Icma.az
close
up
RU
Ali Məhkəmə sədrinin müavini beynəlxalq forumda iştirak etdi FOTO

Ali Məhkəmə sədrinin müavini beynəlxalq forumda iştirak etdi FOTO

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Astanada Qazaxıstanın Ali Məhkəmə Şurasının 10 illiyinə həsr olunan Türk Dövlətlərinin Məhkəmə-Hüquq Tədris Şəbəkəsinin Beynəlxalq Forumu keçirilib.

Ali Məhkəmədən Moderator.az-a verilən xəbərə görə, “İnsan hüquqlarının müdafiəsi və effektiv ədalət mühakiməsi: milli ənənələr və beynəlxalq standartlar arasında balans” mövzusunda təşkil olunan forumda hakim kadrlarının hazırlanması və seçilməsi sahəsində müasir yanaşmaların müzakirəsi üçün platforma rolunu oynayır.

Forumda Azərbaycan, Qırğızıstan, Türkiyə və Özbəkistan nümayəndə heyətləri, dövlət qurumlarının və məhkəmə sisteminin təmsilçiləri, deputatlar, alimlər və beynəlxalq ekspertlər iştirak edirlər.

Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü, Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərov bildirib ki, Azərbaycan Məhkəmə-Hüquq Şurasının nümayəndə heyəti konfransda iştirak edir. “Konfransın əhəmiyyəti çox böyükdür. Çünki bu, bir daha bizim türk qardaş ölkələrlə eyni istiqamətdə əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğumuzu təsdiq edir. Bu forumda Məhkəmə-Hüquq şuraları daxilində hakimlərin hazırlanması, seçilməsi və təyin edilməsi proseslərinin müzakirəsi nəzərdə tutulur. Əlbəttə ki, ölkələrimiz arasında bu sahədə təcrübə və bilik mübadiləsi aparılacaq və bu, çox faydalı olacaq. Biz, Azərbaycan məhkəmə sistemi olaraq, türk dövlətləri arasında əməkdaşlığa böyük önəm veririk. Çünki Azərbaycan Prezidentinin dediyi kimi, biz türk ailəsinin üzvüyük və türk dövlətləri ilə əməkdaşlıq bizim üçün prioritetdir”, – deyə o vurğulayıb.

Çingiz Əsgərovun sözlərinə görə, Azərbaycanın Ali Məhkəməsi türk dövlətləri Ali məhkəmələrinin konfransının təsis olunması təşəbbüsü ilə çıxış edib və iki il əvvəl Şuşada bu barədə bəyanat imzalanıb: “Bu formatın, həmçinin Məhkəmə-Hüquq şuraları konfransının inkişaf etdirilməsi əməkdaşlığımızı daha da dərinləşdirir, hər bir ölkənin məhkəmə sisteminin inkişafına böyük fayda və təkan verir”.

Qeyd edək ki, Türk Dövlətlərinin Məhkəmə-Hüquq Tədris Şəbəkəsi 2022-ci ildə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hakim hazırlığı üzrə qurumları arasında Anlaşma Memorandumuna uyğun olaraq yaradılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Dekabr 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see288

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see267

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see196

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see192

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see184

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see155

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see155

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see154

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see150

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see149

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see147

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see145

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see139

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see139

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see137

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see136

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri