Icma.az
close
up
RU
Daun sindromlu uşaqları necə inkişaf etdirmək olar Psixoloq məsləhəti

Daun sindromlu uşaqları necə inkişaf etdirmək olar Psixoloq məsləhəti

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

"Yaxşı olar ki, Daun sindromlu uşaq" ifadəsi əvəzinə "21-ci xromosomun trisomiyası" ifadəsindən istifadə edilsin. Daun sindromlu uşaqların valideynləri bədbinliyə qapılaraq onların gələcəyinə pessimist yanaşırlar. Əslində isə həmin uşaqlarla fiziki cəhətdən sağlam olanların psixologiyası arasında heç də ciddi fərq yoxdur”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.

Psixoloqun sözlərinə görə, ətraf mühitin və cəmiyyətin Daun sindromlu uşaqlara təsiri böyükdür: “1 yaşına qədər onların inkişafında sağlam uşaqlarla müqayisədə fərq olmasa da, əzələ tonusunun aşağı səviyyəsi üzə çıxır. Həmin uşaqların valideynləri onların psixologiyasındakı güclü cəhətləri üzə çıxararaq inkişaf etdirməyə çalşmalıdırlar. Uşaq hansısa işi təkbaşına görmək istəyəndə müsbət qarşılamaq lazımdır, çünki belə hallar onun inkişafına müsbət təsir göstərə bilər. Qeyd etmək lazımdır ki, həmin uşaqların göz yaddaşı çox iti olur. Daunlu uşaqlar çox vaxt xüsusi məktəblərə verilir, lakin onların normal zehni və fiziki inkişafa malik uşaqlarla ünsiyyətdə olması daha yaxşı olar və cəmiyyətə inteqrasiyasına kömək edər".

Y.Əsgərova qeyd edib ki, çox vaxt valideynlər uşaqlarında Daun sindromunun olduğunu gizlətməyə çalışır və ya bildirmək istəmirlər. “Onsuz da uşaqdakı qeyri-adiliyi görənlər istər-istəməz bu barədə soruşurlar. Ona görə ailəyə yaxın olanlar Daun sindromlu uşaqların valideynləri ilə söhbəti düzgün qurmağa çalışmalı, onları stressə sövq etməkdənsə, uşağın inkişafında irəliləyiş olacağına inam və ruh yüksəkliyi aşılamalıdırlar”, - deyə mütəxəssis söyləyib.

Daun sindromlu uşaq ailədə evin ən kiçiyi olanda valideynlər onun bacı və qardaşları ilə düzgün münasibət qurmağına çalışmalıdırlar. Buna erkən yaşda başlanılması və ailədəki digər uşaqlarla mütəmadi söhbətlər aparılması daha yaxşı nəticə verir. Psixoloq xüsusi qeyd edir ki, Daunlu uşaqlar da digər uşaqlar kimi öz potensialını inkişaf etdirməyi bacarırlar və bu sahədə onlara yardım göstərməyə dəyər.

“Daunlu uşaqların zehni inkişafına erkən dövrdən başlamaq və 4-5 yaşına qədər çox ciddi yanaşmaq lazımdır. Daunlu uşaqların sevgi, diqqət və fəal ünsiyyətə böyük ehtiyacı var, çünki digər uşaqlarla müqayisədə onlar valideynlərinə daha çox bağlı olurlar. Bunun başlıca səbəbi həmin uşaqların dostluq münasibətlərinə üstünlük vermələridir. Həmin uşaqların xüsusi dərnək, bölmə və məşğələlərdə iştirak etmələri çox faydalıdır. Burada onlar ümumbəşəri dəyərlər, azad və sərbəst inkişaf, vətəndaş tərbiyəsi, tolerantlıq, azadlıq və insan hüquqlarına hörmət öyrənirlər. Daunlu uşaqlara öz ad və soyadı ilə müraciət etmək lazımdır. Axı onlar uşaq olaraq qalmır, böyüyür və valideynlər də onların yaşlarına uyğun davranmalıdırlar", - deyə psixoloq söhbətə yekun vurub.

Afət Tahirqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Mart 2026 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see316

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see288

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see287

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see278

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see277

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see269

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see268

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see265

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see260

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see253

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see240

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see237

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see229

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see222

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see221

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see220

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see206

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see205

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri