Icma.az
close
up
RU
“Dayaq” Sosial Maarifləndirmə İctimai Birliyi Yasamalda sosial siyasət mövzusunda tədbir keçirib

“Dayaq” Sosial Maarifləndirmə İctimai Birliyi Yasamalda sosial siyasət mövzusunda tədbir keçirib

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Dayaq” Sosial Maarifləndirmə İB-inin Yasamalda keçirdiyi tədbir:
May ayının 29-da “Dayaq” Sosial Maarifləndirmə İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sosial siyasətdə ictimai təşəbbüslər” layihəsi çərçivəsində Yasamal rayonunda 2 Nömrəli Bakı Baza Tibb kollecində tədbir keçirib. Tədbirdə “Dayaq” Sosial Maarifləndirmə İB-inin sədri Hicran Əliməmmədova, layihənin eksperti Gövhər Quliyeva, Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi Xəqani Orucov, Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi Cavid Şıxaliyev, 2 nömrəli Bakı Baza Tibb kollecində YAP-ın sədiri, qiymətləndirmə monitorinq bölməsinin rəhbəri Gülər Quluzadə, kollecin müəllim və tələbələri iştirak ediblər. Tədbirdə Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra vətən uğrunda canından keçmiş vətən oğullarını bir dəqiqəlik sükutla yad edilib.
İB-in sədri Hicran Əliməmmədova çıxış edərək, icrasına başlanan layihənin əsas məqsədi və layihədə nəzərdə tutulan tətbirlər barəsində tələbələrə məlumat verib. Daha sonra 2 nömrəli Bakı Baza Tibb Kollecinin nümayəndəsi Gülər Quluzadə tələbələrə mövzu üzrə tələbələrə sosial yardımla bağlı vətəndaşların problemləri, özünəməşğul proqramlar vasitəsi ilə bu yönümdə qarşıda olan problemləri həlli istiqamətində məlumat verib, eyni zamanda belə bir layihələrin keçirilməsini yüksək qiymətləndirib. Tədbirin gedişatında çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi Cavid Şıxaliyev sosial siyasət haqqında məlumat verib. Sosial yardımın əsas məqsədi cəmiyyətin həssas və aztəminatlı qruplarını maddi dəstək və sosial müdafiəsi üzrə təmin etməkdir. Bu yöndə gəncləri sosial sahədə ehtiyacı olan vətəndaşlara xidmət göstərmək, aztəminatlı ailələrin sosial təminatını yaxşılaşdırılması və sosial müdafiə tədbirləri ilə əhatə olunmasıdır. Cənab Prezident İlham Əliyevin tapşırığı ilə özünəməşğulluq proqramı mühüm sosial-iqtisadi üçün əhəmiyyət daşıyır. Bu məqsədlə aztəminatlı ailələr üçün geniş sosial yardım və məşğulluq proqramları həyata keçirilir. Daha sonra layihə haqqında məlumat vermək üçün layihənin eksperti Gövhər Quliyevaya söz verilib, Layihənin həyata keçirilməsinin əsas məqsədi, sosial sahədə fəal iştirak etmək istəyən tələbələri geniş məlumatlandırıb. Hökümətin həyata keçirdiyi sosial siyasətdə, ictimai rolun artırılmasından ibarətdir. Gənclər könüllü olaraq daha geniş miqyasda təbliğatını aparmaq, gənclər cəmiyyətin elmi, mədəni və sosial həyatında iştiraka və könüllü fəaliyyətlərə həvəsləndirməkdən ibarətdir. Tədbirin sonunda tələbələri maraqlandıran sualları cavablandırılıb. Tələbələrə tədbirin əvvəlində dəftərxana ləvazimatları paylanılıb. Tədbirin sonunda layihənin nümayəndə heyəti, kolecin müəllim və tələbələri ilə birlikdə xatirə şəkli çəkilmişdir.
Qeyd edək ki, layihənin məqsədi sosial problemlərinin öyrənilməsi, sosial-iqtisadi sahədə problemlərin aidiyyatı qurumların diqqətinə çatdırılması prosesində vətəndaş cəmiyyətinin rolunun artırılmasından ibarətdir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 31 May 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri