Icma.az
close
up
RU
Konstitusiya və suverenlik dövlətin davamlı inkişafının ilkin və əsas şərtidir məqalə

Konstitusiya və suverenlik dövlətin davamlı inkişafının ilkin və əsas şərtidir məqalə

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 28 aprel, AZƏRTAC

Azərbaycan Respublikası Konstitusiyasının bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, Prezident İlham Əliyevin 2024-cu il 28 dekabr tarixli Sərəncamına əsasən 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilib və 2025-ci il 11 fevral tarixli Sərəncamla “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilib. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk Konstitusiyasıdır. Bu Konstitusiya 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib və noyabrın 27-də qüvvəyə minib. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı ildən başlayaraq hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Bakı Dövlət Universitetinin professoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadənin “Konstitusiya və suverenlik dövlətin davamlı inkişafının ilkin və əsas şərtidir” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Konstitusiyanın Preambulasında Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi ülvi niyyətlər bəyan edilib.

Ötən 30 ildə dünyada baş verən hadisələr, cəmiyyətin inkişafı və yeni dövrün tələblərinə uyğun olaraq Konstitusiyada bir neçə dəfə dəyişiklik və əlavələr edilməsi zərurəti yaranıb. Bununla əlaqədar olaraq 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də, 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumlar əsasında Konstitusiyaya bir sıra əlavə və dəyişikliklər edilib ki, bu da onun məzmununun mühüm əhəmiyyətə malik olan yeni müddəalarla zənginləşməsinə, ölkəmizin hüquq sisteminin təkmilləşdirilməsinə səbəb olub və müstəqil Azərbaycan Respublikasının qısa müddətdə demokratik, hüquqi və dünyəvi dövlət kimi formalaşmasına hüquqi əsas yaradıb.

Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümum-Azərbaycan Sovetlər Qurultayında, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də IV Ümum-Azərbaycan Sovetlər Qurultayında qəbul olunub. 1927-ci il martın 26-da V Ümum-Azərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiq edilib. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar 1937-ci il martın 14-də IX Ümum-Azərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycan SSR-in yeni Konstitusiyası qüvvəyə minib. Azərbaycan SSR-in dördüncü konstitusiyası 1977-ci il SSRİ Konstitusiyası əsasında 1978-ci il aprelin 21-də Azərbaycan SSR Ali Sovetinin növbədənkənar yeddinci sessiyasında qəbul olunub. Bu Konstitusiyanın hazırlanması və qəbulu o zaman Azərbaycana rəhbərlik edən Heydər Əliyevin iştirakı ilə həyata keçirilib. SSRİ Konstitusiyasına uyğunlaşdırılmasına baxmayaraq, 11 bölmə, 22 fəsil və 185 maddədən ibarət olan bu Konstitusiya əvvəlkilərdən fərqli olaraq öz müsbət və həmin dövr üçün cəsarətli, mütərəqqi müddəaları ilə seçilirdi. Bu Konstitusiyanın “Dövlət və şəxsiyyət” adlanan ikinci bölməsi vətəndaşların hüquq və azadlıqlarının genişləndirilməsi, onların yeni məzmunla və əlavə maddi, hüquqi təminatlarla zənginləşdirilməsi ilə səciyyələnirdi. Ölkəmizin konstitusiya tarixində ilk dəfə olaraq bu Konstitusiyada “xalq hakimiyyəti” və “demokratiya” terminləri işlədilmiş, Azərbaycan SSR-də bütün hakimiyyətin xalqa məxsusluğu qeyd edilmiş, xalq hakimiyyətinin bilavasitə demokratiya institutu olan referendum düzgün olaraq ümumxalq səsverməsi kimi təsbit edilmişdi.

1978-ci ildə qəbul edilmiş Konstitusiyanın əsas müsbət cəhətlərindən biri də Ulu Öndərin qətiyyəti və cəsarəti hesabına Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasıdır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri idi. Mübaliğəsiz demək olar ki, məhz bunun sayəsində gələcək müstəqil dövlətçiliyimizin milli rəmzlərindən biri olan ana dilimizin qorunması və inkişafına zəmin yarandı.

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi barədə Sərəncamda qeyd edildiyi kimi: “Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır”.

Media orqanlarında dəfələrlə qeyd edildiyi kimi, Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı növbəti böyük xidmətlərindən biridir. Preambula, 5 bölmə, 12 fəsil, 158 maddə və keçid müddəalarından ibarət olan bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi bir sənəddir.

Məhz bunun nəticəsində keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycanın Konstitusiyasında insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması dövlətin ali məqsədi kimi bəyan edildi. Hakimiyyət bölgüsünün əsas prinsipləri müəyyənləşdirildi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsi qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoyuldu. Təsadüfi deyil ki, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir.

Qürurverici haldır ki, Azərbaycan dövlətinin 44 günlük Vətən müharibəsində inamlı Qələbəsi və 2023-cü ilin sentyabr ayının 19-20-də 24 saatdan da az bir müddətdə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu, Konstitusiyada təsbit edilmiş hüquqların işğaldan azad edilmiş bütün torpaqlarımız da daxil olmaqla Azərbaycanın bütün ərazilərində tam şəkildə bərpası üçün real zəmin yarandı. 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilib.

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsini xalqımız xoş ovqat və böyük sevinclə qarşılayır. Çünki hər kəs bilir ki, müstəqilliklə yanaşı Konstitusiya və suverenlik hər bir dövlətin mövcudluğunun və davamlı inkişafının ilkin və əsas şərtlərindən biridir.

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ölkəmizin təhsil sistemi, o cümlədən ən qədim və ən böyük ali təhsil müəssisəsi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məzunu olduğu və “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırdığı Bakı Dövlət Universitetinin də qarşısında mühüm vəzifələr qoyur. Bu vəzifələrin müəyyən edilərək vaxtında və operativ həll edilməsi məqsədilə BDU-nun Elmi şurasında geniş müzakirələr aparılıb, “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı BDU-nun Tədbirlər planı” hazırlanıb. Tədbirlər planında il ərzində BDU-da, BDU-nun nəzdindəki “Gənc istedadlar” liseyində, İqtisadiyyat və Humanitar Kollecdə və BDU-nun Qazax filialında “Konstitusiya və Suverenlik İli”nə həsr olunan silsilə tədbirlərin təşkili və həyata keçirilməsi nəzərdə tutulub. Ötən aylar ərzində artıq bu tədbirlərin bir neçəsi uğurla həyata keçirilib və bu missiya ilin sonunadək davam etdiriləcək.

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi barədə Sərəncamda qeyd edildiyi kimi: “Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir”. Bu yolda hər bir Azərbaycan vətəndaşına və bütün dünya azərbaycanlılarına uğurlar diləyirəm.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Aprel 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see286

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see277

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see185

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see152

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see146

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see145

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see142

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri