Icma.az
close
up
RU
Dar günün dostluğu

Dar günün dostluğu

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dost, doğrudan da, dar gündə tanınarmış. Başqa sözlə, dost bildiyinin həqiqətən də dost olub-olmadığı çətin məqamlarda üzə çıxır.

Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, qətliamlar, soyqırım və qarətlər törətməsi, bu torpaqları 30 il boyunca əsarətdə saxlaması heç kimə sirr deyil. İşğalın və total dağıntıların izləri hələ də göz qabağındadır. İşğal olunan və dağıdılan rayonların bir neçəsi - Füzuli, Cəbrayıl, Zəngilan bölgələri birbaşa Azərbaycanın İran İslam Respublikası ilə sərhədləri boyunca, yerləşir.

Bu işğal və talan illəri Azərbaycan üçün çətin vaxtlar idi. O illərdə Azərbaycan qonşu Ermənistanın hücumuna məruz qalmışdı. On minlərlə insan itirdik. Hələ də minlərlə Azərbaycan vətəndaşı Ermənistanda əsir və girovdur, onların taleyindən xəbər yoxdur.

Bax, o dar gündə Azərbaycanla qonşu olan iki böyük ölkə - Rusiya və İran Ermənistana müxtəlif formalarda kömək edirdilər. Hətta 44 günlük müharibə dövründə İran ordusunun bölmələri Cəbrayıla - Azərbaycan ərazisinə daxil olmuş,

o bölgədə Azərbaycan ordusunun hərbi əməliyyatlarına bir müddət maneə törətmişdi, bu da düşmən hərbi güclərinə az da olsa, toparlanmaqdan ötrü vaxt qazandırmışdı. Nəticədə Azərbaycan ordusu xeyli itki verməli olmuşdu.

Eyni zamanda bizə və hər kəsə məlumdur, o zaman hansı terror qrupları hansı ölkələrdən hansı qonşu dövlət vasitəsilə Qarabağa - Azərbaycana qarşı döyüşmək üçün göndərilirdi. Söhbət Suriyadan və İraqdan gələn terror dəstələrindən gedir. Onlar Qarabağa hardan keçmişdilər?! Təbii ki, İran üzərindən. Rusiya da silah-sursatla dolu təyyarələri Ermənistana o cümlədən İran hava məkanı vasitəsilə göndərirdi. Müharibə bitdikdən sonra Fransa və Hindistan Ermənistana yeni hücum silahlarını hardan çatdırırdı? İran üzərindən. "Zəngəzur dəhlizi" məsələsində də Ermənistanın özündən də çox İran müqavimət göstərir, bu dəhlizi özünün "qırmızı xətti" adlandırır, Azərbaycan sərhədləri yaxınlığında hərbi təlimlər keçirir, güc göstərirdi. Hətta həmin təlimlərdən birində Azərbaycan Respublikasının sərhədlərini keçmək, sərhəd boyu yaşayış məntəqələrini nəzarət altına almaq tapşırığı məşq edilmişdi.

Xeyli başqa faktlar da sadalamaq olar. Ancaq bu qədər yetərlidir. Məqsədimiz odur ki, Azərbaycanın dar günlərində kimin bizə qarşı necə davrandığını bir daha xatırladaq.

Ancaq Azərbaycan İranın indiki dar günlərində dost kimi davrandı. Xarici işlər naziri Ceyhun Bayramov İranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığında bir daha əmin etdi ki, üçüncü ölkələrin Azərbaycan ərazisindən İrana qarşı istifadə etməsinə imkan verilməyəcək. Əslində buna İran çoxdan əmin idi (ya da əmin olmalı idi). Çünki İsraillə İran arasında qarşılıqlı hava zərbələri, ümumiyyətlə, bu iki dövlət arasında, eləcə də, İranla ABŞ arasında belə hərbi-siyasi gərginlik, açıq düşmənçilik uzun zamandır ki, davam edir. Bu, hətta Azərbaycanın müstəqillik əldə etməsindən də çox əvvəl başlayıb. Azərbaycan isə müstəqil dövlət olaraq özünün ən zəif vaxtlarında, ən dar məqamlarında, ən çətin sınaqlar qarşısında qalanda, ən ağır təzyiqlər altında olanda belə, İrana qarşı öz ərazisindən istifadə edilməsinə icazə və imkan verməyib. İrana qarşı sanksiyalara qoşulmayıb. Qonşu dövlətə zərər verə biləcək hər hansı beynəlxalq təşəbbüslərdə yer almayıb. Həm də bu, təkcə İrana aid deyil, bütün qonşulara aiddir. Ermənistanın özünə də.

Azərbaycan öz ərazilərini işğaldan azad etmək məqsədilə öz ərazisində hərbi əməliyyatlar aparıb; 44 günlük müharibə zamanı Gəncə başda olmaqla cəbhə xəttindən uzaqda yerləşən bir sıra şəhərlərinə belə raket zərbələri endiriləndə, dinc insanlar öldürüləndə də, Azərbaycan öz dövlət müdrikliyini, təmkinli duruşunu itirmədi, müharibəni aqressorun ərazisinə keçirmədi. Çünki o da məlum idi ki, dinc əhalini atəşə tutan düşmənin istədiyi Azərbaycanı Ermənistan ərazisnə hücuma təhrik etmək olmuşdu. Məqsəd beynəlxalq mexanizmləri Azərbaycan əleyhinə hərəkətə gətirmək, Azərbaycana qarşı ağır sanksiyalar qəbul edilməsi, eləcə də, Ermənistanın üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı vasitəsilə Rusiyanı və başqa ölkələri Azərbaycana qarşı hərbi müqavimətə cəlb etmək idi. Azərbaycana qarşı beynəlxalq hərbi koalusiya yaradılması xəyalları və planları da var idi. Azərbaycan isə bu planları pozdu, bu xəyalları darmadağın etdi. Odur ki, Azərbaycanın nə özü başqa ölkəyə, xüsusilə də, qonşu ölkələrə qarşı beynəlxalq hüquqa zidd hərəkətlər edir, nə də öz ərazisi üzərində üçüncü ölkələrin Azərbaycanın qonşularına qarşı belə hərəkətlərinə icazə verir. Əksinə Ceyhun Bayramovun da İranlı həmkarına dediyi kimi, Azərbaycan İran və İsrail arasında gərginliyin diplomatik yolla həllinə tərəfdardır. Bu isə o deməkdir ki, hər iki tərəflə dost münasibətlərdə olan Azərbaycan münaqişənin diplomatik vasitələrlə həllinə vasitəçilik edə bilər. Oxşar təklif Rusiya və Ukrayna savaşı üçün də keçərlidir; hətta prezident İlham Əliyev bunu açıq bəyan etmişdi: tərəflər Azərbaycana müraciət edərsə, belə bir diplomatik platforma təqdim edilə bilər. Azərbaycan artıq İsraillə Türkiyə arasında, daha əvvəl Türkiyə ilə Rusiya arasında belə barışdırıcı missiyada rol oynayıb. Hətta ABŞ və Rusiya hərbi rəsmilərinin belə danışıqlarına ev sahibliyi edib.

Başqa xeyli belə faktlar da var.

Bunlar göstərir ki, Azərbaycan təkcə öz regionunda deyil, qlobal miqyasda sülhün və sabitliyin əldə olunmasında önəmli faktora, fəal aktora çevrilə bilib. İranla İsrail arasındakı son qarşıdurma fonunda bu, bir daha göründü. İsraillə münasibətləri yüksək səviyyədə olsa belə, Azərbaycan İrana da arxa çevirmədi, əksinə dost əlini uzatdı.

Məşhur bir Azərbaycan məsəlində deyildiyi kimi: "Yamanlığa yaxşılıq ər kişinin işidir". Azərbaycan keçmişdə ona qarşı edilmiş pisliklərə rəğmən yaxşılıq etməkdən əl çəkmir. İslam peyğəmbərinin də dediyi məhz bu idi. Həm də yaxşılıq təkcə İrana edilmir, dünyanın çox ölkəsinə, müxtəlif xalqlara edilir. Azərbaycan bir çox xarici dövlətlərin İrandakı vətəndaşlarının, o cümlədən, rəsmi şəxslərinin bombardman altından çıxarılaraq, öz ərazisi vasitəsilə ölkələrinə göndərilməsini təmin edir. Beləliklə, dara düşmüş hər kəsə öz kömək əlini uzadır. Çünki Azərbaycan təkcə yaxşı günün dostu deyil, həm də və daha çox dar günün dostudur. Bu, Azərbaycan xalqının mənəviyyatının əsas sütunlarından biridir və dövlət siyasətində də başlıca prinsipə çevrilib.

Yox, Azərbaycanın bu yanaşması ifrata varmır: altruizm dərəcəsinə də düşmür, "Məndən ötdü..." səviyyəsinə də enmir. Qədərində, yerində və zamanında - dövlət təmkini ilə, siyasi etiket çərçivəsində və insani səmimiyyətlə edilir. Doğru olanı da budur.

Bahəddin Həzi, bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 16 İyun 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qlobal Media Forumu Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

13 İyul 2026 13:30see419

Argentina İsveçrə matçında daha bir qol CANLI YENİLƏNİR

12 İyul 2026 06:32see308

Ramin Nurəhmədov yeni vəzifəyə təyin olundu

12 İyul 2026 11:35see297

Zelenski silah çatdırılmasının sürətindən narazıdır

12 İyul 2026 00:33see282

Trabzondan İstanbula uçan təyyarə sərnişinə görə geri qayıtdı

12 İyul 2026 02:54see203

Aygün Kazımovanın 26 il əvvəl başına gələn hadisə gündəm oldu (Video)

12 İyul 2026 01:03see195

Leon Kuk: Dünyanın hər yerindən gələn media nümayəndələrinə sual vermək imkanı yaratmaq unikal hadisədir

13 İyul 2026 15:43see193

Bakı Qazax yolunda avtobus qəzası: DYP dən açıqlama

12 İyul 2026 11:20see186

Goranboyda azyaşlı ot tayasına od vurdu

12 İyul 2026 04:25see181

Tramp Ukraynanın uzaqmənzilli zərbələrindən təsirlənib

12 İyul 2026 02:21see179

Enerji içkiləri ilə bağlı VACİB XƏBƏRDARLIQ!

12 İyul 2026 15:11see176

“Neftçi” Portuqaliyadan futbolçu gətirir

12 İyul 2026 01:06see174

Tarixdə 1 milyard dollar gəlir gətirən ilk bioqrafik film oldu “MAYKL” REKORD VURDU

13 İyul 2026 03:31see173

Vens: “Razılaşmanın əldə olunmaması məğlubiyyət demək deyil”

12 İyul 2026 11:47see167

“Barselona” Fermin Lopeslə bağlı şad xəbər aldı

13 İyul 2026 05:14see161

Maldiniyə İtaliya Futbol Federasiyasında vəzifə verildi

12 İyul 2026 00:19see159

13 19 iyul tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

13 İyul 2026 00:18see153

SEPAH: Hörmüz boğazı növbəti göstərişədək bağlanıb

12 İyul 2026 03:41see152

Baloqunun cəzasını təkbaşına ləğv edib FIFA da qalmaqallı qərar

13 İyul 2026 01:50see150

ABŞ İrana quru əməliyyatı hazırlaya bilər Ekspert

12 İyul 2026 16:52see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri