“Renaissance Travel” rəhbəri vətəndaşları belə DOLANDIRDI
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində turizm fəaliyyəti adı altında vətəndaşların pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən Orxan Hüseynli saxlanılıb.
Modern.az xəbər verir ki, araşdırmalarla O.Hüseynlinin rəhbərlik etdiyi “Renaissance Travel” turizm şirkətinin sosial şəbəkə hesabında xarici ölkələrə cəlbedici şərtlərlə tur paketləri təklif etdiyi müəyyən edilib.
O, bu məqsədlə müraciət edən çoxsaylı vətəndaşların etibarından sui-istifadə edərək xarici ölkələrə turist səfərləri təşkil edəcəyinə dair yalan vədlər verib. O.Hüseynli qanunsuz hazırladığı saxta uçuş biletlərindən istifadə etməklə vətəndaşların müxtəlif məbləğlərdə pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirib.
Qeyd edilən faktlarla başlı cinayət işi başlanılıb. O.Hüseynli Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Sosial şəbəkələrdə sözügedən turizm şirkətinin ictimai fəal İlkin Rüstəmzadəyə məxsus olması ilə bağlı yayılan məlumatlar da hərtərəfli araşdırılıb. Aparılan araşdırmalar nəticəsində bu iddialar təsdiqini tapmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 05 Sentyabr 2026 19:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















