Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Daun sindromunu hamiləlikdə yoxlayın Amniosentez nədir?

Daun sindromunu hamiləlikdə yoxlayın Amniosentez nədir?

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Daun sindromlu xəstələrdə xromosom dəstinin sayı 46 deyil, 47 olur. Artıq olan 1 xromosom qeyri-cinsi xromosomdur.

Bu xromosom dəsti ilə doğulanların psixi inkişafı kəskin zəif olur. Ananın yaşının çox olması Daun sindromlu uşaqların doğulması ehtimalını artırır. Yaşı 35-dən artıq olan qadınlarda körpələrin bu sindromla doğulma ehtimalı 10 dəfə, yaşı 40-dan artıq olan qadınlarda isə 25 dəfə artıqdır.

Müasir tibdə hamiləlik zamanı döldə Daun sindromunun olub-olmadığını təyin etmək üçün xüsusi "amniosentez" müayinəsi tətbiq olunur. Adətən bu müayinə "yaşlı" hamilə qadınlarda (35 yaşdan yuxarı) tətbiq olunur.

Amniosentez nədir? Nə üçün edilir?

Amniosentez hamiləliyin 16-20-ci həftələri arasında ananın qarnının münasib yerindən nazik bir iynə ilə dölün su kisəsinin içinə daxil olaraq, dölün olduğu mühitdən 15-20 cc amnion mayesi götürülməsinə verilən addır. Amniosentez də eynilə xorion xovların biopsiyası (CVS) kimi ultrasonoqrafiya ilə birgə edilir. Əsasən amniosentezin edilmə səbəbi döldə xromosom pozğunluğu riskinin yüksək olduğu hallar və ya mümkün bir genetik xəstəliyin aşkar edilməsidir. Ən çox səbəblər üçlü, dördlü testin nəticəsinin yüksək çıxması, ailədə daun sindromu və ya başqa xromosom pozğunluğu olması və ya təfsilatlı ultrasonoqrafiyada xromosom pozğunluğunu düşündürəcək simptomların aşkar olunmasıdır.

Ana bətnindəki dölün xromosom təyini (genetik diaqnoz) necə edilir? Etibarlılığı nə dərəcədədir?

Amniosentezlə götürülən amnion mayesindən hüceyrə kulturası edilərək, bu hüceyrələrdən döldəki xromosom nahiyələri tədqiq olunaraq, genetik xəstəliyin təyini (genetik diaqnoz) aparılır. Xromosom pozğunluqlarının xalq arasında ən çox məlum olanı daun sindromudur.
Tez-tez xromosom analizi ilə dölə aid xromosom quruluşu 99.5% etibarlılıqla müəyyən olunur və genetik diaqnoz 15-20 gün ərzində çıxır. Tez bir zaman ərzində nəticə alınmasını zəruri edən hallarda müəyyən xromosomlara aid nəticələrə FİSH və ya QF-PCR metodu ilə baxılaraq, genetik diaqnoz bir necə gündə qoyula bilir. FİSH və QF-PCR metodunun normal çıxıb, tam xromosom analizinin normal çıxmama ehtimalı olduqca azdır (1/1000-dən azdır). Çox nadir hallarda hüceyrə kulturasında material olmadığı hallarda ikinci bir cəhdə ehtiyac olur.

Amniosentezin riski nədir?

Amniosentez prosedurundan sonra ən çox rastlanan fəsadlar - infeksiya və su gəlməsidir. Əsasən, amniosentezdən sonra rast gəlinən düşüklər də bu iki səbəbdən asılı olaraq baş verir. Amniosentezdən sonra orta hesabla düşük nisbəti 200-300 prosedurdan birində ola bilər, təxminən 0,33-0,5% təşkil edir. Bu rəqəmlər təcrübəli mərkəzlər üçün etibarlıdır.  Öyrənmə mərhələsində və ya təcrübənin az olduğu amniosentez prosedurun nadir hallarda aparıldığı yerlərdə isə hamiləlik itki nisbətləri ən az 4-5 dəfə çoxdur.

Amniosentezin analoji metodlara görə mənfi cəhətləri hansılardır?

Amniosentezin, xromosom analizi üçün toxuma əldə etməyə dair metodlardan biri olan Xorion xovların biopsiyası (CVS) ilə müqayisədə ən mənfi cəhəti hamiləliyin daha sonrakı həftələrində (16-cı həftəsindən sonra) edilə bilməsidir. Xorion xovların biopsiyası (CVS)  isə hamiləliyin 9-10-cu həftəsindən etibarən edilir. Təəssüf ki, döldəki xromosom xəstəliklərinin bir çoxunun hazırda müalicəsi yoxdur. Bilavasitə amniosentez və ya CVS nəticəsində döldə xromosom pozğunluğu aşkar edilərsə, xromosom pozğunluğunun tipinə görə, ailənin də istəyi çərçivəsində mövcud hamiləlik başa çatdırılmalıdır.  Hamiləliyin başa çatdırılması zəruri olan hallarda amniosentez edilən xəstələrdə hamiləliyi başa çatdırma prosesi hamiləliyin 20-ci həftəsinə (5 aylıq hamiləlik) qədər uzana bilir. Xorion xovların nümunələməsində (CVS) isə tez nəticə əldə etmə metodları də tətbiq olunduğu təqdirdə hamiləlik hələ 10-13 həftə olarkən (2.5 aylıq hamiləlik)  daha asan və az təhlükəli olan abortla başa çatdırılır. Halbuki amniosentezdən sonra 16-20-ci həftələrdə (4-5 aylıq hamiləlikdə) hamiləliyin başa çatdırılması abort olmayıb, erkən uşaqsalmaya səbəb olaraq edilir. Bu da aborta görə daha çətindir və hamilə ana üçün çox risk daşıyır.

Amniosentez proseduru çətindirmi?

Amniosentez prosedurunda hiss ediləcək ağrı sadə bir iynə inyeksiyasından fərqli deyil. Amniosentez proseduru əməliyyat otağında aparılmayan təxminən 10-15 dəqiqə çəkən bir prosedurdur. Sterilizasiya üçün prosedurdan əvvəl antibakterial bir vasitə ilə prosedur aparılacaq nahiyənin təmizlənməsi kifayətdir. Müdaxilə ediləcək nahiyəyə anesteziya məqsədi ilə ikinci bir iynə vurmaq əhəmiyyətsizdir.

Amniosentez ən tez nə vaxt edilə bilər?

Amniosentez ən tez hamiləliyin 16-cı həftəsində edilə bilər. Texniki olaraq daha erkən həftələrdə edilməsi mümkün olsa da, erkən həftələrdə edilən amniosentezlərdə düşük riski nisbətləri 4-5%-ə çatdığı üçün hamiləliyin 16-cı həftəsindən əvvəl edilməsi məsləhət görülmür. Normal yoxlamada da hamiləliyin 16-cı həftəsindən etibarən (hamiləliyin 16-20 həftələri arasında) edilir.

Amniosentez əkiz hamiləliklərdə də edilə bilərmi?

Amniosentez çoxdöllü hamiləliklərdə də (əkiz hamiləlik, üçəm hamiləliyi)  tətbiq oluna bilir. Əkiz hamiləliklərində yalnız bir amniosentez iynəsi ilə ilk dölün su kisəsinə daxil olaraq nümunə götürülməsindən sonra döllər arasındakı membrandan keçilərək, digər dölün amnion mayesindən də nümunə götürülə bilər. Bir iynə müdaxiləsi ilə iki dölün amnion mayesindən də nümunə götürülməsi (edilən iynə mayesinin azalması)  amniosentezdən sonra baş verə biləcək mümkün problemləri (düşük, infeksiya və s.) azaldacaqdır.

Amniosentezdən əvvəl nələr etməliyəm?

Amniosentezdən əvvəl xüsusi bir hazırlığa ehtiyac yoxdur. Lakin amniosentez görüşünə gəlməzdən əvvəl qan qrupunuzu və Hepatit B daşıma vəziyyətinizi bildiyinizdən əmin olun. Qan uyğunsuzluğu (Rh) olan cütlüklərdə müdaxilədən sonra 72 saat ərzində hamilə analığa namizədə Anti-D immunoqlobulin (Rhogam) (qan uyğunsuzluğu iynəsi) vurulması tövsiyə edilir.

Turab Canbaxışov,

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının ikinci mama-ginekologiya şöbəsinin müdiri

Aile.lent.az

.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 22:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see392

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see306

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see261

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see239

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see233

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see232

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

03 Sentyabr 2026 10:37see231

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see229

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see226

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see224

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see224

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see218

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see216

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see215

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see204

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see203

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see199

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see191

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

03 Sentyabr 2026 15:18see165

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri