventus” Danilo ilə yolları ayırıb. İtaliya klubunun rəsmi saytının məlumatına görə, 33 yaşlı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma ilə xitam verilib.

"Football-plus.az" xəbər verir ki, bəzi mənbələr braziliyalı futbolçunun “Napoli”yə keçəcəyini iddia edir. 2019-cu ildən “Yuventus”da çıxış edən Danilo “ağ-qara” formada ümumilikdə 213 oyun keçirib və 9 qol vurub. O, rəhbərliyin qərarı ilə ötən ilin sonlarından əsas komanda ilə məşq etmək imkanını itirmişdi. Turinlilərin sabiq kapitanı vətəni Braziliyaya yollanmaq üçün gəldiyi hava limanında ayaqüstü jurnalistlərin bir sıra suallarını cavablayıb.
- Komandadan bu şəkildə ayrılacağınızı təsəvvür edirdiniz?
- Yerli publika ilə stadionda vidalaşmaq, burdan fərqli şəkildə ayrılmaq istərdim. Bununla belə, indi özümlə yalnız xatirələri aparıram. Turində və “Yuventus”da keçirdiyim 5 il ərzində şəxsiyyət, kişi və futbolçu kimi inkişafa nail oldum və indi gözəl xatirələri özümlə aparıram.
- Burda kapitandan lazımsız oyunçuya da çevrildiniz...
- Bu sual mənə verilməməlidi. Mən komandaya həmişə kömək etməyə hazır olmuşam, həmişə öz işimi can-başla yerinə yetirmişəm. Fikrimcə, münasibəti ifadə edən amil komanda ilə bağlılığımdı. Bu hissi ömrümboyu qoruyub saxlayacağam. Klub və məşqçinin verdiyi qərar isə mənlik deyil, mən məlum qərara təsir edə bilməzdim.
- Burda sizin üçün hər şeyin sona çatmasına təəssüflənirsiz?
- Yox, təəssüflənmirəm. Dediyim kimi, işimə bütün mənalarda həmişə bağlı olmuşam. Yalnız azarkeşlərlə stadionda vidalaşa bilməməyimə təəssüf edirəm. Vicdanım təmizdi. Bu komandadakı ilk günümdən son günümə qədər işimə böyük məsuliyyətlə yanaşmışam.
- “Yuventus”un futbolkası sizin üçün hansı anlamı daşıyır?
- Bu, karyeramın ən vacib futbolkasıdı. “Yuventus”da keçirdiyim illər ərzində futbolçu kimi yeni səviyyəyə yüksəlmişəm. Və buna görə kluba yalnız “sağ ol” deyə bilərəm.
- İtaliyada nəyi və ya hansı hadisəni heç vaxt unutmayacaqsınız?
- Mənim üçün unudulmaz olan həm yaxşı, həm də pis xarakterli çox hadisə baş verib... Adətən qələbələr yadda daha çox qalır. Ancaq Çempionlar Liqasında “Makkabi”yə uduzduğumuz matçdan sonra bizi çempionatda derbi gözlədiyini yaxşı xatırlayıram. Həmin anda komanda kimi birləşdik, “Torino” ilə oyundan əvvəl hamılıqla dairə formalaşdırdıq. Bu hal sonra bizim üçün adətə çevrildi və “Yuventus”u xarakterizə edən xüsusiyyətləri geri qaytardıq. Həmin xüsusiyyətlər komandanın son vaxtlar bir qədər itirdiyi birlik və bir ailə olmaqdı. Xatırlatdığım həmin gün mənim üçün çox dəyərlidi. Çünki o gün mənim üçün yalnız çətinliklər deyil, həm də inkişaf məqamı kimi yadda qalıb.
- Tifozi ilə münasibətləriniz necə idi?
- Onları ömrümboyu ürəyimdə saxlayacağam. “Yuventus” elə azarkeşlər deməkdi. “Yuventus” onlardı və həmişə belə olacaq. Artıq arxada qalan illərə görə sizə də “sağ olun” deyirəm. Bir neçə həyəcandolu ana görə məni bağışlayın, amma biz mütləq yenidən görüşəcəyik.
- Sosial şəbəkədə yazdığınız vida cümlələrinizdə “fantastik layihələr” deməklə nələri nəzərdə tuturdunuz?
- Mən sizin və hamının anladığı mənanı nəzərdə tutmuşam. Bu mənada heç nə əlavə etmək istəmirəm. Uşaqlara və komandaya uğurlar diləyirəm. Bundan sonra “Yuventus”un azarkeşi olacağam. Başqa yerdə də xoşbəxt olmağa çalışacağam.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:217
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 Fevral 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see502

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see311

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see302

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see249

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see248

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see234

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see234

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see232

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see229

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see221

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see220

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see216

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see214

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see211

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see198

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see197

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see195

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see192

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri