Icma.az
close
up
RU
Davamlı inkişaf məqsədləri uğurla icra olunur

Davamlı inkişaf məqsədləri uğurla icra olunur

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibə, dövlətimizin 2024-cü ildə əldə etdiyi nailiyyətləri və ölkənin inkişafına yönəlmiş yeni strategiyaları əks etdirir. Dövlətimizin başçısı müsahibədə, iqisadiyyatdan tutmuş, sosial sahəyə, xarici siyasətə, ordu quruculuğuna, təhlükəsizlik sisteminə, nəqliyyət-logistika, transmilli layihələrə, enerji təhlükəsizliyi,alternativ və bərpa olunan energetika sferasına, Ermənistanla sülh müqaviləsinin imzalanmasına, qlobal güclərin regiona təsirlərinə, azad olunmuş ərazilərdə həyata keçirilən infrastruktura layihələrinə əksər mövzulara toxunuldu.

Prezident İlham Əliyevin müsahibədə toxunduğu digər mühüm məqam son illər ərzində həyata keçirilən islahatlar Azərbaycanın dayanıqlı inkişafını təmin edib. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və sosial layihələrin icrası əsas prioritetlər kimi vurğulanıb. Prezident bildirib ki, əhalinin rifah halının yaxşılaşdırılması dövlət siyasətinin mərkəzində dayanır.
Ölkə başçısı müsahibəsində sosial məsələnin həmişə siyasətimizin ana xəttini müəyyən edən istiqamət olduğunu bir daha vurğulayıb: "Mən uzun illərdir deyirəm və bunu əməli işlərdə də biz görürük ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu, sadəcə olaraq, şüar deyil. Bizim bütün siyasətimiz həm sosialyönümlüdür, həm də ki, investisiyayönümlüdür. Hər ikisi arasında çox həssas balans, tarazlıq olmalıdır. Əgər olmasa, onda heç bir ölkə uğur qazana bilməz, bu birincisi. İkincisi, həmişə çalışmışam və bu gün də çalışıram populizmdən uzaq olum və mümkün olmayan vədləri verməyim. Mümkün olan inkişafla bağlı Azərbaycan ictimaiyyətini müntəzəm olaraq məlumatlandırıram. Əgər son 20 ilin statistikasına baxsaq, təkcə onu demək kifayətdir ki, minimum əməkhaqqı Azərbaycanda 40 dəfədən çox artıb. Düzdür, ilkin baza çox aşağı idi, amma bu artım da əldə edilmiş vəsait hesabına mümkün olmuşdur".
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində insanların sosial rifah halının durmadan yaxşılaşır. Xüsusilə şəhid ailələrinə və ərazi bütövlüyümüzün təmin olunması uğrunda sağlamlıqlarını itirənlərə, həmçinin aztəminatlı ailələrin problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır.Dünya iqtisadiyyatına uğurla inteqrasiya edən və yüksək beynəlxalq nüfuza malik olan Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir. Ölkəmizin davamlı inkişafından, iqtisadi potensialın mütəmadi surətdə genişlənməsindən bütün respublika boyu sosial infrastruktur yaradılması, insanların həyat şəraitinin daha da yaxşılaşdırılması, maddi təminatlarının möhkəmləndirilməsi məqsədilə səmərəli şəkildə istifadə olunur. Ümumiyyətlə, sosial sahədə ardıcıl olaraq həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının daha da yaxşılaşdırılması, vətəndaşların hərtərəfli qayğı ilə əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir.
Prezident İlham Əliyevin yerli telekanallara verdiyi müsahibələrin hər biri ictimai-siyasi baxımdan olduqca əhəmiyyətli hadisədir. Xüsusilə, mövcud qlobal çağırışlara müvafiq olaraq, qarşıda duran problemlərin həlli istiqamətində dövlətin apardığı siyasətin bütün aspektlərinə bilavasitə ölkə başçısı tərəfindən aydınlıq gətirilməsi son dərəcə əhəmiyyətlidir. Bütün bu deyilənlər Azərbaycan Prezidentinin qətiyyətinin, cəsarətinin, onun aydın və səlis siyasətinin təcəssümüdür. Ümumiyyətlə, cənab İlham Əliyevin son müsahibəsi yeni dövrün konturları və yeni dövrə qədəm qoyan Azərbaycanın müasir mövqeyi haqda aydın fikir formalaşdırdı. Qətiyyətlə demək olar ki, bu gün ölkəmiz Cənab Prezidentin rəhbərliyi altında bütün sahələrdə öz intibahını yaşamaqdadır. Dövlətimizin başçısının məhz uğurlu siyasətinin nəticəsi olaraq ölkəmiz dünya dövlətləri içərisində inkişaf yolunda inamla addımlamaqdadır. Həm iqtisadi, həm sosial sahədə olan böyük irəliləyiş, əhalinin maddi rifahının yüksəldilməsi güclü dövlətin əsas göstəriciləridir. Dayanıqlı inkişafın təmin edilməsi, qeyri-neft sektorunun əvvəlki illərlə müqayisədə daha da inkişaf etdirilməsi məhz bu güc və tərəqqinin nəticəsidir.

Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Yanvar 2026 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri