Data analitikası və kibertəhlükəsizlik: əmək bazarında rəqabət üstünlüyünün açarı
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 8 dekabr, Xatirə Cəfərova, AZƏRTAC
Müasir dövrdə peşə sahiblərindən yalnız ənənəvi bacarıqlar deyil, həm də data emalı və analizi ilə bağlı biliklərin mənimsənilməsi tələb olunur.
Bu barədə AZƏRTAC-a açıqlamasında AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev məlumat verib.
İnstitutun baş direktoru data emalı prosesində risklərin minimallaşdırılması baxımından kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılmasının da xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Akademik vurğulayıb ki, data analitikası və kibertəhlükəsizlik üzrə səriştələrə malik mütəxəssislər əmək bazarında daha yüksək rəqabət üstünlüyünə və nüfuza sahib olurlar.
“Hüquqşünas olsun, kənd təsərrüfatı və ya tibb sahəsinin mütəxəssisi olsun, fərqi yoxdur. Artıq hər bir sahədə data analitikasını bilmək zəruridir. Müasir dövrdə təkcə həkim, hüquqşünas və ya digər mütəxəssis olmaq yetərli deyil. İstənilən növ datanı anlamaq, analiz etmək və ondan nəticə çıxarmaq vacibdir. Bu günün tələblərinə uyğun olaraq data ilə işləmə bacarıqları və kompüter savadlılığı hər bir peşənin ayrılmaz hissəsinə çevrilib. Müxtəlif kompetensiyaların həmin peşənin ətrafında birləşməsi isə əmək bazarında üstünlük yaradır”, - deyə alim bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 08 Dekabr 2025 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















