Icma.az
close
up
RU
Vensi U: Çinli gənclər “yaşıl gələcəyin” qurulmasında Azərbaycanla əməkdaşlığa hazırdır

Vensi U: Çinli gənclər “yaşıl gələcəyin” qurulmasında Azərbaycanla əməkdaşlığa hazırdır

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 13 noyabr, Pərvanə Qafarova, AZƏRTAC

Bütün ölkələrin gəncləri dayanıqlı və yaşıl gələcək naminə birgə əməkdaşlıq etməlidirlər.

Bunu AZƏRTAC-a müsahibəsində Çin gənclərindən ibarət nümayəndə heyətinin üzvü, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) Gənclər Şurasının 8-ci iclasının iştirakçısı Vensi U bildirib.

Gənclərin ekoloji gündəliyə və dayanıqlı inkişafa cəlb edilməsinə yönəlmiş milli təşəbbüslərdən danışan Vensi U qeyd edib ki, 2024-cü ilin oktyabr ayında Ümumçin Gənclər Federasiyası (All-China Youth Federation, ACYF) on dövlət qurumu ilə birgə “Gözəl Çin - Gənclərin Fəaliyyəti” (Beautiful China – Youth Action, 2024-2028) adlı proqramı işə salıb. Bu proqram gənclərin “Gözəl Çin”in qurulmasında iştirakını və ekoloji tərəqqinin təşviqini nəzərdə tutan beşillik fəaliyyət xəritəsidir.

“İlkin təşəbbüslərdən biri “Ana Çayımızı Qoruyaq” (Protect Our Mother River) proqramıdır. Bu təşəbbüs hələ 1999-cu ildə başlayıb və gənclərin ağacəkmə və ətraf mühitin mühafizəsi üzrə tədbirlərə cəlb olunmasını hədəfləyib. 2025-ci ilədək bu fəaliyyətlərdə 640 milyondan çox insan iştirak edib. Təkcə 2024-cü il ərzində bu təşəbbüs çərçivəsində 15 minə yaxın mədəni məhsul, videolar, nəşrlər və tədris materialları hazırlanaraq bir milyarddan artıq insan auditoriyasına çatıb”, - deyə Vensi U vurğulayıb.

O, həmçinin xatırladıb ki, təbiətin mühafizəsinə verdiyi töhfəyə görə “Ana Çayımızı Qoruyaq” proqramı 2005-ci ildə BMT-nin “Yer Kürəsinin Çempionları” (Champions of the Earth) mükafatına layiq görülüb.

Bundan əlavə, Vensi U bildirib ki, 2025-ci ilin iyul ayında Çinin Suçjo şəhərində Gənclərin Qlobal İnkişafı Forumu (World Youth Development Forum) keçirilib. Forum çərçivəsində “yaşıl” inkişaf, təbiətin qorunması və dayanıqlı artım mövzularına həsr olunmuş xüsusi sessiya təşkil olunub.

“Bu platformalar Çin və digər ölkələrin gənclərinə innovativ ideyaları bölüşmək, dayanıqlı inkişafa təkan vermək və qlobal iqlim idarəçiliyinə töhfə vermək imkanı yaradır. Çinin gənclər təşkilatları Azərbaycan gəncləri ilə fəal əməkdaşlıq şəraitində bütün dünyanı yaşıl gələcəyə doğru aparmağa hazırdır,” – deyə Vensi U qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Noyabr 2025 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see334

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see243

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see236

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see167

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see153

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see151

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see150

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see149

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see137

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see135

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see135

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri