Icma.az
close
up
RU
Menu

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

​Ermənistan OPEC dən borc aldı Büdcə kəsirini bağlamaq üçün

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

Real ın Çempionlar Liqası heyəti fransalı müdafiəçi kənarda qaldı

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

Daşa yazılan ad təbiətə basılan damğa

Daşa yazılan ad təbiətə basılan damğa

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Təbii-tarixi məkanlara münasibət təkcə şəxsi tələbat deyil, həm də vətəndaş yanaşmasıdır

Bəzən bir neçə hərf kifayət edir ki, böyük bir məsələ haqqında düşünməyə başlayaq. Şuşanın Cıdır düzündə, tarixin, təbiətin və yaddaşın bir-birinə qovuşduğu məkanda bəzi daşların üzərinə adların yazılması da belə hallardandır. İlk baxışda kimsə bunu sadəcə özündən “xatirə qoymaq”, hansısa əziz insanın adını yaşatmaq, hətta xoş niyyətin ifadəsi saya bilər. Lakin məsələni bir qədər dərindən düşünəndə ortaya tam başqa sual çıxır: insanın öz xatirəsini əbədiləşdirmək istəyi ona hamının olan tarixi və təbii yaddaşa müdaxilə etmək haqqı verirmi? Əlbəttə, yox.

Şuşada bu məsələ xüsusilə həssasdır. 28 illik işğaldan sonra Azərbaycan Ordusunun qəhrəmanlığı ilə azad edilmiş şəhər təkcə yaşayış məkanı deyil. Şuşa bütöv bir xalqın tarixi yaddaşının, mədəniyyətinin, musiqisinin, memarlığının və milli ruhunun daşıyıcısıdır. Prezident İlham Əliyevin Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etməsi də şəhərin məhz bu müstəsna statusundan irəli gəlir.

Burada küçə də, qala divarı da, daş da, qaya da adi şəhər elementindən daha artıq məna daşıyır. Cıdır düzü isə sadəcə gözəl mənzərəsi olan turist məkanı deyil. O, yüzillərin şahidi, Şuşanın tarixi və təbii landşaftının ayrılmaz hissəsidir. Ona görə də həmin qayalara ad yazmaq məsələsinə yalnız “bir neçə daşın üzərinə yazı yazılıb” sadəliyi ilə yanaşmaq doğru olmaz.

Xoş niyyət də yanlışlığa haqq qazandırmır

Daşların üzərində rast gəlinən yazılar arasında şəhidlərimizin adlarının olması məsələyə əlavə həssaslıq gətirir. Burada niyyətin hörmət və ehtiramdan doğduğuna şübhə etmədən demək lazımdır ki, müqəddəs bir adı yaşatmağın yolu tarixi və təbii abidənin üzərinə onu həkk etməkdən keçmir.

Şuşanın azadlığı uğrunda şəhid olmuş Rəşad Mikayılzadənin atası İlham Mikayılzadənin yanaşması da bu baxımdan düşündürücüdür. Şəhid atası oğlunun və digər şəhidlərin adlarının ayaqlar altında qalan daşlara yazılmasını ehtiram nümunəsi hesab etmədiyini, Şuşada hər şeyin öz təbiiliyini və tarixiliyini qorumasını istədiyini bildirir.

Əslində, şəhidlərimizin adlarının əbədiləşdirilməsi üçün Azərbaycanda böyük və ləyaqətli bir yaddaş mədəniyyəti formalaşıb. Şəhidlər xiyabanları, memorial komplekslər, abidələr, parklar, məktəblər, küçələr, muzeylər, kitablar, filmlər onların xatirəsini yaşadır. Ən başlıcası isə şəhidlərin adı xalqın yaddaşında və Azərbaycanın dövlətçilik tarixində yaşayır. Belə bir adı təsadüfi qayaya yazmaq onun ucalığına nəsə əlavə etmir.

Əksinə, bəzən ən səmimi niyyət belə yanlış ifadə vasitəsi seçildikdə arzuolunmaz nəticə yarada bilər.

Söhbət təkcə Şuşadan getmir

Əsas problem də elə budur. Bu gün qayaya bir ad yazılır. Sabah başqa biri öz adını əlavə edir. Daha sonra kimsə tarix, ürək şəkli, şüar və ya başqa işarə çəkir. Bir müddət sonra isə tarixi məkan kollektiv yaddaş nümunəsi olmaqdan çıxıb hər kəsin şəxsi “avtoqraf lövhəsi”nə çevrilir. Buna görə Şuşadakı hadisəyə ayrıca və təcrid olunmuş epizod kimi yox, daha geniş bir problemin fonunda baxmaq lazımdır.

İctimai və şəxsi əmlaka, şəhər infrastrukturuna, bina və tikililərə, parklara, abidələrə, xüsusən də tarixi-mədəni irs nümunələrinə münasibət insanın şəhər mədəniyyətinin göstəricilərindən biridir.

Şəhər yalnız orada yaşayan fərdlərin deyil. Şəhər ortaq məkandır. Onun küçəsi də, meydanı da, parkı da, tarixi binasının fasadı da ümumi yaşayış mühitimizin bir hissəsidir. Deməli, “mən istəyirəm, yazıram”, “mənim üçün gözəldir”, “mən bunu sənət sayıram” yanaşması ictimai məkanda keçərli prinsip ola bilməz. Çünki bir insanın özünüifadə azadlığı başqa insanların ortaq sərvətinə müdaxilə etdiyi yerdə artıq başqa məsuliyyət başlayır.

Nizami Kino Mərkəzindəki hadisə niyə dərs olmadı?

Bu ilin aprelində Bakının mərkəzində yerləşən Nizami Kino Mərkəzinin fasadına qraffiti çəkilməsi cəmiyyətdə geniş müzakirə doğurdu.

Söhbət sıradan bir divardan getmirdi. Bina ölkə əhəmiyyətli memarlıq abidəsidir. Aprelin 1-dən 2-nə keçən gecə onun fasadına boya ilə müxtəlif yazılar çəkilmiş, sonradan müdaxilənin izləri aradan qaldırılaraq binanın ilkin görünüşü bərpa edilmişdi. Faktla bağlı cinayət işi də başlanmışdı. Bu hadisənin ortaya çıxardığı əsas sual qraffitini kimin çəkməsindən daha böyükdür: tarixi binanın üzərində şəxsi yaradıcılıq hüququ harada başlayır və harada bitir?

Burada çox vacib bir fərqi də nəzərə almaq lazımdır. Qraffiti və küçə incəsənətinin özü avtomatik şəkildə vandalizm demək deyil. Dünyanın müxtəlif şəhərlərində xüsusi ayrılmış məkanlarda, bina sahibinin və yerli qurumların razılığı ilə yaradılmış küçə sənəti nümunələri şəhər mühitinə rəng və fərqlilik qata bilər.

Problem icazəsiz müdaxilədir. Xüsusən tarixi bina, abidə, qoruq və digər qorunan obyekt üzərində sahibinin və aidiyyəti qurumların razılığı olmadan aparılan “yaradıcılıq” artıq sənət haqqında mübahisədən çıxaraq mülkiyyətə və irsə münasibət məsələsinə çevrilir.

“Avropada da belədirmi”?

Bəzən şəhər binalarının və ictimai məkanların qraffiti ilə örtülməsinə haqq qazandırmaq üçün Qərb şəhərləri nümunə göstərilir. Doğrudur, Londonun, Berlinin, Parisin və digər şəhərlərin bəzi ərazilərində küçə sənəti şəhər mədəniyyətinin bir hissəsinə çevrilib. Amma burada adətən unudulan mühüm detal var: qanuni küçə sənəti ilə icazəsiz qraffiti eyni anlayış deyil. Üstəlik, Avropa ölkələrinin özü nəzarətsiz qraffitinin tarixi mühitə vurduğu zərərlə ciddi mübarizə aparır.

Məsələn, Britaniyanın tarixi irsin qorunması üzrə ixtisaslaşmış “Historic England” qurumu bildirir ki, qraffiti tarixi binaların, abidələrin və onların ətraf mühitinin görünüşünə xələl gətirir və yeni oxşar müdaxilələri də təşviq edə bilir. Qurum xüsusilə xəbərdarlıq edir ki, tarixi daş, kərpic və digər səthlər üzərindəki boyanın qeyri-peşəkar üsulla təmizlənməsi bəzən qraffitinin özündən də ciddi, hətta qalıcı zərər yarada bilər. Bu detal son dərəcə vacibdir.

Çünki abidəyə yazı yazan şəxs yalnız boya pulu qədər ziyan vurmur. Sonradan həmin boyanın silinməsi üçün mütəxəssis, xüsusi texnologiya, material, vaxt və maliyyə tələb oluna bilər. Bəzən tarixi səthin əvvəlki vəziyyətini tam bərpa etmək ümumiyyətlə mümkün olmur. Beləliklə, bir neçə saniyəyə çəkilən xətt illərin izini daşıyan daş üzərində qalıcı yaraya çevrilə bilər.

Qanun da abidəni müdafiə edir

Tarixi-mədəni irsə münasibət yalnız mənəvi məsuliyyət məsələsi deyil. Azərbaycanın “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanununda abidələrin qorunması ilə bağlı qanunvericiliyin pozulmasına görə cinayət, inzibati, intizam və mülki məsuliyyət nəzərdə tutulur. Abidəyə vurulmuş zərərin ödənilməsi məsələsi də qanunvericiliklə müəyyənləşdirilib.

Burada əsas məqsəd, əlbəttə, insanları cəzalandırmaq deyil. Daha vacibi belə hərəkətlərin baş verməməsidir. Bunun üçün isə qanundan əvvəl mədəniyyət işləməlidir. İnsan məktəb yaşından anlamalıdır ki, parkdakı skamyanı sındırmaq, binanın fasadına ad yazmaq, abidənin üzərinə şəkil çəkmək, tarixi daşın üstünə “burada olmuşam” həkk etmək özündən iz qoymaq deyil. Əsl iz qorumaqdır.

Abidə bizdən sonra gələnlərin də sərvətidir

Tarixi irsin çox mühüm bir xüsusiyyəti var: onun sahibi yalnız bu gün yaşayan insanlar deyil. Biz şəhərlərimizi, qalalarımızı, məscidlərimizi, kilsələrimizi, məbədlərimizi, karvansaralarımızı, qədim küçələrimizi və təbiət abidələrimizi bizdən əvvəlkilərdən miras almışıq. Amma bu miras üzərində qeyri-məhdud sərəncam hüququmuz yoxdur. Çünki onu bizdən sonrakılara da verməliyik. Bu mənada tarixi abidəni qorumaq keçmiş qarşısında borc olmaqla yanaşı, gələcək qarşısında məsuliyyətdir.

Şəhər mədəniyyəti də yalnız gözəl binalar tikməklə formalaşmır. Gözəl tikilmiş binanı qorumaq, parkı təmiz saxlamaq, abidəyə toxunmamaq, ictimai əmlakı öz şəxsi əmlakın qədər qorumaq da həmin mədəniyyətin tərkib hissəsidir. Statusundan, vəzifəsindən, imkanından, məşhurluğundan asılı olmayaraq bu qayda hamı üçün eyni olmalıdır. Çünki ortaq sərvətin qarşısında imtiyaz yoxdur.

Tarixə ən gözəl “avtoqraf”

Bəlkə də bütün məsələnin mahiyyətini bir sadə sualda ifadə etmək mümkündür: Tarixi yerə gələn insan orada öz adını qoymalıdır, yoxsa həmin yerin adını yaddaşında aparmalıdır?

Cıdır düzünün qayasına ad yazmadan da Şuşanı sevmək mümkündür. Tarixi binanın divarına şəkil çəkmədən də yaradıcılıq göstərmək olar. Şəhidə ehtiramını daşın üzərinə yazmadan da ifadə etmək mümkündür. Hətta bəlkə ən böyük ehtiram elə toxunmamaqdır.

Qoy Şuşanın daşı Şuşanın daşı kimi qalsın. Qoy yüzillik binanın divarında onu tikən ustanın izi görünsün, bizim qələmimizin və boyamızın yox. Qoy abidələrimiz gələcək nəslə bizim adlarımızı deyil, bizim mədəniyyətimizi çatdırsın. Çünki tarixə yazılmağın ən yaxşı yolu tarixin üzərinə ad yazmaq deyil. Tarixi qorumaqdır.

Fidan ƏLİYEVA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Sentyabr 2026 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see318

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see263

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

03 Sentyabr 2026 19:59see232

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see223

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see219

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see217

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see216

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see206

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see206

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see203

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see198

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

04 Sentyabr 2026 08:47see194

​Ermənistan OPEC dən borc aldı Büdcə kəsirini bağlamaq üçün

03 Sentyabr 2026 20:18see193

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see190

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see188

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

04 Sentyabr 2026 04:53see179

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see171

Real ın Çempionlar Liqası heyəti fransalı müdafiəçi kənarda qaldı

04 Sentyabr 2026 02:22see170

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see168

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri