Icma.az
close
up
RU
Davamlı sülhün təməli etimaddır MƏQALƏ

Davamlı sülhün təməli etimaddır MƏQALƏ

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 18 sentyabr, AZƏRTAC

Azərbaycan ilə Ermənistan arasında sülh və normallaşma istiqamətində müəyyən irəliləyişlərin olduğu bir vaxtda son günlərdə Ermənistandakı bəzi mürtəce ünsürlər tərəfindən qarşılıqlı etimadı zəiflədən bəyanat və addımlar narahatlıq doğurur. Bu ölkənin hakimiyyət dairələrinin bu məsələyə münasibəti isə qəbuledilməzdir.

Bu fikirlər Qərbi Azərbaycan İcması Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzovun “Sülhə gedən yol qarşılıqlı etimaddan və tarixi yaddaşın qorunmasından keçir” adlı məqaləsində yer alıb.

AZƏRTAC məqaləni təqdim edir.

“Azərbaycan və Ermənistan arasında ötən il avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyannamədə münasibətlərin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında qurulmasının vacibliyi vurğulanıb. Eyni görüş çərçivəsində sülh sazişinin razılaşdırılmış mətninin paraflanması da münasibətlərin yeni mərhələyə keçməsi baxımından mühüm hadisə idi. Əsas məsələ isə həmin siyasi iradənin gündəlik münasibətlərdə özünü necə göstərəcəyidir. Çünki sülhün ən böyük sınağı bəzən böyük sammitlərdə deyil, adi görünən hadisələrdə üzə çıxır. İndi bu prinsiplərin real münasibətlərə çevrilməsi lazımdır. Bunun üçün isə yalnız hökumətlərin deyil, cəmiyyətlərin də yeni dilə ehtiyacı var.

Düşmənçilik dili asandır. O, emosiyaya söykənir və çox vaxt insanlardan düşünməyi tələb etmir. Sülh dili isə çətindir. Çünki məsuliyyət tələb edir. Bu baxımdan, Azərbaycanın öz ərazisində diplomatik nümayəndələrin səfərinə Ermənistan cəmiyyətində etiraz edilməsi sülh və qarşılıqlı etimadın yaranmasına nəinki kömək etmir, əksinə, ölkəmizin daxili işlərinə qarışmaqdan başqa bir şey deyil.

Rəhbərliyində təmsil olunduğum Qərbi Azərbaycan İcması uzun illərdir Ermənistan ərazisində Azərbaycan xalqının tarixi-mədəni irsinin vəziyyəti ilə bağlı narahatlığını beynəlxalq platformalarda ifadə edir. Biz həmişə Ermənistan tərəfinə anlatmağa çalışmışıq ki, bu məsələlər ittiham mövzusuna deyil, obyektiv araşdırma və mədəni irsin qorunması məsələsinə çevrilməlidir.

İnsanların öz doğma yaşayış məskənləri ilə bağlı xatirələrinin, ailə tarixlərinin, qəbiristanlıqlarının, məktəblərinin, məscidlərinin və digər izlərin araşdırılması düşmənçiliyin davam etdirilməsi kimi təqdim edilməməlidir. Amma burada da bir həqiqəti unutmaq olmaz: tarixi yaddaş siyasi məqsədlər üçün nə qədər çox alətə çevrilərsə, onun elmi dəyəri bir o qədər zədələnir. Ona görə Qərbi Azərbaycanla bağlı araşdırmalar sənədləşdirilməli, arxiv materialları sistemləşdirilməli, yaşayış məntəqələrinin tarixi obyektiv mənbələr əsasında öyrənilməli və insanların hüquqları beynəlxalq hüququn prinsipləri çərçivəsində müzakirə edilməlidir. Bu yanaşma həm yaddaşı qoruyur, həm də gələcək nəsillərin qarşısında məsuliyyətimizi artırır.

Keçmişi unutmaq mümkün deyil. Amma keçmişin gələcəyin qarşısında daimi maneəyə çevrilməsinin qarşısını almaq mümkündür. Biz tariximizi bilməliyik. Ancaq uşaqlarımıza yalnız münaqişəni miras qoymamalıyıq. Erməni millətçiləri nəhayət anlamalıdırlar ki, sülh qarşı tərəfin hər fikrini qəbul etmək deyil. Sülh qarşı tərəfin mövcudluğunu, hüquqlarını və suverenliyini nəzərə alaraq fikir ayrılıqlarını müharibəsiz həll etmək mədəniyyətidir.

Sülh yalnız sənəd imzalamaq deyil. Sülh qarşı tərəfin suverenliyinə hörmət etmək, tarixi məsələlərə obyektiv yanaşmaq və qarşılıqlı etimadı qorumaqdır. Ona görə də sülh prosesində sözlərin çəkisi böyükdür. Bəzən bir cümlə aylarla qurulan diplomatik etimadı zəiflədə bilər. Eyni şəkildə, ölçülü və məsuliyyətli bir yanaşma gərginliyi aradan qaldıra bilər. Dünya təcrübəsi göstərir ki, davamlı sülh yalnız qarşılıqlı hörmət, məsuliyyət və etimad üzərində mümkündür.

Azərbaycan öz tarixini, suverenliyini və ərazi bütövlüyünü müdafiə etməklə yanaşı, regionda uzunmüddətli sabitliyin yaranmasında da maraqlıdır. Ermənistanla münasibətlərin normallaşması da yalnız iki dövlət arasında münasibətlərin dəyişməsi deyil, bütövlükdə regionun gələcəyinə təsir edən prosesdir. Bu prosesin qarşısında ən böyük məsuliyyət isə keçmişin ağırlığını gələcəyə daşımaqla, gələcəyin imkanlarını keçmişə qurban verməmək arasında düzgün tarazlıq yaratmaqdır. Erməni ictimaiyyəti qəbul etməlidir ki, əgər biz həqiqətən yeni bir səhifə açmaq istəyiriksə, həmin səhifəni köhnə nifrətin dili ilə yazmamalıyıq. Ən əsası isə sülhü yalnız siyasi məqsəd deyil, gələcək nəsillər qarşısında məsuliyyət kimi qəbul etmək mümkündür. Çünki davamlı sülhün təməli yalnız razılaşmalar deyil. Onun təməli etimaddır. Etimadın təməli isə qarşılıqlı hörmət.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Sentyabr 2026 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri