Icma.az
close
up
RU
Dar günün dostları

Dar günün dostları

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xalqımızın milli qürur və iftixar günü sayılan 28 May – Müstəqillik Günü Laçında Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə keçirilən tədbirlərlə qeyd olundu. Bu görüş və tədbirlər yalnız təntənəli mərasimlərlə məhdudlaşmadı, eyni zamanda, regional güc balansına və geosiyasi ittifaqlara dair mühüm mesajların verildiyi strateji bir platformaya çevrildi. Üç qardaş ölkə liderlərinin Laçında – işğaldan azad olunmuş ərazilərdəki tədbirlərdə birgə iştirakı təkcə dostluq rəmzi deyildi, həm də strateji mesaj idi. Çıxışlarda səslənən fikirlər, əslində, gələcək çağırışlara qarşı birgə cavabın bəyannaməsi kimi də qiymətləndirilə bilər.

Bu çərçivədə Prezident İlham Əliyevin Müstəqillik Gününə həsr olunmuş konsertdən öncə etdiyi çıxış mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı bildirdi ki, 1991-ci ildə Sovet İttifaqı dağılandan sonra Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. Ancaq Ermənistanın işğalçılıq siyasəti Azərbaycana böyük faciələr gətirmişdir. Müstəqillik elan olunandan dörd ay sonra Ermənistan dövləti xalqımıza qarşı soyqırımı törətmişdir. Xocalı soyqırımı nəticəsində 613 günahsız insan, o cümlədən 106 qadın, 63 uşaq bir gecə içində vəhşicəsinə öldürülmüşdür. Müstəqillik elan olunandan yeddi ay sonra isə Laçın erməni işğalına məruz qalmışdır. Ondan əvvəl Şuşa şəhəri işğal olunmuşdur. Ermənistanın işğalçılıq siyasəti ondan sonra da davam etdirilmişdir. Xarici ölkələrin dəstəyi hesabına Azərbaycan ərazisinin təxminən 20 faizi erməni işğalına məruz qalmışdır. Qarabağ və Şərqi Zəngəzur bölgəsindən 100 minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmış, qaçqın-köçkün həyatına başlamışdır.

Əlbəttə, Prezident İlham Əliyevin səsləndirdiyi bu fikirlər təkcə tarixə ekskurs deyil, həm də strateji bəyanat kimi dəyərləndirilməlidir. Dövlətimizin başçısının çıxışında Azərbaycanın 1991-ci ildə müstəqilliyini yenidən bərpa etdikdən sonra qarşılaşdığı real təhdidlər, Ermənistanın işğalçılıq siyasəti və bu siyasətin nəticələri konkret faktlarla xatırladıldı. Bu xatırlatma tarixi təbliğat deyil, siyasi yaddaşın dirçəlməsi, beynəlxalq hüquqa əsaslanan iddiaların möhkəmləndirilməsi və beynəlxalq ictimaiyyətə ünvanlanan prinsipial mesajdır.

Həqiqətən də, Ermənistanın işğalçılıq siyasəti xalqımıza böyük faciələr yaşadıb. Rəsmi İrəvanın yürütdüyü təcavüzkarlıq siyasəti təkcə yaşayış məntəqələrimizin işğal altına düşməsi, minlərlə mülki və hərbi itki verməyimizlə yekunlaşmayıb. Bu müharibə ölkəmizə iqtisadi baxımdan da son dərəcə böyük ziyan vurub. Yenə də Prezident İlham Əliyevin fikirlərinə müraciət etməli oluruq. Prezident 2024-cü il dekabrın 17-də rusiyalı jurnalist Dmitri Kiselyova müsahibəsində bildirmişdi ki, biz bu yaxınlarda vurulmuş zərərin təhlilini başa çatdırdıq, həm də bunu ətraflı etdik: “Biz buna 4 il vaxt sərf etdik və orada hər şey sənədlərlə qeyd olunub. Bu, təqribən 150 milyard dollardan çoxdur, yəni, işğal illərində vurulan zərərdir. Ona görə də zənnimcə, qarşılıqlı iddiaları kənara qoymaq hər iki tərəf üçün qəbulediləndir”.

Əgər 1990-cı illərin əvvəllərində Azərbaycanda müşahidə olunan iqtisadi durğunluq, ətalət bir tərəfdən SSRİ-nin dağılmasının acı “mirası”, digər tərəfdən ölkədəki xaos və özbaşınalığın, idarəetmə böhranının nəticəsi idisə, başqa yandan erməni təcavüzünün fəsadı idi. Xocalı soyqırımı isə sadəcə, bir şəhərə və onun sakinlərinə yönəlmiş qətliam deyildi. Bu, Azərbaycan xalqının müstəqil yaşamaq hüququna edilən terror idi. O dövrdə hələ formalaşmaqda olan Azərbaycan dövləti həm daxili siyasi təlatümlərlə, həm də xarici hərbi təzyiqlərlə üz-üzə qalmışdı. Prezidentin bu fikirləri bir daha onu göstərdi ki, Azərbaycanın müstəqilliyi təsadüfi qazanılmadığı kimi, təsadüfi də qorunmayıb – bu, böyük itkilər, xalq iradəsi və milli müqavimət sayəsində mümkün olub. Bu mənada ulu öndər Heydər Əliyevin haqlı olaraq dediyi “Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifədir” sözlərini yada salmaq yerinə düşər. Məhz ümummilli liderin siyasi uzaqgörənliyi, iradəsi və fədakarlığı sayəsində Azərbaycan dövlətçiliyi qorunub saxlanıla bildi.

***

Xocalıdan sonra Ermənistanın işğalçılıq siyasəti ardıcıl və məqsədyönlü şəkildə davam etdirildi. Müstəqilliyin elanından yeddi ay sonra – 1992-ci ilin mayında Laçın rayonu işğal olundu. Ondan bir qədər əvvəl isə Qarabağın incisi sayılan Şuşa şəhəri düşmən əlinə keçmişdi. Prezident İlham Əliyev bu tarixi ardıcıllığı diqqətə çatdırmaqla bir daha sübut etdi ki, Ermənistanın məqsədi təkcə hərbi qələbə qazanmaq deyil, həm də Azərbaycanın simvolik mədəniyyət mərkəzlərini, geosiyasi əhəmiyyət daşıyan ərazilərini və strateji yüksəkliklərini zəbt etməklə ölkənin suverenliyini sarsıtmaq, onu regionda zəif və asılı bir dövlətə çevirmək idi.

Bu çərçivədə Laçının işğalının ölkəmizə necə böyük zərbə vurduğunu bir qədər ətraflı izah etməyə ehtiyac var. Hamıya məlumdur ki, Laçın heç vaxt keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olmamışdır. Ermənistanın Qarabağla quru yolla yeganə bağlantısı bu rayon, daha doğrusu, Laçın dəhlizi vasitəsilə həyata keçirilirdi. Laçının işğal olunması ilə Ermənistan və Qarabağ arasında birbaşa quru əlaqəsi yaradıldı. Nəticədə digər rayonlarımızın işğalı asanlaşdı. Bununla bağlı Prezident İlham Əliyev də dəfələrlə öz fikirlərini bildirib. Elə mayın 27-də rayonun Bəylik kəndinə köçən sakinlərlə görüşdə cənab İlham Əliyev dedi: “May ayı sizin üçün ikiqat bayram ayı olacaq – həm müstəqillik bayramı, həm də Bəyliyə qayıtdığınız gün. Amma may ayı laçınlılar üçün faciəvi ay olmuşdur. Məhz may ayında Laçın işğala məruz qaldı, Şuşanın işğalından 10 gün sonra. Bu, böyük bir faciə, böyük bir bəla idi həm sizin üçün, həm də bütün ölkəmiz üçün. Çünki məhz Laçının işğal altına düşməsi müharibədə ondan sonrakı uğursuzluqlarımızın təməlini qoydu. Çünki ovaxtkı Dağlıq Qarabağ bölgəsi coğrafi nöqteyi-nəzərdən Ermənistanla birləşdi. Mənfur Laçın dəhlizi açıldı, hansı ki, indi yoxdur. Artıq uzun illərin Laçın–Xankəndi yolu var. Laçın dəhlizi tarixdə qaldı...”

Prezident çıxışında həm də onu vurğuladı ki, Ermənistan bu işğalçılıq siyasətini təkbaşına həyata keçirməyib. Xarici dairələrin dəstəyi ilə Azərbaycan ərazisinin təxminən 20 faizi işğal olunub. Bu, çox önəmli və həssas bir məqamdır. Çünki bununla məsələ yalnız iki qonşu ölkə arasında münaqişə olmaqdan çıxıb. Beynəlxalq aləmdə müəyyən dairələrin Ermənistanın arxasında dayanması, Azərbaycanın isə bu illər ərzində faktiki olaraq təkbaşına mübarizə aparması nəzərə çarpır. Cənab İlham Əliyevin bu mesajı, eyni zamanda, bu gün də bəzi xarici qüvvələrin Ermənistanı qorumağa çalışdığı bir zamanda aktualdır və konkret auditoriyaya yönəlib.

Qarabağ və Şərqi Zəngəzurdan yüz minlərlə azərbaycanlının etnik təmizləməyə məruz qalması, doğma yurdlarından zorla qovulması və onilliklərlə qaçqın-köçkün həyatı yaşaması beynəlxalq ictimaiyyətin gözləri önündə baş verib. Bu, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin yerinə yetirilmədiyi, beynəlxalq hüququn kağız üzərində qaldığı, ikili standartların hökm sürdüyü bir dövr idi. Əslində, beynəlxalq hüquq indi də kağız üzərindədir, yenə də ikili standartlar hökm sürür. Haqlı güclü deyil, güclü “haqlı”dır. Beləliklə, Prezident İlham Əliyevin bu fikirləri həm də həmin ədalətsiz beynəlxalq münasibətlər sisteminə açıq etiraz idi.

Amma, Azərbaycan dövləti və xalqı bu ədalətsizliklə, bu işğalla heç vaxt barışmadı. Prezidentin də qeyd etdiyi kimi, biz güc toplayırdıq, beynəlxalq müstəvidə daha güclü mövqelərə sahib olurduq. Beynəlxalq təşkilatlar çərçivəsində öz haqq işimizi aparırdıq. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanımaqla münaqişənin həlli üçün siyasi və hüquqi zəmin yaratmışdır. Biz, eyni zamanda, güclü iqtisadiyyat qurmuşuq və məhz bunun nəticəsində ordu quruculuğuna lazımi həcmdə vəsait ayırmışıq.

Güclü siyasi iradə, güclü iqtisadiyyat və güclü ordu faktorları bizi Qələbəyə aparan amillərdir. Bu fikirlərlə bir daha sübut edildi ki, Azərbaycan dövləti və xalqı erməni təcavüzü, işğalı və etnik təmizləmə siyasəti ilə heç vaxt barışmayıb. Nəinki barışmayıb, heç status-kvonu da qəbul etmək niyyətində olmayıb. Əksinə, rəsmi Bakı bu illər ərzində həm diplomatik cəbhədə, həm də daxili strateji quruculuq sahəsində sistemli və uzunmüddətli planla hərəkət edib.

Tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın etdiyi çıxış da təsirli idi. Qardaş ölkə Prezidentinin “Bu gün keçmişdə yaşadığımız ağrılardan dərs alaraq davamlı sülhün bərqərar olmasını, etimadın və mehriban qonşuluq münasibətlərinin qurulmasını hədəfləyirik. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq” sözləri Azərbaycanın həm hərbi, həm də siyasi meydanda qazandığı uğurların bölgədə sülhə və əməkdaşlığa yol açdığını göstərir.

Bu fikirlər, eyni zamanda, rəsmi Ankaranın regional sülhə sadiqliyini və Azərbaycanın haqq işinə verdiyi davamlı dəstəyi ifadə edir. Cənab Ərdoğan keçmişin ağrılarını unutmadan, gələcəyə baxaraq sülh və əməkdaşlıq çağırışı edir. Türkiyə Prezidentinin dövlətimizin başçısını həm Qələbənin, həm də sülhün memarı kimi təqdim etməsi Azərbaycanın beynəlxalq nüfuzunun artdığını göstərir. Bu, eyni zamanda, Türkiyə–Azərbaycan birliyinin dəyərlər üzərində qurulduğunu nümayiş etdirir.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin çıxışı Azərbaycanla qardaşlıq münasibətlərinin səmimiyyətini və prinsipial xarakterini nümayiş etdirdi. O, Azərbaycanın 30 illik işğala son qoyaraq qazandığı Qələbəni yalnız hərbi deyil, həm də mənəvi və siyasi baxımdan böyük nailiyyət kimi dəyərləndirir. Şəhidlərin xatirəsini anması və qazilərə ehtiramı Pakistanın bu mübarizəni yalnız siyasi ritorika ilə deyil, dərin insani duyğularla dəstəklədiyini göstərir. Türkiyənin verdiyi mənəvi-siyasi dəstəklə yanaşı, Pakistanın diplomatik platformalarda göstərdiyi həmrəylik Azərbaycanın haqlı mövqeyinin beynəlxalq səviyyədə müdafiəsinə ciddi töhfə verib. “İki ruh bir qəlbdə” şüarının “üç ruh bir qəlbdə”yə çevrilməsi isə Azərbaycanın, Türkiyənin və Pakistanın birliyi fonunda yeni geosiyasi reallığın təntənəsi kimi qəbul olunmalıdır.

Səxavət HƏMİD
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:37
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 May 2025 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp 17 Patriotun Ukraynaya çatdırıldığını açıqladı

14 İyul 2025 22:13see138

Ağ Ev Trampla görüşdə beş Afrika liderini alçaldıb

13 İyul 2025 21:00see129

Bu gün 40 dərəcə isti olacaq PROQNOZ

14 İyul 2025 07:30see124

Zaporojye AES də atəş səsləri: MAQATE dən HƏYƏCAN SİQNALI KONKRET

13 İyul 2025 23:32see124

Zaxarova Departamentin bu qərarını lağa qoydu

14 İyul 2025 03:42see122

Bələdiyyə sədrindən gözlənilməz addım FOTO

13 İyul 2025 23:42see120

Faciəvi şəkildə ölən kişilər sahədə işləməyə gedirmiş Video

13 İyul 2025 20:23see117

ABŞ senatorları Trampın Rusiyanın dondurulmuş aktivlərindən istifadə edə biləcəyinə inanırlar

13 İyul 2025 22:08see117

Azərbaycan Rusiyadan şokolad idxal edən ilk 10 ölkə sırasına daxil oldu

13 İyul 2025 20:00see117

Ağstafa: “Suverenlik yolunun başlanğıcı”

14 İyul 2025 18:51see116

Kiyevdə polkovniki güllələyən azərbaycanlılar öldürülüblər FOTO/VİDEO

14 İyul 2025 12:56see116

Dubay şeyxinin qızı Parisdə repper French Montana ilə görüşüb…

13 İyul 2025 21:07see115

Mahiri bu dəfə təpiklə dayandırdılar... qol vurdu və zədələndi!

13 İyul 2025 20:01see115

Sirli cənnət in sakinləri qədim qayalarda yaşayır, şabalıd unundan çörək hazırlayırlar

14 İyul 2025 06:32see114

Avropa İttifaqı Rusiyaya qarşı 18 ci sanksiya paketini bu gün razılaşdıra bilər

14 İyul 2025 04:07see114

İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucaldığı gündür

14 İyul 2025 09:45see114

“Milan” Modriçi açıqladı

14 İyul 2025 23:01see113

Dolların bahalaşması manata necə təsir edəcək? AÇIQLAMA

14 İyul 2025 18:51see112

Rutte iyulun 14 15 də ABŞ da Tramp və digər rəsmilərlə görüşəcək

13 İyul 2025 23:41see112

Merilinin pasport fotosu bu qiymətə satıldı Fotolar

15 İyul 2025 00:27see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri