Qafqaz Albaniyası ilə bağlı seminar keçirilib Fotolar
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2026-cı il sentyabrın 18-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində “Qafqaz Albaniyası haqqında Həsən Həsənovun “Azərbaycan Tarixi Coğrafi Atlas”ından çıxarışlar” mövzusunda seminar keçirilib.
“Qafqazinfo” xəbər verir ki, “Azərbaycan - tarixi-coğrafi atlas” kitabının müəllifi, tarix elmləri doktoru, Azərbaycanın tanınmış dövlət xadimi Həsən Həsənov bildirib ki, Azərbaycanın tarixi irsinin öyrənilməsi yalnız keçmişin araşdırılması deyil, milli yaddaşın qorunması və gələcək nəsillərə çatdırılması baxımından da mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev Qafqaz Albaniyasına aid tarixi abidələrin Azərbaycanın mədəni sərvəti olduğunu və onların dövlət tərəfindən qorunduğunu dəfələrlə qeyd edib.
Diqqətə çatdırılıb ki, Qafqaz Albaniyası dövrünə aid dini-mədəni abidələr Azərbaycanın milli və tarixi sərvətinin ayrılmaz hissəsidir. Azərbaycanın qədim tarixi ölkənin müxtəlif dinlərin və mədəniyyətlərin qovuşduğu məkan kimi formalaşmış mühüm rolunu nümayiş etdirir.
Seminarda vurğulanıb ki, tarixi xəritələr yalnız coğrafi məkanları göstərən materiallar deyil, eyni zamanda müxtəlif dövrlərdə dövlətçilik, siyasi hakimiyyət, etnosiyasi proseslər və ərazi dəyişikliklərinin daha aydın anlaşılmasına imkan verən mühüm elmi mənbələrdir.
Seminarda tədqiqatçı-alim Həsən Həsənov QHT-lərin, jurnalistlərin, bloger və influenserlərin suallarını cavablandırıb.




Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 18 Sentyabr 2026 21:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















