Icma.az
close
up
RU
Danışıqlardan əvvəl Ukraynaya kütləvi PUA hücumu Kremlin Kiyevə siyasi mesajı, yoxsa hərbi təzyiq cəhdi?

Danışıqlardan əvvəl Ukraynaya kütləvi PUA hücumu Kremlin Kiyevə siyasi mesajı, yoxsa hərbi təzyiq cəhdi?

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mayın 15-i, gecə saatlarında Rusiya ordusu Ukraynaya qarşı son dövrlərin ən genişmiqyaslı dron hücumunu həyata keçirib. Ukrayna Hərbi-Hava Qüvvələrinin məlumatına görə, hücum zamanı 110 kamikadze tipli “Geran” və digər tipli pilotsuz uçuş aparatları istifadə olunub. Hücumun Ukrayna və Rusiya nümayəndə heyətlərinin İstanbulda danışıqlara oturacağı günün səhərinə təsadüf etməsi bir çox analitiklər tərəfindən Kremlin məqsədli mesajı kimi dəyərləndirilir.

Ukrayna ordusunun məlumatına əsasən, buraxılan 110 drondan 62-si hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib, 29-u isə texniki və idarəetmə səbəblərindən hədəfə çatmayıb. Beləliklə, 91 dronun hədəfə çatmaması Ukraynanın müdafiə imkanlarının artdığını göstərir.

Bu miqyasda hücumun danışıqlardan bir neçə saat öncə baş verməsi, Rusiyanın “güc mövqeyindən” çıxış etmək niyyətini ortaya qoyur. Bu, həmçinin Kreml tərəfindən hərbi təzyiqin diplomatik alətlərlə paralel istifadə olunmasının göstəricisidir. Belə yanaşma Rusiya diplomatiyasına xas olan – “zor gücünü dialoqla müşayiət etmək” strategiyasının bir hissəsi hesab olunur.

İstanbulda keçiriləcək danışıqlarda Rusiya nümayəndə heyətinə Prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edir. O, 2022-ci ildə keçirilmiş ilk raund danışıqlarda da iştirak etmişdi. Danışıqlardan öncə Medinski və heyəti Prezident Putin, Təhlükəsizlik Şurası, Müdafiə Nazirliyi, Baş Qərargah, FSB və Rosqvardiya rəhbərliyi ilə məsləhətləşmələr aparıblar.

Ukrayna tərəfinin nümayəndə heyətinin tərkibi isə hələ açıqlanmayıb ki, bu da ehtimal ki, müəyyən strateji səbəblərlə bağlıdır.

Danışıqlardan öncə həyata keçirilmiş genişmiqyaslı hücum təkcə hərbi əməliyyat deyil, həm də psixoloji və siyasi təzyiq vasitəsi kimi qiymətləndirilir. Bu, Kremlin danışıqlara səmimi yanaşmadığını, əksinə, öz şərtlərini irəli sürmək üçün hərbi meydanda üstünlük nümayiş etdirməyə çalışdığını göstərir.

İstanbulda keçiriləcək müzakirələrin real nəticələrdən çox, tərəflərin mövqelərinin “yoxlanılması” və beynəlxalq ictimaiyyətə mesaj verilməsi məqsədi daşıdığı ehtimal olunur.

Rasim Əliyev
“AzPoltika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 May 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see176

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see170

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see131

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see127

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri