Daşınmaz əmlakın sığortalanması üçün elektron məlumat bazalarına çıxış genişləndiriləcək
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Mərkəzi Bank tərəfindən 2027–2030-cu illər üzrə inkişaf strategiyasının hazırlanması çərçivəsində sığorta sektorunun inkişafı ilə bağlı bir sıra istiqamətlər nəzərdə tutulub.
“APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Sığorta vasitəçilərinə nəzarət şöbəsinin rəisi Ramin Cəfərov bildirib.
Onun sözlərinə görə, əsas istiqamətlərdən biri sığorta və təkrarsığorta bazarının inkişaf etdirilməsidir: “Burada əsas məqsəd könüllü sığorta məhsullarının inkişafı və ölkənin sığorta sisteminin beynəlxalq təkrarsığorta imkanlarının genişləndirilməsidir. Digər istiqamət icbari sığortaların təkmilləşdirilməsidir. Bu çərçivədə icbari sığortaların əhatə dairəsinin genişləndirilməsi və effektivliyinin artırılması nəzərdə tutulur”.
O qeyd edib ki, nəzərdə tutulan istiqamətlərdən biri məlumat bazalarının və nəzarət mexanizmlərinin gücləndirilməsidir: “Məlumat bazaları dedikdə, məsələn, daşınmaz əmlakın sığortalanması zamanı əmlakın çıxarışının olub-olmaması və digər məlumatların əldə edilməsi nəzərdə tutulur. Bu məlumat bazalarına çıxışın təmin edilməsi sığorta şirkətlərinə müvafiq məlumatları elektron sistemlər vasitəsilə əldə etmək imkanı verəcək. Hazırda avtomobillərin icbari sığortası üzrə sığorta şirkətləri Daxili İşlər Nazirliyinin məlumat bazasına daxil olaraq texniki pasportun nömrəsi və ya dövlət qeydiyyat nişanı vasitəsilə nəqliyyat vasitəsi haqqında məlumatları əldə edə bilirlər. Daşınmaz əmlakın sığortalanması ilə bağlı da oxşar layihənin həyata keçirilməsi nəzərdə tutulur”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 21 Oktyabr 2026 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















