Icma.az
close
up
RU
Dastana dönən ömür FOTO

Dastana dönən ömür FOTO

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əzəli, əbədi yurd yerimiz olan İkinci Qarabağ müharibəsi başlanan gündən “Təki Vətən yaşasın”- deyib odun-alovun içinə atılanda Rəşad Rasim oğlu Şiriyev ömrünün 19-cu ilinə qədəm qoymuşdu. Amma az yaşda Vətənə olan halal sevgisı onun iç dünyasından, mənəvi aləmindən qaynaqlanırdı. Məhz Rəşadı şəhidlik zirvəsinə aparanda bu ilahi bağlılıq oldu. Canını Vətəninə, onun torpağına fəda edib, əbədi bir ömür qazanmaqla könül verdiyi, onun müqəddəsliyinə tapındığı bütöv Azərbaycana sonsuz məhəbbət mücəssəməsinə döndü...
Dağlar diyarı Lerikin Bürsülüm kəndində dünyaya göz açmış Rəşadın ailəsi sonra Xəzər rayonunun Türkan qəsəbəsinə köçürlər. Ən əsası Rəşad orta məktəbi bitirib müstəqil həyata başlayanda qohum-qonşu onun yüksək mədəniyyətinə, əxlaqına, fəal vətəndaşlıq mövqeyinə heyran kəsilir. Vətənin torpağına, daşına sevdalanmış yeniyetməni əzəli, əbədi yurd yerimiz Qarabağın dığalar tərəfindən işğalı çox narahat edir. Elə Milli Ordu sıralarına yağı düşməndən qisas almaq məqsədilə düşür. Erməni faşistlər 2020-ci il sentyabrın 27-dən cəbhə xətti boyunca Azərbaycanın hərbi mövqelərini və yaşayış məntəqələrini ağır artilleriya atəşinə tutmasına cavab olaraq Ordumuz Ali Baş Komandanın əmri əsasında əks-hücuma keçir. Rəşadın arzuladığı Vətən torpağı uğrunda haqq savaşımız başlanır. İlk gündən onun qələbə sorağı qaynar bölgələrdən gəlir. İgid əsgər gərgin döyüşlərdə rəşadət nümunəsi göstərərək yağı düşmənə ciddi itkilər verir.
7 oktyabrda Talış- Suqovuşan istiqamətində səhərin gözü ağır müharibə ilə açılır. Adəti üzrə Rəşad öndə olmaqla qartal tək düşmənin üstünə şığıyır. Bu ölüm-dirim savaşında düşmənin çoxlu sayda canlı qüvvəsi məhv edilir, döyüş texnikası sıradan çıxır. Təəssüf ki, Rəşad da qəfil atılan yağı gülləsinə tuş gəlir. Vətənin daha bir qəhrəman oğlu şəhidlik zirvəsinə ucalmaqla Azərbaycanın zəfər tarixinə adını yazır. Yaşı az, ürəyi, hünəri böyük olan bu Vətən sevdalısının göstərdiyi şücaət həm də gələn nəsillərə həyat məktəbi oldu.
Bəli, Rəşad Rasim oğlu indi bir ailənin deyil, bir xalqın əzizidir. Dövlət də öz qəhrəman oğlunu “ İgidliyə görə”, “Vətən uğrunda”, Laçının və Suqovuşanın azadlığına görə medallarına layiq görübdür. Doğma Bürsülüm kəndində onun şərəfinə ucaldılan bulaq abidə kompleksi insanlar üçün ən müqəddəs yer sayılır.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Oktyabr 2026 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri