Icma.az
close
up
RU
“Qarabağ” qeyri rəsmi diplomatik missiya daşıyıcısı kimi çıxış edir Könül Nurullayeva

“Qarabağ” qeyri rəsmi diplomatik missiya daşıyıcısı kimi çıxış edir Könül Nurullayeva

Icma.az bildirir, Sportal.az portalına istinadən.

"Cənab Prezident İlham Əliyev dəfələrlə “Qarabağ” klubunu qəbul edib və onların qazandığı nəticələri, gördükləri işi yüksək qiymətləndirib. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da hər dəfə bu mövzuda danışanda, dövlət başçısının verdiyi dəyərin böyük motivasiya olduğunu dilə gətirib".

Sportal.az xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında millət vəkili Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, Uzun illərdir ki, futbol meydanlarında qazanılan nəticələr həm “Qarabağ”ı dünyaya daha çox tanıtdırır, həm Qarabağımızı: "Bu, yalnız bir klubun uğur hekayəsi deyil. Bu, həm də siyasətdən uzaq, futbola yaxın olan başqa ölkə vətəndaşlarının “Qarabağ”la yanaşı, tarixi torpağımız olan Qarabağı da tanımasına səbəb olan hadisədir. Uzun illərdir avrokuboklarda “Qarabağ”a qarşı olan hakim ədalətsizliyinə gəlincə, təəssüf ki, bu, bitmək bilməyən proses təsiri bağışlayır. Səhvlər bir deyil, iki deyil... Artıq cənab Prezident İlham Əliyev də bunun yolverilməzliyini vurğulayır. Biz siyasi proseslərdə olduğu kimi, idman sahəsində də ikili standartlar siyasətinin şahidiyik.
Əsas odur ki, “Qarabağ” çətinliklərə rəğmən xalqımızı sevindirə bilir. Əminəm ki, bizi qarşıda daha böyük qələbələr gözləyir. Bununla yanaşı, qeyd etmək lazımdır ki, “Qarabağ” klubunun uğurları ardıcıl və sistemli işin, peşəkar idarəetmənin və dövlətin idmana göstərdiyi diqqətin real nəticəsidir. Klub illərdir stabil şəkildə Avropa arenasında çıxış edərək Azərbaycan futbolunun səviyyəsini nümayiş etdirir və ölkəmizi layiqincə təmsil edir. Bu uğurlar gənc futbolçular üçün də böyük stimul yaradır, onlarda beynəlxalq arenada oynamaq, ölkə adını yüksəklərə qaldırmaq inamını gücləndirir.

Xüsusilə vurğulanmalıdır ki, “Qarabağ” təkcə idman nəticələri ilə deyil, həm də daşıdığı simvolik məna ilə seçilir. Klubun adı, forması və Avropa stadionlarında səslənən “Qarabağ” sözü Azərbaycan həqiqətlərinin tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu mənada “Qarabağ” futbol klubu qeyri-rəsmi diplomatik missiya daşıyıcısı kimi çıxış edir və ölkəmizin haqq səsinin daha geniş auditoriyaya çatdırılmasına töhfə verir. Bütün bunlara baxmayaraq, “Qarabağ”ın meydandakı mübarizliyi, əzmkarlığı və sona qədər inanması xalqın sevgisini daha da artırır. Komanda sübut edir ki, istənilən maneəni birlik, səbr və peşəkarlıqla aşmaq mümkündür. Məhz bu ruh və yanaşma “Qarabağ”ı xüsusi edir və gələcəkdə daha böyük uğurlar qazanacağına inam yaradır".

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://sportal.az
archiveBu xəbər 22 Yanvar 2026 20:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see258

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see240

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see230

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see228

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see226

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see215

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see210

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see204

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see178

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see169

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see168

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see166

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see161

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see155

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see153

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see151

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see149

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri