Icma.az
close
up
RU
“Davos Forumunda əsas diqqət Trampın siyasətinə yönələcək” ŞƏRH

“Davos Forumunda əsas diqqət Trampın siyasətinə yönələcək” ŞƏRH

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Yanvarın 19–23-də dünyanın siyasi və iqtisadi elitası, maliyyə və texnologiya sahəsinin nəhəngləri Davosa toplaşacaq. Davos Dünya İqtisadi Forumunun (World Economic Forum) dialoq mədəniyyətinə həsr edilmiş builki toplantısında dünyanın 130-dan çox ölkəsindən 3 000-ə qədər iştirakçı olacaq.

Gununsesi.info bildirir ki, təxminən 400 yüksək səviyyəli siyasi lider arasında 65 dövlət və hökumət başçısı — prezidentlər və baş nazirlər yer alacaq.

İqtisadçı Eldəniz Əmirov forumda əsas diqqət Donald Trampda olacaq:

“Bu gün başlayan Davos iqtisadi forumunda bir araya gələn dünya liderləri 2026-cı il üçün aşağıdakı 5 suala cavab axtaracaq:

Daha çox qarşıdurmaların yaşandığı bir dünyada beynəlxalq əməkdaşlıq necə təmin oluna bilər? Qlobal iqtisadiyyatda yeni və dayanıqlı artım mənbələri necə formalaşdırıla bilər? İnsan kapitalına investisiyalar necə daha məqsədyönlü və səmərəli qurula bilər? İnnovasiyalar geniş miqyasda və məsuliyyət prinsipləri çərçivəsində necə tətbiq edilə bilər? Planetar məhdudiyyətlər fonunda rifahın davamlı modeli necə qurula bilər?

Forumda bu dəfə rekord sayda dövlət başçıları, biznes liderləri və beynəlxalq təşkilat nümayəndələri iştirak edir.

 Donald Tram bu dəfə Davosda ən geniş ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək. Onun iqtisadi və təhlükəsizlik siyasəti, tariflər, Avropa ilə ticarət gərginliyi, geosiyasi təzyiqlər kimi məsələləri debatların mərkəzində olacaq. Bu günlər ABŞ-ın xarici siyasətində qlobal əməkdaşlıq və beynəlxalq sistemin gələcəyi baxımından proqnozların verilməsində əhəmiyyət daşıyacaq.

Avropa İttifaqının liderləri bu forumda Avropa-ABŞ və Avropa-Çin münasibətlərində yaranan yeni dinamikaları, texnologiya, enerji və müdafiə strategiyalarını müzakirə edəcəklər”.

O qeyd edib ki, bu debatlar Avropanın geosiyasi mövqeyinin gücləndirilməsi qorunması baxımından diqqət mərkəzində olacaq:

“Amma bu Avropa üçün faydalı olacaqmı, yoxsa bu forum Avropanın daha da zəif tərəflərini üzə çıxaraq?

Məncə, ikincinin ehtimalı daha çoxdur.

Fakdır ki, ənənəvi əməkdaşlıq modelləri zəifləyir, onların yerini daha çox regional ittifaqlar və məhdud tərkibli əməkdaşlıq formatları tutur. Buna görə də Aİ texnologiya liderliyi və əmək bazarının transformasiyası Davos gündəliyinin əsas mövzularından biridir. Bu proseslər artıq təkcə iqtisadi artım kontekstindən çıxafraq təhlükəsizlik, qlobal rəqabət və siyasi təsir alətinə çevrilir.

Əlqərəz, bu forum həm dövlət başçıları, həm də biznes-texnologiya liderləri üçün gələcək qlobal sistemin konturlarını müəyyənləşdirəcək debatların mərkəzi olacaq”.

Günay 

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Yanvar 2026 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri