Icma.az
close
up
RU
Danışıqların Ukraynanın ərazi bütövlüyünün bərpası ilə nəticələnəcəyinə inanmıram Deputat

Danışıqların Ukraynanın ərazi bütövlüyünün bərpası ilə nəticələnəcəyinə inanmıram Deputat

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasında hər hansı ciddi inkişafdan söhbət gedə bilməz. Hər gün Ukraynanın şəhərləri bombalanır, hədəfə alınır, uşaqlar, qadınlar qətlə yetirilir. İnsan tələfatı davam edir.

Bu barədə Milli Məclisin deputatı Asim Mollazadə “525”ə Tramp administrasiyasının Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasındakı fəaliyyətini şərh edərkən deyib.

Deputatın sözlərinə görə, Rusiya beynəlxalq ictimaiyyətin təzyiqinə məruz qalmalıdır. Əks halda, bu davam edəcək.

“Hələlik mən Rusiyaya ciddi təzyiqləri görmürəm və Ukrayna öz torpaqlarını atəşkəsə güzəştə gedə bilməz. Vaxtilə dünya, ermənilər tərəfindən Azərbaycan uşaqlarının qətlə yetirilməsinə, insanlarımızın amansız işgəncələrə məruz qalmalarına, həm Qarabağdan, həm Qərbi Azərbaycandan 100 minlərlə soydaşımızın etnik təmizləməyə məruz qalmalarına göz yummuşdu. Azərbaycan torpaqlarının 30 illik işğalına nəhayət özü son qoydu. Ümid edirəm ki, Ukrayna öz problemlərini həll etmək üçün kifayət qədər dəstək alacaq. Başqa alternativ mən görmürəm. Çünki Rusiya heç bir güzəştə getmir və işğal davam edir”, - A.Mollazadə əlavə edib.

“Azərbaycanın etdiyini Ukrayna niyə edə bilmədi?  Nəzərə alaq ki, Bakıdan fərqli olaraq Qərb və Avropa Kiyevə lazımi dəstəyi verirdi”, - sualına cavab olaraq deputat deyib ki, çünki Ukraynanın dövlətçilik anlayışı olan lideri olmadı. Azərbaycanda isə güclü lider var idi və o, münaqişəyə son qoya bildi. Azərbaycan lideri böyük dövlətçilik təcrübəsinə malikdir.

A. Mollazadə ABŞ-la Rusiyanın hiss olunan yaxınlaşması və Trampın burda əsas məqsədinin nədən ibarət olmasına da toxunub: “Hesab edirəm ki, Trampın əsas məqsədi Rusiyanı Çinin cinahından çıxarmaq, Çindən ayırmaqdır. Ona görə də Rusiyaya müəyyən güzəştlər vəd edib, Ukraynaya ciddi dəstəyi azaldıb və yaxud dayandırmaqla hədələyir. Problem burda Trampın Çindən çəkinməyidir və Çinin günü-gündən güclənməyidir. Çinin belə güclənməyinin əsas səbəbi bundan əvvəl olan Ağ Ev administrasiyanın fəaliyyətidir. Bayden administrasiyası Amerikanı tədricən zəiflədərək Çinin imkanlarını atrırmaqla onu daha da gücləndirdi. Çin bu gün həm iqtisadi, həm də hərbi baxımdan super qüvvəyə çevrilir.  Tramp bundan çox narahatdır və Rusiya-Çin müttəfiqliyi də əslində Çini çox gücləndirə bilər. İndi Tramp da Rusiyanı bundan çəkindirməyə çalışır”.

Martın 6-da keçirilən Avropa İttifaqının  fövqəladə sammitinin nəticələrini dəyərləndirən deputat hesab edir ki, bu sammitin yekununda hər hansı ciddi nəticə görmədik: “Yəni, Ukraynaya böyük həcmdə dəstəyin şahidi olmadıq. Avropa İttifaqı burda sadəcə olaraq sözdə dəstək verir, amma əməldə silah, maliyyə dəstəyi göstərilmir. Ukraynaya yetərincə dəstək yoxdur. Daha çox sözlər, vədlər görürük. Avropa İttifaqının daxilində də bu məsələ ilə bağlı ciddi fikir ayrılığı mövcuddur”.

Səudiyyə Ərəbistanında gözlənilən ABŞ-Ukrayna görüşünün Kiyev üçün nə ilə nəticələnə biləcəyinə gəlincə, deputat deyib: “Biz çox istərdik ki, burda hansısa müvəqqəti atəşkəsdən söhbət getməsin, Ukraynaya ciddi təhlükəsizlik qarantiyaları verilsin. Bu, çox vacibdir. Xatırladıram ki, Ukrayna ilə bağlı bir Minsk formatı var idi. Bu formatın adı da bədnamdır. Azərbaycan Minsk qrupunun nə olduğunu çox gözəl bilir. Həmin Minsk formatı münaqişənin genişlənməsinin, Ukraynaya hücumun qarşısını ala bilmədi. Ukrayna bir çox vədlər almışdı, Budapeşt razılaşması var idi. Ukraynadan nüvə silahları alanda vədlər verilmişdi, Amma bütün bu vədlərin heç bir nəticəsi olmadı. Ona görə də mən bu danışıqların uğurla, sürətlə hansısa bir nəticəyə gətirəcəyinə, Ukraynanın torpaqlarının azad ediləcəyinə, ərazi bütövlüyünün, suverenliyinin bərpa olunacağı ilə nəticələnəcəyinə inanmıram”. 

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Mart 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see293

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see269

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see199

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see196

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see142

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see141

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see140

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see138

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see135

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri