“Daşnaksütyun”un regional ofislərində həbslər başlayıb, kütləvi aksiyalarla bağlı xəbərdarlıq edilib
Icma.az bildirir, Apa.az portalına istinadən.
Ermənistanda polis müxalifətdəki “Daşnaksütyun” partiyasının regional ofislərində axtarışlara və həbslərə başlayıb.
APA “news.am”a istinadən xəbər verir ki, bu barədə sözügedən siyasi təşkilatdan bildirilib.
O da qeyd edilib ki, hakimiyyətin analoji addımları görülən tədbirlərə tutarlı cavab verilməsini şərtləndirib.
“Joğovurd” qəzeti yazıb ki, bir qrup partiya fəalı Türkiyədən səfərdən qayıdacaq Baş nazir Nikol Paşinyana etiraz əlaməti olaraq hava limanında aksiya keçirməyə hazırlaşıb.
Məlumatda həmçinin, yaxın saatlarda növbəti həbslərin gözlənildiyi də qeyd edilib.
Ermənistanın Daxili İşlər Nazirliyinin baş verənlərlə bağlı açıqlamasında bildirilib ki, ölkədə ictimai asayişin pozulmasına yönələn hərəkətlərin törədiləcəyi ilə bağlı məlumat daxil olub: “Bundan sonra polis əməkdaşlarının növbətçilik fəaliyyəti çərçivəsində bir qrup şəxslə profilaktik söhbətlər aparılıb. Biz bütün vətəndaşları ictimai qaydalara əməl etməyə çağırırıq. İstənilən qeyri-qanuni hərəkətə sərt şəkildə cavab veriləcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 20 İyun 2025 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















