Icma.az
close
up
RU
Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanuna dəyişiklik birinci oxunuşda qəbul edilib

Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanuna dəyişiklik birinci oxunuşda qəbul edilib

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hüquqların dövlət qeydiyyatının aparılması və dövlət qeydiyyatından imtina qaydalarına əlavələr edilir.

Oxu.Az xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü növbədənkənar plenar iclasında müzakirəyə çıxarılan "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Sənədə əsasən, hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərlə torpağın kateqoriyası (məqsədli təyinatı) dövlət torpaq kadastrında saxlanılan məlumatlara uyğun gəlmədikdə qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparılacaq.

Araşdırmanın nəticəsinə əsasən, təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq edildikdə əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınacaq və dövlət torpaq kadastrında müvafiq düzəlişlər ediləcək.

Qeyd olunan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə biləcək.

Bildirilib ki, qanun layihəsi Konstitusiya Məhkəməsinin "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 15-ci maddəsinin şərh edilməsinə dair" 28 mart 2017-ci il tarixli qərarından və eyniadlı 10 dekabr 2024-cü il tarixli qərardadından irəli gələrək hazırlanıb.

Adıçəkilən hər iki sənəddə göstərilir ki, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər.

Eyni zamanda, bu mövqe əsas götürülməklə daşınmaz əmlakın dövlət qeydiyyatından imtinana edilməsinin qanunvericilik qaydasında tənzimlənməsi tövsiyə edilib.

Qərarda, həmçinin qeyd edilib ki, Konstitusiyanın 25-ci maddəsinin, habelə "İnzibati icraat haqqında" Qanunun 12-ci maddəsinin tələblərinə müvafiq olaraq, inzibati orqan tərəfindən müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qəbul edilməsi yolverilməzdir.

Vurğulanıb ki, praktikada hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə göstərilən torpağın kateqoriyası (məqsədli təyinatı) ilə dövlət torpaq kadastrında saxlanılan məlumatlar (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriya) arasında uyğunsuzluq hallarına rast gəlinir.

Bu məsələ ilə bağlı qanunvericilikdə dəqiq tənzimləmə olmadığından qeydiyyat orqanlarının hüquqların qeydiyyatından imtina barədə qərarlarından məhkəmələrə müraciət edilirdi. Bu isə çoxsaylı məhkəmə mübahisələrinin yaranmasına və eyni zamanda fərqli məhkəmə qərarlarının qəbuluna səbəb olurdu.

Məsələnin aktuallığını nəzərə alaraq və vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Konstitusiya Məhkəməsi yuxarıda qeyd olunan hüquqi mövqeləri müəyyən etsə də, bu sahədə yaranan məsələlərin qanunvericilik qaydasında tənzimlənməsinə zərurət yaranıb.

Qanun layihəsi aşağıdakını nəzərdə tutur:

- qeydiyyat üçün təqdim olunan sənəddəki torpağın kateqoriyası (məqsədli təyinatı) ilə kadastr məlumatı arasında uyğunsuzluq aşkar edildikdə qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırmanın aparılması.

Bu cür araşdırmanın aparılmasının qanunvericilikdə təsbit olunmaması səbəbindən məsələ tam araşdırılmır, bəzən qeyri-müəyyən qalırdı. Eyni zamanda, belə araşdırmanın aparılması qeydiyyat orqanının mülahizəsindən asılı olurdu;

Aparılan araşdırmanın nəticəsinə əsasən aşağıdakı tədbirlər görüləcək:

- təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq edildikdə əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınacaq və dövlət torpaq kadastrında müvafiq düzəlişlər ediləcək;

- təqdim edilən sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə isə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə biləcək.

Beləliklə, qanun layihəsi qeydiyyat üçün təqdim olunan sənəddəki torpağın kateqoriyası (məqsədli təyinatı) ilə kadastr məlumatı arasında uyğunsuzluq aşkar edildikdə müvafiq araşdırmanın aparılmasının, araşdırma nəticəsində uyğunsuzluq təsdiq edildikdə isə torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilməsinin hüquqi əsaslarını təsbit edir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 İyul 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri