Icma.az
close
up
RU
Dastana dönən gün

Dastana dönən gün

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan xalqı müstəqillik uğrunda apardığı əzmli mübarizə ilə tarixə “dünyanın xalqı” kimi düşdü. Lakin xalqımızın ikinci böyük milli qürur tarixi heç şübhəsiz 27 sentyabrdır. 27 sentyabr müqəddəs şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etdiyimiz anım günüdür. Təqvimin bu günü müasir tariximizə zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsinin başlanğıcı kimi yazıldı. Şərəfli döyüş yolu tariximizin bütün dönəmlərində xalqımızın alın yazısı olmuşdur. Eyni zamanda bəşəri duyğulara və humanizm prinsiplərinə sadiqlik də bizim üçün bir həyat tərzi, yaşam fəlsəfəsidir və bu da artıq bütün dünyaya bəllidir. Torpaqlarının 20 faizi işğal altında olan Azərbaycan illərlə bu problemin sülh yolu ilə həllinə çalışdı. Münaqişəsiz, diplomatik yolla ədaləti bərpa etmək üçün səbrlə, təmkinlə səylər göstərdi. Lakin artıq suyu qurumaqda olan gölə bənzəyən işğalçı ölkə bizim barış niyyətimizə yenidən silah gücü ilə cavab verdi, sərhədlərimiz boyu təxribatlar törətdi. Bu durumda isə Azərbaycan öz cavab haqqından istifadə etdi və ədalətin səsinə çevrilən bu cavab sarsıdıcı oldu!

Bu dəfə bizimlə düşmənçilik aparanlarla Ali Baş Komandanın rəhbərliyi ilə peşəkar, nizami ordu və bütün Azərbaycan döyüşürdü. Tam gücü və qüvvəsi ilə! Dünyaya səs salan POLAD biləkli qəhrəman oğullarımızla, mübarək bayrağımıza bükülüb dəfn olunmağı şərəf sayan, dayanmaq bilməyən, qanını Vətənin bütövlüyü uğrunda axıtmağı özünə borc sayan igidlərimizlə… Dumanlı dağların zirvələrindən torpaqlarımızın müdafiəsinə qalxanlar təkcə cəsarətləri ilə torpaqları azad etməklə kifayətlənmədilər. Qəhrəman qardaşlarımız Vətənin müdafəsinə şərqi qoşdular, hər şeydən öncə “Vətən yaxşıdır” söylədilər, səsləri ilə yurda, məmləkətə olan sevgilərini bütün dünyaya nümayiş etdirdilər və özləri dastana çevrildilər, dastan yazdılar. 27 sentyabr dastanı! Bu dastanın adı qalib Azərbaycan oldu. 27 sentyabrdan başlandı bu şərəfli missiya. Gələcəkdə anım günü kimi qeyd edəcəyimiz 27 sentyabr çoxəsrlik tariximizin ən qürurlu, ən doğma günlərindən birinə çevrildi! Milli şərəf və qəhrəmanlıq günü kimi tariximizi bəzəyən bu gündə Azərbaycan sübut etdi ki, biz torpağımızın hər qarışını sevirik və onun qorunması kimi müqəddəs amal uğrunda ölməyə hazırıq. 

 27 sentyabr həm də and günüdür. Bu gün torpaqlarımızı azad etməyi öhdəsinə götürən ordumuz “Şərəfim şöhrətimdir!” şüarı ilə sədaqət andı içdi və canı-qanı bahasına bu müqəddəs amal uğrunda döyüşə atıldı. Bu, sıradan bir savaş deyildi, həm də milli mücadilə, milli mübarizə idi. Tarixin bu günü Azərbaycan “Dəmir yumruq”la bölgədə uzun müddət kök salan terrora və separatizmə sərt üzünü göstərdi. “Ohanyan səddi” ilə qürurlananlar unutmuşdular ki, haqlı işimizdə bütün sədlər qarşımızda cılız görünür və belə də oldu. Cəmi 44 gün davam edən İkinci Qarabağ müharibəsi düşmənin rüsvayçı, heç vaxt unudulmayacaq məğlubiyyəti ilə yekunlaşdı. Əsrin sonlarındakı kimi bizi məğlub edəcəklərini bildirənlər, hətta Bakını işğalla hədələyənlər, uzun müddət bizimlə düz oturub, əyri danışanlar sonda miskin bir durumda Bakıya gətirildilər. Prezident İlham Əliyevin siyasi və hərbi qətiyyəti sayəsində düşmən bütün cəbhələrdə ağır məğlubiyyətə uğradı və tarixinin ən acı dərsini aldı.

Hər daşı yastığımız, hər qarış torpağı varlığımızın nişanəsi olan əziz yurdumuz Azərbaycan qalib gəldi. Düşmən qəhrəman övladlarımızın sarsılmaz iradəsi və gücü qarşısında yıxıldı. 

Dünya addım səsləri möhtəşəm olan, düşmənə boyun əyməyən, yaralı halda belə al qan içində qürur və qəhrəmanlıqla Vətənin müdafiəsinə qalxan Azərbaycan əsgərinin nə qədər məğrur, nə qədər yenilməz olduğunu gördü. Planetin insanları torpağa sədaqətin, millətə bağlılığın və Vətəni qorumağın əsl mənasını Azərbaycan xalqından öyrəndi. 

Biz bu şanlı savaşdan sonra dövlət və xalq olaraq ucalıq zirvəsindəyik. Ölkəmizin bütün milli problemləri öz həllini tapıb. Alnıaçıq, üzüağ yaşamaq bizim haqqımız idi və bu haqqı qazandıq. Ali Baş Komandan bizə o ucalığı yaşatdı. O ucalıqda xoşbəxt, bütöv və gülümsəyən Vətən görünür. Vətəni bizə bütöv edən hər kəsin qarşısında dərin şükranlıqla, sonsuz qədirbilənliklə baş əyirik! 

Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü, 
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Sentyabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see317

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see312

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see310

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see306

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see306

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see286

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see285

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see282

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see264

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see256

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see252

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see240

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see239

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see238

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see227

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see219

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see218

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see213

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri