Icma.az
close
up
RU
Danışa bilmir: Mixael Şumaxerin vəziyyəti ilə bağlı YENİ MƏLUMAT

Danışa bilmir: Mixael Şumaxerin vəziyyəti ilə bağlı YENİ MƏLUMAT

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Formula – 1” əfsanəsinin səhhəti 2013-cü ildən, "Qırmızı baron"un xizək sürərkən ağır kəllə-beyin travması aldığı vaxtdan sirr olaraq saxlanılır.

Lent.az-ın xarici mediaya istinadla bildirir ki, alman jurnalist Feliks Horner “Formula -1” üzrə yeddiqat çempion Mixael Şumaxerin səhhəti ilə bağlı yeni təfərrüatlar açıqlayıb.

Uzun müddətdir əfsanəvi yarışçının karyerasını işıqlandıran Almaniyanın RTL telekanalının müxbirinin verdiyi məlumata görə, 56 yaşlı “Qırmızı baron” danışıq qabiliyyətini itirib.

"Bu, çox acınacaqlı bir vəziyyətdir. Maykl tamamilə qayğıdan asılıdır. O, artıq danışa bilmir. Ona maksimum 20 nəfərin yaxınlaşmasına icazə verilir. Və məncə, bu, düzgün yanaşmadır, çünki ailə onun maraqlarına uyğun hərəkət edir. O, şəxsi həyatına həmişə çox böyük dəyər verib və bu mövqe dəyişməz olaraq qalır", - Horner deyib.

Mixael Şumaxerin sağlamlıq vəziyyəti ilə bağlı məlum olanlar 

2013-cü ilin dekabrında Mixael Şumaxer artıq yarış karyerasını bitirdikdən sonra Alp dağlarında xizək sürərkən ağır kəllə-beyin travması alıb. Alman sürücü bir neçə təcili əməliyyat keçirib və 6 ay komada qalıb. O vaxtdan bəri heç kim onu ictimaiyyət arasında görməyib.

2019-cu ilin sentyabrında Maykl Paris xəstəxanasının kardiologiya şöbəsinə aparılıb və orada kök hüceyrələrin ürək toxumasına köçürülməsi əməliyyatı planlaşdırılıb. Sonra klinika işçilərindən biri etiraf edib ki, Şumaxer huşunu itirib.

Həmin ilin noyabrında Şumaxerin arvadı Mayklın vəziyyəti ilə bağlı həqiqəti gizlətməkdə günahlandırılır. O, cavab verib ki, o, etibarlı əllərdədir və onun sağlamlığı ilə bağlı məxfilik sürücünün arzusudur.

2020-ci ilin iyun ayında Şumaxerin növbəti əməliyyat keçirəcəyi xəbəri yayılmışdı.

Öz növbəsində isveçrəli neyrocərrah Erix Riderer beyin zədəsindən sonra Mayklın vəziyyətinin niyə yaxşılaşmayacağını izah edib.

2024-cü ilin oktyabrında Mixael Şumaxerin qızı Cina-Mariya ərə gedib. Şayiələrə görə, “Qırmızı baron” da toyda iştirak edib, lakin onun şənlikdə hansı vəziyyətdə olduğu barədə məlumat verilmir. Tədbirin qonaqlarına özləri ilə mobil telefon götürmələri qadağan olunduğundan foto və videolar internetdə görünməyib.
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:273
embedMənbə:https://lent.az
archiveBu xəbər 28 Mart 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see443

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see335

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see314

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see307

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see291

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see291

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see281

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see262

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see246

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see241

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see223

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see222

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see213

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see212

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see209

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see200

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see198

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see194

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see194

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri