Icma.az
close
up
RU
Daş karxanasının rəhbərinə HÖKM OXUNDU

Daş karxanasının rəhbərinə HÖKM OXUNDU

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Abşeron Rayon Məhkəməsində işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozmada və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən İlham Yusifovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Bizim.Media xəbər verir ki, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ittihamdan xaric edilib və İ.Yusifova şərti cəza verilib. TO "Almaz-Daş" firması hüquqi şəxsin barəsində cinayət hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraata xitam verilməsi qərara alınıb.
 

İttiham aktına əsasən, 1960-cı il təvəllüdlü İlham Yusifov uzun illər ərzində tamah niyyəti ilə vəzifəli şəxs qismində öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etməklə, ətraf mühitin mühafizəsi qaydalarını pozmaqla və dövlətə külli miqdarda maddi ziyan vurmaqla qanunsuz sahibkarlıq fəaliyyəti həyata keçirib.


Belə ki, təqsirləndirilən şəxs 2005-ci ildə əmisi oğlu ilə birlikdə təsis etdiyi "Almaz-Daş" adlı tam ortaqlı kommersiya təşkilatının rəhbəri kimi, Abşeron rayonu Güzdək qəsəbəsində yerləşən "Güzdək" əhəngdaşı yatağından mişardaşı hasil etmək məqsədilə iki hektar torpaq sahəsini icarəyə götürüb.
Həmçinin faydalı qazıntıların çıxarılması üçün beş il müddətinə verilmiş "Dağ-mədən ayırması" aktının müddəti 13 aprel 2014-cü ildə başa çatsa da, qanunda nəzərdə tutulmuş lisenziyaları və icazələri almadan 25 iyun 2016-cı ildən 31 may 2021-ci ilədək həmin ərazidə qanunsuz hasilat işlərini davam etdirib.
 

İlham Yusifov qeyd olunan dövrdə sənaye obyektində istismar işləri zamanı ətraf mühitin mühafizəsi qaydalarına riayət olunmasına cavabdeh vəzifəli şəxs olduğu halda bu qaydalara qəsdən əməl etməyib, nəticədə 11 413.25 kubmetr həcmində mişardaşını xüsusi texnika vasitəsilə qanunsuz kəsib çıxarıb, bununla da dövlətə və təbiətə 129 186.68 manat məbləğində maddi ziyan vurub.


Aparılan qanunsuz hasilat işləri nəticəsində "Güzdək" əhəngdaşı yatağında yer səthinin relyefinin deformasiyası, süxurların zədələnməsi, torpaqaltı layların dəyişməsi, ekoloji tarazlığın pozulması, atmosferə toz və zərərli qazların atılması kimi ağır ekoloji fəsadlar yaranıb, ətraf mühitin qorunması sahəsində dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə ciddi zərər vurulub.
Beləliklə, təqsirləndirilən şəxs uzun müddət ərzində müvafiq icazə və lisenziyalar olmadan qanunsuz sahibkarlıq fəaliyyəti apararaq, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, qulluq mənafeyinə zidd olaraq şəxsi maraqları naminə ətraf mühitin mühafizəsi qaydalarını pozub və ağır nəticələrin baş verməsinə səbəb olub.
 

Məhkəmə iclasında İlham Yusifov özünü ittiham üzrə qismən təqsirli bilib, 21 may 2021-ci il tarixdə aparılmış baxış zamanı ölçmələrin düzgün aparılmadığını, hasilat həcminin şişirdildiyini, yalnız iki hektar sahədə fəaliyyət göstərdiyini deyib.


O, dövlətə vurduğu 15 523.20 manat məbləğində ziyanı ödədiyini, əməlindən peşman olduğunu və yaşını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edib. (Pravda.az)
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 Noyabr 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri