Icma.az
close
up
RU
Davamlı inkişaf modeli

Davamlı inkişaf modeli

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bir dövlətin tarixində elə anlar olur ki, orada liderin şəxsiyyəti xalqın taleyi ilə tamamilə vəhdət təşkil edir. Azərbaycan vətəndaşı olaraq geriyə dönüb son iyirmi ilə nəzər saldıqda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyini təkcə bir siyasi idarəçilik dövrü deyil, həm də xalqın sınmış qürurunun bərpası və milli özünəinamın intibahı kimi görürük. Bu fəaliyyət proqramı, hər bir azərbaycanlının həyatına toxunan bir neçə təməl sütun üzərində qurulub.

Azərbaycan Respublikasının müasir inkişaf mərhələsi güclü dövlətçilik ənənələri, ardıcıl siyasi kurs və milli maraqlara əsaslanan idarəetmə modeli ilə səciyyələnir. Bu inkişafın mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çoxşaxəli və sistemli fəaliyyəti dayanır. Onun rəhbərliyi dövründə Azərbaycan daxili siyasi sabitliyini möhkəmləndirmiş, iqtisadi müstəqilliyini təmin etmiş, beynəlxalq münasibətlər sistemində etibarlı və prinsipial tərəfdaş kimi mövqeyini daha da gücləndirmişdir.
Prezident İlham Əliyevin fəaliyyəti müasir Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, milli maraqların qorunmasına və ölkənin uzunmüddətli inkişaf strategiyasının uğurla həyata keçirilməsinə xidmət edir. Vətəndaş üçün ən böyük nemət daxili sabitlikdir. Qlobal dünyada xaosun, müharibələrin və dövlətlərin iflasının yaşandığı bir dövrdə Azərbaycanın "sabitlik adası" kimi qalması təsadüfi deyil. Bu sabitlik təkcə daxili asayişin qorunması deyil, Prezident İlham Əliyevin son 22 ildə həyata keçirdiyi uzaqgörən dövlətçilik kursunun, xalq-iqtidar birliyinin və sarsılmaz milli iradənin məntiqi nəticəsidir. 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi bu sabitliyin hüquqi və siyasi zirvəsini təşkil edir
Cənab İlham Əliyevin prezidentlik dövrü Ümummilli Lider Heydər Əliyevin siyasi varislik xəttinin uğurla davam etdirilməsi ilə səciyyələnir. Bu kurs daxili sabitliyi təhdid edə biləcək bütün riskləri – istər xarici təzyiqlər, istərsə də daxili parçalanma cəhdləri olsun – neytrallaşdırmağa nail olmuşdur. 2024-cü ilin fevralında keçirilən prezident seçkilərində xalqın mütləq dəstəyi bir daha təsdiqlədi ki, Azərbaycandakı siyasi sabitlik süni xarakter daşımır, xalqın öz liderinə olan inamına söykənir.
Prezidentin siyasi sabitliyi qorumaq metodlarından biri də cəmiyyətdə barışıq və humanizm mühitini təmin etməkdir. 2025-ci ilin dekabrında imzalanan genişmiqyaslı amnistiya aktı və əfv sərəncamları dövlətin gücünü deyil, humanist mahiyyətini nümayiş etdirir. Bu addımlar dövlət-vətəndaş münasibətlərini daha da sıxlaşdırır və radikal meyllərin qarşısını alır.
Prezident İlham Əliyevin iqtisadi siyasəti rasional və uzunmüddətli strateji yanaşmaya əsaslanır. Neft gəlirlərinin səmərəli idarə olunması və qeyri-neft sektorunun inkişafı iqtisadi siyasətin əsas istiqamətlərini təşkil edir. Bu məqsədlə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları qəbul edilmiş və ardıcıl şəkildə icra olunmuşdur.
Həyata keçirilən infrastruktur layihələri nəticəsində ölkənin bütün bölgələrində yol, elektrik, qaz, su və rabitə təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır. Enerji sahəsində reallaşdırılan beynəlxalq layihələr Azərbaycanın regional və qlobal enerji təhlükəsizliyində mühüm rolunu təmin etmişdir.
Azərbaycanın dinamik iqtisadi inkişafı və artan maliyyə imkanları Prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaş məmnuniyyətinə, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edir. Yeni sosial islahatlar paketi bir daha təsdiqləyir ki, Azərbaycan dövlətinin siyasətinin mərkəzində ölkə vətəndaşı və onun rifahı dayanır.
Müasir Azərbaycan dövlətçiliyinin ən mühüm prinsiplərindən biri güclü iqtisadiyyatın sosial rifahla vəhdət təşkil etməsidir. Dövlət başçısı İlham Əliyevin müəllifi olduğu sosial inkişaf strategiyası ölkəmizi postsovet məkanında və regionda ən qabaqcıl sosial dövlətlərdən birinə çevirib. Xüsusilə son illərin qlobal iqtisadi çağırışları fonunda Azərbaycanın sosial proqramların icrasını nəinki dayandırmaması, əksinə, daha da genişləndirməsi milli inkişaf modelimizin dayanıqlılığının göstəricisidir.
Xüsusilə qeyd etmək lazımdır ki, şəhid ailələri, müharibə əlilləri və qazilərin sosial təminatı Prezidentin diqqət mərkəzindədir. Minlərlə ailə yeni mənzillərlə təmin olunmuş, reabilitasiya və sosial xidmət infrastrukturu genişləndirilmişdir. Bu siyasət dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsinə xidmət edir.
Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətinin ən mühüm mərhələsi Qarabağ məsələsinin həlli ilə bağlıdır. Hər bir azərbaycanlı vətəndaşın daxilində 30 illik bir nisgil var idi – Qarabağ dərdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin fəaliyyətinin ən möhtəşəm hissələrindən biri də məhz bu dərdi qələbə sevinci ilə əvəzləməsi oldu. O, illərlə səbir göstərdi, ordunu addım-addım hazırladı, beynəlxalq arenada Azərbaycanın haqlı səsini çatdırdı. 2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandanın xalqa müraciətləri hər birimizi bir yumruq kimi birləşdirdi. O, təkcə torpaqları azad etmədi, həm də bizim başımızı dik tutmağımızı təmin etdi. Bu gün Şuşada ucalan bayrağımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin milli qürur siyasətinin ən ali nöqtəsidir.
Qələbədən sonra azad edilmiş ərazilərin bərpası və yenidən qurulması dövlət siyasətinin əsas prioritetinə çevrilmişdir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı tikinti və infrastruktur layihələri uzunmüddətli inkişaf strategiyasına əsaslanır. Bu gün biz “Böyük Qayıdış”ın şahidləriyik. Dağıdılmış şəhərlərin yerində yüksələn "ağıllı" kəndlər, Qarabağın səmasında uçan təyyarələr dövlətimizin iqtisadi gücünün və prezidentin yaradıcı ruhunun simvoludur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan artıq müdafiə olunan tərəf deyil, diktə edən və regionun gələcəyini müəyyənləşdirən tərəfdir.

Seyfəddin Əliyev
YAP Masallı rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Dekabr 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1064

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see378

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see377

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see342

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see240

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see235

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see220

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see218

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see204

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see199

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see197

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see195

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see188

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see187

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see179

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see177

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see172

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see171

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see168

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri