Argentina prezidentinin korteji daşa basıldı
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Argentina prezidenti Xavyer Mineyin korteji Buones-Ayresin Lomas-de-Samora rayonunda hərəkətdə olarkən daşa basılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə parlament seçkilərinə hazırlıq kampaniyası çərçivəsində baş verib.
Bacısı Kamila ilə üstüaçıq limuzində hərəkətdə olarkən onun siyasətinə qarşı olan müxalif kütlə prezidentə doğru daş və şüşə butulka atıb. Daşlardan birinin prezidentin bir neçə santimetrliyindən keçdiyi bildirilir. Bundan sonra mühafizə xidməti Mileyi ərazidən dərhal uzaqlaşdırıb.
Qeyd edək ki, baş verənlərdən sonra prezidentin tərəfdarları ilə müxalifətçilər arasında toqquşma da yaşanıb.
L.Tağıyeva


Argentina prezidentinin maşınını daşa basdılar Fotolar
28 Avqust 2025 01:01
Argentina prezidentinin bacısı rüşvətdə ittiham olunur
06 Mart 2025 11:58
Argentina yığmasında növbəti itki
20 Mart 2025 01:40
Argentina “faşist materiallarını” ictimailəşdirəcək
25 Mart 2025 18:31
Argentina millisindən 2 rekord
26 Mart 2025 16:44

