“Dostluq sona yetdi: ABŞ niyə Suriyada köhnə müttəfiqindən üz döndərib?“ “Newsweek“
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Vaşinqton kürdlərlə bağlı kursunu dəyişib və Dəməşqlə anlaşmaya üstünlük verir..."
ABŞ Suriyada kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrinə (SDQ) birbaşa hərbi dəstək göstərmək niyyətində deyil.
Moderator.az xəbər verir ki, bu barədə "Newsweek" nəşri yazıb.
Kürdlər təzyiq altında, Vaşinqton isə geri çəkilir
Nəşr yazır ki, halbuki SDQ on ildən artıqdır ki, Pentaqonun əsas yerli müttəfiqi olub və İŞİD-ə qarşı mübarizənin əsas yükünü daşıyıb. Hazırda hökumət qüvvələrinin irəliləməsi fonunda SDQ ABŞ və digər güclərdən təcili yardım tələb edir. Lakin Vaşinqton son bir ildə strategiyasını dəyişib və devrilmiş Bəşər Əsəddən sonra Dəməşqlə münasibətləri normallaşdırmağa üstünlük verir.
ABŞ administrasiyası kürd qüvvələrinin mərkəzi hökumətə inteqrasiyasını Suriyada milli birliyin bərpası üçün zəruri addım hesab edir. SDQ isə illərlə faktiki muxtar şəkildə yaşadıqları bölgələrin və öz əhalilərinin gələcəyi ilə bağlı ciddi narahatlıq keçirir.
ABŞ-ın yeni xətti və SDQ-nin narahatlığı
Ağ Ev açıq şəkildə bildirib ki, ABŞ-ın rolu əsasən vasitəçiliklə məhdudlaşacaq. ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barrak qeyd edib ki, SDQ-nin İŞİD-ə qarşı əsas qüvvə kimi rolu artıq əvvəlki əhəmiyyətini itirib. SDQ-nin siyasi qanadının həmsədri İlham Əhməd bu yanaşmanı qismən qəbul etsə də, vəziyyətin indi varlıq məsələsinə çevrildiyini deyib: "Bizim əvvəlki missiyamız başa çatıb, amma indi xalqımızı qorumaq missiyamız qalır".
Onun sözlərinə görə, Suriya ordusunda radikal qruplar hələ də qalır və kürdlər, druzlar, ələvilər və xristianlar üçün real təhlükə mövcuddur. Əhməd vurğulayıb ki, SDQ illər boyu İŞİD döyüşçülərini və onların ailələrini qoruyub və indi beynəlxalq ictimaiyyətdən real təhlükəsizlik zəmanətləri tələb edir: "İndi biz onların dəstəyini tələb edirik".
Razılaşma ümidləri və İŞİD riski
Dəməşq isə bildirir ki, son razılaşmalar zorakılığın qarşısını almağa yönəlib. Suriyalı diplomat Bassam Barabandi "Newsweek"-ə deyib ki, hökumət ilk dəfə olaraq ümumi bəyanatlardan konkret öhdəliklərə keçib və kürd bölgələrinə güc tətbiq etməmək öhdəliyi götürüb.
Bununla belə, vəziyyət hələ də kövrəkdir. Şimal-şərqdə yeni toqquşmalar, pilotsuz aparat zərbələri və İŞİD üzvlərinin saxlanıldığı bəzi düşərgələrdən qaçış xəbərləri yayılıb. İraq və digər qonşu ölkələr bu prosesin region üçün ciddi təhlükə yaratdığını bildirir. İlham Əhməd ABŞ-dan real zəmanət almadıqlarını açıq deyir: "Biz zəmanətlər istədik, amma ABŞ həmişə olduğu kimi konkret təminat vermir".
Nəşr yazır ki, Vaşinqton hazırda hərbi müdaxilə yox, siyasi inteqrasiyanı prioritet hesab edir. Lakin prosesin uğuru razılaşmaların real icrasından asılı olacaq. Əks halda, Suriyada həm yeni eskalasiya, həm də İŞİD təhlükəsinin yenidən güclənməsi riski qalır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 22 Yanvar 2026 20:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















