Icma.az
close
up
RU
Data mərkəzləri yükə çevrilir: Mask və Til çıxış yolu tapdı

Data mərkəzləri yükə çevrilir: Mask və Til çıxış yolu tapdı

Icma.az, Olke.az saytına istinadən bildirir.

Data mərkəzləri kommunal xidmət tariflərini artırır, səs-küy yaradır, ətraf mühiti çirkləndirir və yerli iqtisadiyyata məhdud fayda verir. Bununla yanaşı, süni intellekt (Al) texnologiyalarının sürətli inkişafı bu infrastrukturdan imtina etməyə imkan vermir.

Ölkə.az Qaynarinfo-ya istinadən xəbər verir ki, "Forbes” nəşrinin yazdığına görə, bu problem İlon Maskın da diqqətini çəkib. Bu yaxınlarda birjada yerləşdirilən "SpaceX” şirkəti məlumat emalı mərkəzlərini kosmosa çıxarmağı planlaşdırır. Layihəyə əsasən, günəş enerjisi ilə işləyən peyklərdən ibarət şəbəkə yaradılacaq, məlumatlar orbitdə emal ediləcək və daha sonra Yerə ötürüləcək.

"SpaceX”in planlarına görə, ilk orbital data mərkəzlərinin buraxılışı 2028-ci ildə başlaya bilər. Lakin şirkətin ilkin səhmlərin ictimai təklifi (IPO) sənədlərində belə sistemin yaradılması xərcləri barədə qiymətləndirmə yer almır.

Sənəddə xüsusi diqqət çəkən xəbərdarlıq da qeyd olunub:

"Layihə əhəmiyyətli texniki mürəkkəbliklə əlaqədardır, sınaqdan keçirilməmiş texnologiyalardan istifadəni nəzərdə tutur və hazırda mövcud olmayan və ya ciddi təkmilləşdirmə tələb edən texnologiyalara əsaslanır. Buna görə də təşəbbüslərin kommersiya baxımından səmərəli olacağına zəmanət yoxdur".

Şirkətin hüquqşünasları bu ifadəni potensial risklərlə bağlı rəsmi xəbərdarlıq kimi daxil ediblər.

Okeanda yerləşən data mərkəzləri

Oreqon ştatının Portlend şəhərində fəaliyyət göstərən "Panthalassa” startapı İlon Maskın uzunmüddətli biznes tərəfdaşı Piter Til və Silikon Vadisinin bir sıra vençur investorları tərəfindən dəstəklənir.

Şirkət son on ildə açıq okeanda fəaliyyət göstərə bilən üzən məlumat emalı mərkəzləri üzərində işləyib. Bu qurğular enerji ehtiyacını dalğa enerjisindən qarşılayır və eyni zamanda soyuq dəniz suyu ilə soyudulur.

Şirkətin məlumatına görə, ilk kommersiya obyektləri artıq 2027-ci ildə istifadəyə verilə bilər. Bu isə "SpaceX”in orbital data mərkəzləri layihəsindən bir il əvvəl baş verə bilər.

"Panthalassa”nın Vaşinqton ştatı sahillərində sınaqdan keçirdiyi "Ocean-2” prototipi ənənəvi data mərkəzindən daha çox dəniz sənaye qülləsini xatırladır. Qurğu 70 metr hündürlüyündə polad konstruksiyadan ibarətdir və onun böyük hissəsi suyun altında yerləşir.

Dalğaların təsiri ilə qüllə qalxıb-endikcə su yuxarı rezervuara daxil olur və daha sonra turbin vasitəsilə keçərək 1 meqavata qədər sabit elektrik enerjisi istehsal edir.

Növbəti il istifadəyə verilməsi planlaşdırılan qurğuda artıq süni intellekt modellərinin öyrədilməsi üçün çiplər və hesablama avadanlıqları quraşdırılır. Məlumatlar isə peyk vasitəsilə ötürüləcək ki, bu da Maskın "SpaceX” konsepsiyasına bənzəyir.

Okean data mərkəzləri ideyası yeni deyil. "Microsoft” uzun illər Şotlandiya sahillərində sualtı data mərkəzlərini sınaqdan keçirib və 2024-cü ildə bu tədqiqat proqramını başa çatdırıb. Çin də külək turbinləri ilə işləyən sualtı məlumat emalı mərkəzləri üzərində eksperimentlər aparır.

Bu layihələrdə okean əsasən soyutma mühiti kimi istifadə olunurdu. "Panthalassa” isə onu həm də enerji mənbəyi kimi qiymətləndirir.

Şirkətin baş direktoru və həmtəsisçisi Hart Şeldon-Kulson bildirib:

"Biz dayaz sahil zonalarında deyil, dalğa enerjisinin maksimum olduğu dərin sularda fəaliyyət göstəririk. Qurğularımız öz hərəkət imkanına malikdir və lazım gəldikdə yeni mövqeyə keçə bilir. Onlar dənizin dibinə heç bir şəkildə bağlanmayıb".

Kosmos, yoxsa okean?

Həm kosmik, həm də okean əsaslı data mərkəzlərinin arxasında eyni ideya dayanır — pulsuz və davamlı enerji mənbələrindən istifadə.

Kosmos variantında enerji mənbəyi orbitdəki günəş enerjisi olacaq, okean variantında isə Cənub okeanının dalğa enerjisi.

Mütəxəssis Şrepferin fikrincə, okean həllinin əsas üstünlüyü logistika ilə bağlıdır.

Açıq dənizdə avadanlıq yerləşdirmək çətin olsa da, onu orbitə çıxarmaq bundan qat-qat bahalıdır. Hazırda "SpaceX” bir raket buraxılışı üçün 90 milyon dollara qədər ödəniş tələb edir.

Şrepfer qeyd edib: "Bir ton avadanlığın okeana və kosmosa daşınma xərclərini müqayisə etsək, kosmosa çatdırılma təxminən yüz dəfə bahadır. Bu, bizim üçün xərc baxımından yüzqat üstünlük deməkdir. Hətta hesablamalarda on dəfə səhv etdiyimizi fərz etsək belə, yenə də iqtisadi baxımdan on dəfə daha sərfəli vəziyyətdəyik.”

"Panthalassa”nın digər iddialı layihəsi

Şirkət data mərkəzi modelinin uğurlu olacağı təqdirdə növbəti mərhələdə karbon emissiyası olmadan hidrogen və ammonyak istehsalını hədəfləyir.

Bu məqsədlə duzsuzlaşdırılmış dəniz suyu və su molekullarını hidrogen və oksigenə ayıran elektroliz qurğularından istifadə ediləcək.

Şeldon-Kulsonun fikrincə, bu üsulla "yaşıl” hidrogen istehsalı günəş enerjisi əsaslı analoji layihələrdən dəfələrlə ucuz başa gələcək.

"Biz son dərəcə aşağı enerji xərcləri ilə işləyirik. İstehsal etdiyimiz elektrik enerjisinin qiyməti təxminən hər kilovat-saat üçün 2 sentdir. Bundan əlavə, gücdən istifadə əmsalımız çox yüksəkdir və sistem vaxtın 90 faizindən çoxunda fəaliyyət göstərir”, deyə o bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://olke.az
archiveBu xəbər 21 İyun 2026 23:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see396

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see389

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see266

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see247

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see232

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see229

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see223

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see222

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see220

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see195

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see194

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see192

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see189

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see185

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see184

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see182

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see180

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see179

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri