Icma.az
close
up
RU
Dar cinslər, top köynəklər, açıq qarın... Ginekoloqdan qadınlara XƏBƏRDARLIQ!

Dar cinslər, top köynəklər, açıq qarın... Ginekoloqdan qadınlara XƏBƏRDARLIQ!

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Soyuq havalarda bəzi qadınlar hələ də dəbli geyinmək naminə qarın nahiyəsini açıq saxlayır.

Dəb və rahatlıq üçün seçilən belə geyimlər sağlamlığa nə qədər zərərlidir?

Redaktor.az-a danışan həkim-ginekoloq Zəhra Vəliyeva bildirdi ki, cəmiyyətdə bəzən dəb sözü yalnız tərz, obraz yaratmaqla məhdudlaşır, amma bu tendensiya sağlamlığımıza əks təsir göstərməyə başlayır:

"Son dövrlərdə sıx korsetlər, dar cinslər, qısa ətəklər və top köynəkləri kimi geyimlər böyüməkdə olan orqanizmə geri dönməz təsirlər göstərir. Belə geyimlər orqanizmin soyumasına, qan dövranının azalmasına və inkişafın normal getməməsinə səbəb olur. Bu dəb tendensiyası, çox zaman gözə çarpmayan, amma gələcəkdə bir nəslin sağlamlığını mənfi şəkildə təsir edə biləcək ciddi problemlərə yol aça bilər. Ginekoloji xəstəliklərin artması, nəsilartırma prosesində çətinliklər, hətta bəzən bu prosesin olmaması kimi məsələlər, gələcəkdə anaların sağlamlığına daha çox diqqət yetirilməsi zərurətini ortaya qoyur".

Həkim qeyd etdi ki, geyim yalnız vizual olaraq gözəl görünmək üçün deyil, həm də orqanizmi mexaniki təsirlərdən, iqlim şəraitindən, isti və soyuqdan qorumaq məqsədilə lazımdır:

"Dar və sıx geyimlər qan damarlarını sıxdığı üçün, qan dövranının pozulmasına səbəb ola bilər. Bu, ayaqlarda və çanaqda durğunluq, həmçinin varikoz kimi xəstəliklərin yaranmasına yol aça bilər. Bundan əlavə, qarın nahiyəsinin açıq olması da ginekoloji problemlərə və mədə-bağırsaq xəstəliklərinin yaranmasına səbəb ola bilər. Belə geyimlər, bədən sağlamlığına ziyan verə biləcək uzunmüddətli təsirlərə malikdir və buna görə də komfortlu və sağlam həyat tərzi üçün daha düzgün geyim seçimləri etmək vacibdir", - deyə Zəhra Vəliyeva yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Noyabr 2025 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see702

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see327

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see298

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see283

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see262

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see234

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see210

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see191

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see185

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see183

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see180

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see177

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see166

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see165

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see165

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see164

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see161

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see158

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see158

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri