Danimarka Baş naziri Trampı Qrenlandiya ilə bağlı təhdidlərə son qoymağa çağırıb
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Danimarkanın Baş naziri Mette Frederiksen ABŞ prezidenti Donald Trampı Qrenlandiyanın ələ keçirilməsi ilə bağlı təhdidlərə son qoymağa çağırıb.
APA "Reuters"ə istinadən xəbər verir ki, bu çağırış Trampın "The Atlantic" jurnalına müsahibəsində Qrenlandiya mövzusuna yenidən toxunmasından sonra səsləndirilib.
Frederiksen bildirib ki, Qrenlandiyanın ABŞ tərəfindən ələ keçirilməsinin zəruriliyi barədə danışmaq tamamilə mənasızdır.
Onun sözlərinə görə, ABŞ-ın Danimarka Krallığının tərkibinə daxil olan üç ölkədən heç birini anneksiya etmək hüququ yoxdur.
Baş nazir vurğulayıb ki, ABŞ tarixən yaxın müttəfiqinə, eləcə də özlərinin satılmadığını açıq şəkildə bəyan etmiş başqa bir ölkəyə və xalqa qarşı təhdidlərə son qoymalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 05 Yanvar 2026 01:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















