“Danışır təcrübə” layihəsinin qonağı Ali Məhkəmə sədrinin müavini olub
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 4 noyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin “Danışır təcrübə” layihəsi çərçivəsində növbəti görüş baş tutub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihənin budəfəki qonağı tanınmış hüquqşünas, Azərbaycan Ali Məhkəməsi sədrinin müavini və hakimi Çingiz Əsgərov olub.
Görüşdə Elm və Təhsil Nazirliyinin və tabeliyindəki qurumların əməkdaşları, ümumi təhsil müəssisələrinin rəhbərləri, eləcə də hüquqşünaslıq ixtisasında təhsil alan tələbələr iştirak ediblər.
Çingiz Əsgərov “Konstitusiya və hüququn aliliyi” mövzusunda çıxış edərək iştirakçılara Azərbaycanın məhkəmə sistemi, hüquq islahatlarının mahiyyəti və hüququn insan həyatındakı rolu barədə ətraflı məlumat verib.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən görüşdə hüququn insan həyatındakı həlledici rolu, Konstitusiya dəyərlərinin gündəlik qərarlara, vətəndaş münasibətlərinə və idarəetmə proseslərinə təsiri barədə geniş fikir mübadiləsi aparılıb.
Çingiz Əsgərov çıxışında vurğulayıb ki, hüququn aliliyi yalnız məhkəmə sisteminin deyil, həm də bütün dövlət qurumlarının fəaliyyətinin əsas prinsipi olmalıdır. Çingiz Əsgərov əlavə edib ki, Konstitusiyada əksini tapan hüquq normalarının real həyata tətbiqi hüququn aliliyinin ən mühüm göstəricisidir. Hər bir dövlət orqanı qəbul etdiyi qərarlarda vətəndaş maraqlarını və Konstitusiya normalarını əsas götürməlidir. Bu, həm idarəetmənin keyfiyyətinə, həm də cəmiyyətin dövlətə olan inamına birbaşa təsir göstərir.
Qeyd edək ki, “Danışır təcrübə” layihəsi Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilir. Layihə çərçivəsində keçirilən görüşlər əməkdaşların davamlı inkişafının təmin edilməsinə, liderlik və idarəetmə bacarıqlarının artırılmasına, eləcə də müasir çağırışlara uyğun kadr potensialının formalaşdırılmasına xidmət edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:20
Bu xəbər 04 Noyabr 2025 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















